/ / Prezident İlham Əliyev İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammitində iştirak edib
Prezident İlham Əliyev İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammitində iştirak edib
27.06.2012 [23:29]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edib.
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Zirvə görüşünün iştirakçıları birgə foto çəkdiriblər.
Sammiti açan Türkiyə Prezidenti Abdullah Gül iştirakçıları salamlayıb. O bildirib ki, bu toplantıya ev sahibliyi etmək Türkiyə üçün böyük şərəfdir. Təşkilatın yaranma tarixindən danışan Türkiyə Prezidenti diqqətə çatdırıb ki, 20 illik fəaliyyəti dövründə bu qurum üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşmasına yeni imkanlar açıb. Abdullah Gül qurumun beynəlxalq iqtisadiyyatda önəmli rolunu qeyd edib. Bildirib ki, təşkilat bölgədə iqtisadi əlaqələrin, o cümlədən üzv ölkələr arasında işbirliyinin genişlənməsinə, özəl sektorun, ticarətin, mədəniyyətin, turizmin inkişafına təkan verir. Bütün bunlar isə üzv ölkələrin iradəsi sayəsində mümkün olub. Avrasiyanın mərkəzində yerləşən və Qara dəniz ölkələrini birləşdirən bu təşkilat tarixi İpək yolunun bərpasında və enerji resurslarının daşınmasında da mühüm rola malikdir.
Türkiyə Prezidenti bildirib ki, bu gün təşkilatın qarşısında duran əsas məqsəd gələcək 10 il üçün iqtisadi əməkdaşlığın yeni hədəflərini müəyyən etməkdir. Abdullah Gül sammitin işinə uğurlar arzulayıb.
Təşkilata sədrlik edən Serbiyanın Prezidenti Tomislav Nikoliç yubiley sammitinin dünyada iqtisadi böhranın hökm sürdüyü bir dövrdə keçirilməsinin önəmindən danışıb. O bildirib ki, Serbiyanın quruma sədrlik etdiyi dövrdə təşkilata üzv dövlətlər arasında iqtisadi inkişaf istiqamətində mühüm addımlar atılıb. Təşkilatın əsas məqsədi beynəlxalq qurumlarla əlaqələri yüksək səviyyədə qurmaqdır.
Serbiyanın dövlət başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı və Avropa Komissiyası ilə sıx əlaqələrinin əhəmiyyətinə də toxunub. O, QİƏT-ə sədrliyin Türkiyəyə keçməsindən məmnun olduğunu deyib.
İyulun 1-dən quruma Türkiyə sədrlik edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış edib. Dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Azərbaycan QİƏT-in fəaliyyətinə çox böyük qiymət verir: “Hesab edirəm ki, təşkilatımız 20 il ərzində önəmli beynəlxalq təşkilata çevrilibdir. Təşkilatın tarixi, demək olar ki, ölkəmizin müstəqilliyinin tarixi ilə də üst-üstə düşür. Biz keçən il müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etmişik. Azərbaycan 20 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak edib, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında fəaliyyətimiz də çox fəaldır”.
“Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər və konkret layihələr regional əməkdaşlıq məsələlərinə də böyük dəstək verir” - deyən Prezident İlham Əliyev vurğulayıb ki, təşkilata üzv olan ölkələrin əksəriyyəti ilə bizim çox səmərəli iqtisadi əməkdaşlığımız var: “Xüsusilə enerji və nəqliyyat sahələrində icra edilən və icrası başa çatmış layihələr demək olar ki, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə salınması bölgədə yeni dəhlizlərin açılmasına gətirib çıxarmışdır. Bizim üç neft kəmərinin ikisi Qara dəniz limanlarına, biri isə Aralıq dənizi limanına resurslarımızı nəql edir. Eyni zamanda, Azərbaycan artıq enerji resurslarının daşınması işində tranzit ölkəyə çevrilibdir. Beləliklə, əməkdaşlıq daha da dərinləşir və yenə də deyirəm, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi hövzəsində yerləşən ölkələr arasındakı əməkdaşlıqda Azərbaycan bundan sonra da fəallıq göstərəcəkdir. Biz bu ilin sonunda növbəti böyük layihənin başa çatmasını gözləyirik. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində biz qədim İpək Yolunu bərpa etmiş oluruq. Bu layihə təkcə iştirak edən üç ölkəni deyil, geniş mənada Asiya və Avropa qitələrini birləşdirən bir layihədir”.
Sammitdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan digər ölkələrin dövlət və hökumət başçıları da çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01

