Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Baş Prokurorluq: Qazaxda tələbələrin zəhərlənməsi ilə əlaqədar araşdırma aparılır

Baş Prokurorluq: Qazaxda tələbələrin zəhərlənməsi ilə əlaqədar araşdırma aparılır

11.10.2024 [13:23]

Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31