Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bu gün cüdoçularımız Skopye-2025-də mübarizəyə başlayırlar

Bu gün cüdoçularımız Skopye-2025-də mübarizəyə başlayırlar

22.07.2025 [15:06]

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışları start veriləcək.

Milli Olimpiya Komitəsindən verilən məlumata görə, ilk yarış günündə üç çəki dərəcəsində 3 cüdoçumuz tatami üzərinə çıxacaq. Əsas medal ümidlərimizdən olan cüdo yarışlarında qızlar arasında Gülşən Hüseynovas (-44 kq), oğlanların mübarizəsində isə Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) qüvvəsini sınayacaq.

Mübarizəyə 1/4 finaldan başlayacaq Avroopa üçüncüsü Gülşən Hüseynova ilk qarşılaşmasında Sara Coni (Böyük Britaniya) - Laura-Sofi Kunyik (Avstriya) görüşünün qalibi ilə qarşılaşacaq.

Rza Xəlilli isə 1/8 finalda Şimali Makedoniya təmsilçisi Angel Radevski ilə üz-üzə gələcək. İlk mərhələdən azad olan son Avropa çempionumuz Rəsul Əlizadə isə 1/8 finalda Nikita Tataryin (Ukrayna) - Riad Kasapi (Kosovo) görüşünün qalibi ilə mübarizə aparacaq.

Yan Sandanski İdman Mərkəzində keçirilən yarışın təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:30-dan etibarən başlayacaq. Final blokuna isə 19:00-da start verləcək.

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30