/ / Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib
11.05.2012 [00:55]
Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Prezident İlham Əliyevə məlumat verib ki, yeddi mərtəbədən ibarət yeni bina ən müasir tələblər səviyyəsində inşa edilib. ümumi sahəsi 5 min kvadratmetr olan bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Müasir memarlıq üslubunda yüksək zövqlə inşa olunmuş binanın interyeri Azərbaycanın zəngin təbiətini əks etdirən fotolarla bəzədilib. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada, həmçinin üç müşavirə zalı, arxiv, rabitə otaqları, yeməkxana, 25 avtomobillik yeraltı qaraj da yaradılıb.
Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Azərbaycanın dövlət rəmzlərinin əks olunduğu stendlər yaradılıb. Foyedə, həmçinin Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoguşə var. Fotoguşədə ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin Nəsimi rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən fotolar böyük maraq doğurur.
Dövlətimizin başçısı binada quraşdırılan elektron idarəetmə və məlumat bazası ilə tanış olub. Bildirilib ki, Prezident İlham Əliyevin “elektron hökumət”in yaradılması barədə tapşırıqlarına uyğun olaraq, İcra Hakimiyyətinin elektron idarəetmə və məlumat bazasında vətəndaşların ərizə və şikayətlərinin qəbulu da reallaşacaq.
Rayonun hər bir sakini İcra Hakimiyyətinin binasına gələrək bu sistem vasitəsilə elektron ərizə yaza və müvafiq şöbəyə göndərə bilər. Bununla yanaşı, vətəndaşlar bu sistemdən internetlə rayon İcra Hakimiyyətinin rəsmi saytına və ya bu bazaya daxil olaraq evlərindən birbaşa müraciət edə bilərlər. Prezident İlham Əliyev vətəndaşların qəbulu otağı ilə tanış olub.
Diqqətə çatdırılıb ki, vətəndaşların qəbulunu operativ və səmərəli həyata keçirmək üçün burada geniş imkanlar var. Qəbul otağında ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi barədə maraqlı kitablar toplanıb. 300 yerlik akt zalı ən müasir standartlar səviyyəsində qurulub. Müşavirə zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada bütün lazımi inventar və avadanlıq quraşdırılıb. 65 yerlik müşavirə zalındakı şərait ən müasir tələblərə cavab verir. Yeni inzibati binada işçilərin normal fəaliyyəti üçün geniş və hərtərəfli imkan yaradılıb. Binada ekspo-mərkəz də var. Mərkəzdə paytaxtımızın keçmiş və müasir vəziyyətini əks etdirən maraqlı fotolar yerləşdirilib. Gələcəkdə burada rayon məktəblilərinin müxtəlif sərgilərinin keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev yeni inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış olub. Mərkəzdə rayonun maketinə baxan dövlətimizin başçısına məlumat verilib ki, maket xüsusi proqramla təchiz edilib. Rayon ərazisində yerləşən bütün tikililər barədə proqram vasitəsilə məlumat almaq mümkündür. Xüsusi proqram rayondakı bütün mənzil istismar sahələrinin ərazilərinin bölgüsünü aydın göstərir. Təbii fəlakətlərin, istehsalat qəzalarının, dağıntıların yaranması təhlükəsi baş verəcəyi təqdirdə mərkəzdə idarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi də yaradılıb. Rayon ərazisində hər hansı bir hadisə baş verdikdə mərkəzdə yaradılan şərait birbaşa xüsusi proqram vasitəsilə aidiyyəti orqanlarla qısa zamanda videoəlaqənin yaradılmasına imkan verir.
Dövlətimizin başçısına rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə də məlumat verilib.
Sonra Prezident İlham Əliyev yeni inzibati binanın qarşısında əsaslı təmir edilən parkla tanış olub.
Bildirilib ki, bu ərazidə geniş yenidənqurma işləri həyata keçirilib, ətraf abadlaşdırılıb. ümumi sahəsi 6 min 760 kvadratmetr olan parkın 4 min 560 kvadratmetr ərazisi tamamilə yenidən qurulub. Parkda geniş yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb, sakinlərin səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

