Avropa çempionatında uğurla çıxış etmiş güləşçilərimiz mükafatlandırılıblar
11.07.2013 [14:01]
Məlum olduğu kimi, Monteneqronun Bar əhərində yeniyetmə, Makedoniyanın Skopye şəhərində isə gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilib. Hər iki turnirdə Azərbaycan güləşçiləri uğurla çıxış ediblər.
AzərTAc xəbər verir ki, iyulun 10-da güləşçilərin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Beynəlxalq Güləş Federasiyasının (FİLA) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və güləşçilərimizin qazandığı nailiyyəti yüksək qiymətləndirib.
Bildirib ki, ölkəmizdə iqtisadi, sənaye və digər sahələrdə olduğu kimi idmanda da inkişaf göz qabağındadır. Ötən il Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımız, əsasən də, güləşçilərimiz ölkəmizi layiqincə təmsil ediblər. Azərbaycan artıq bir idman ölkəsinə çevrilib. Respublikamız mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir və beynəlxalq idman qurumları çəkinmədən dünya və qitə çempionatlarını ölkəmizə həvalə edirlər.
Gənc və yeniyetmə güləşçilərin qitə birinciliklərində qazandıqları nailiyyətdən danışan N.Əliyev ölkəmizdə həyata keçirilən idman siyasəti barədə də məlumat verib. Qeyd edib ki, qazanılan bütün uğur və nailiyyətlər ölkədə idmana göstərilən dövlət qayğısının göstəricisidir.
Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov pəhləvanlarımızın tarixi nailiyyətindən danışıb.Vurğulayıb ki, güləşçilərimiz bu iki yarışda ümumilikdə 28 medal qazanıblar ki, bundan 10-u qızıldır. Bu uğurdan sonra arxayınlaşmaq olmaz. Çünki bu nailiyyəti qoruyub saxlamaq çox vacib, həm də çətin məsələdir.
Qarşıda idmançılarımızı Bolqarıstan və Serbiyada keçiriləcək dünya çempionatları gözlədiyini diqqətə çatdıran T.Eyvazov güləşçilərimizin mundial yarışlarında da ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.
Sonra AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov qitə birinciliklərində iştirak etmiş güləşçilər, onların məşqçiləri və valideynləri adından ünvanlanmış müraciəti oxuyub.
Sonda qaliblərə AGF tərəfindən pul mükafatı təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07

