Azərbaycanın inkişafı milli maraqlara, demokratik prinsiplərə əsaslanır
24.05.2012 [00:54]
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan demokratik ənənələrə əsaslanan siyasi kurs ölkəmizin inkişafında mühüm rol oynayıb. Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, demokratik prinsipləri özündə əks etdirən siyasi kurs Azərbaycanın beynəlxalq dünyaya inteqrasiyasına, Avropanın demokratik dəyərlərinin inkişafımızda əks etdirilməsinə zəmin yaradır. Hazırda ölkəmizdə yüksək demokratik təsisatlar bərqərar olub, Azərbaycanda azad, şəffaf, ədalətli seçki prosesi yaradılıb, söz və vicdan azadlığı yüksək səviyyədə bərqərar olub, ən əsası, milli maraqlarımıza əsaslanan xarici və daxili siyasət kursu həyata keçirilir.
Azərbaycan hakimiyyəti tərəfindən qətiyyətli və davamlı şəkildə aparılan dövlət siyasəti ölkəmizdə insan hüquqlarının daha yüksək səviyyədə qorunmasına istiqamətlənib. Azərbaycanda formalaşan söz və mətbuat azadlığı bunu deməyə əsas verir. Bu gün ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı aparılan uğurlu mübarizə bu mənada xüsusi əhəmiyyət daşıyır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı mövcud qanunvericilik sözügedən problemə qarşı yüksək səviyyədə mübarizənin təşkil edilməsinə, bu problemin aradan qaldırılmasına imkan verir. Təbii ki, bu ümumən cəmiyyətimizin daha da demokratikləşməsi, dövlətimizin daha da inkişaf etdirilməsinə istiqamətlənmiş addımdır. Bu isə, ölkəmizdə insan haqlarının qorunması istiqamətində qanunvericiliyin mükəmməlliyindən xəbər verir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan bütün demokratik parametrlər üzrə apardığı islahatları və yenilikləri hər zaman davam etdirir və bu addımların beynəlxalq standartlara uyğun olması, dünya miqyasında dəyərləndirilir. Digər tərəfdən, Azərbaycan hər zaman sülhün və sabitliyin tərəfdarı kimi, Cənubi Qafqaz regionunun inkişafında maraqlı olduğunu nümayiş etdirir. Bu isə həm Avropanın, həm də digər dövlətlərin regionun aparıcı ölkəsi kimi, Azərbaycanla münasibətlərin qurulmasına və inkişafına can atmasına gətirib çıxarır. ümumiyyətlə, Azərbaycan dövləti hər zaman apardığı siyasətin xoş niyyətə əsaslandığını bəyan edib. Təəssüf ki, Azərbaycanın apardığı bu xoş siyasət hamı tərəfindən eyni şəkildə qiymətləndirilmir və bəzi məqamlarda ölkəmizdə hökm sürən demokratik ab-havadan öz şəxsi niyyəti üçün istifadə etməyə çalışanlar da tapılır. Amma Azərbaycan dövləti heç bir zaman buna imkan verməyəcək. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq əsasında münasibətlər qurur: “Bu, ədalətli və məntiqi mövqedir. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Əlbəttə, heç vaxt imkan vermərik ki, kimsə bizim daxili işlərimizə qarışa bilsin. Baxmayaraq belə cəhdlər var və istisna edilmir ki, bundan sonra da olacaq. Halbuki, Azərbaycanın uğurlu inkişafı və bizim güclü iradəmiz artıq bu səylərin səngiməsinə gətirib çıxarmalıdır. ümid edirəm ki, belə də olacaq”.
Həqiqətən də, bu gün ölkəmizin beynəlxalq aləmdə tanınması, BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi, o cümlədən, yerləşdiyi Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi dünyada tanınmasında ən əsas şərtlərdən biri də Azərbaycanın məhz demokratik prinsiplər əsasında inkişaf etməsidir. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, qazandığı iqtisadi-siyasi nailiyyətlər hamı tərəfindən maraqla izlənir. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də, iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Bununla yanaşı, ölkəmiz dünya sivilizasiyalarının qovşağı və multikulturalizmin ən yüksək səviyyəli nümunəsi kimi bütün dünyada şöhrət tapıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan bunu yaşadır: “Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda multikulturalizm yaşayır. Bunu biz yaşadırıq və yaşadacağıq”.
Qeyd edək ki, Azərbaycanın bu uğurlarını gözü götürməyən dairələr ölkəmizə qarşı qısqanc münasibətlərini bəzi məqamlarda informasiya yolu ilə təzyiq etməklə, bəzən isə başqa üsullarla biruzə verirlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məsələdə hər zaman erməni lobbisi xüsusi fəallığı ilə seçilib: “Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır”.
Bütün bunlara baxmayaraq, Azərbaycan özünün müəyyənləşdirdiyi inkişaf xəttini davam etdirir. 20 il ərzində əldə olunan uğurlar bu siyasi kursun dəqiqliyini və düzgünlüyünü sübut edib. Hər zaman öz dövləti, hakimiyyəti ilə vəhdət təşkil etməyi bacaran Azərbaycan xalqı, ölkəmizdə demokratik ənənələrin inkişafını, davamlılığını dəstəkləyir. Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycan öz yolu ilə gedir: “Azərbaycanda bütün azadlıqlar vardır. Bizi bəzi hallarda nədəsə, yəni, antidemokratik addımlarda ittiham etmək istəyənlər getsinlər öz ölkələrində nə baş verdiyini görsünlər. Bizdə demokratiya da, söz azadlığı da, vicdan azadlığı da, sərbəst toplaşmaq azadlığı da vardır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

