“Kəpəz”in baş məşqçisi: Komandanın inkişafı üçün bütün gücümlə çalışacağam
21.08.2025 [22:52]
Yenidən bu böyük klubda olmaq çox qürurvericidir və məsuliyyətlidir. Komandanın daha yaxşı olması üçün bütün gücümlə çalışacağam
AZƏRTAC xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov klubun rəsmi saytına müsahibəsində deyib.
Mütəxəssis bildirib ki, komandanın inkişafı onun üçün əsas prinsipdir: “Ümid edirəm ki, builki kollektiv əvvəlkindən daha üstün olacaq. Klub rəhbərliyi bunun üçün istənilən imkanı təşkil edib. Futbolçuların inkişafı çox vacibdir və “Kəpəz”də də lazım olan şərait var. Baza demək olar ki, tam şəkildə əsas komandanın ixtiyarına verilib. Yaxın keçmişdə, mənim komandada olduğum dövrdə çox istəyirdim ki, məşqdən əvvəl və sonra komandanın qidalanması təmin olunsun. Komanda üzvləri mənim “Kəpəz”də oynadığım dövrlərdə olduğu kimi, əvvəlcədən bazaya gələrək otaqlarda istirahət edib məşqə çıxsınlar. Artıq futbolçuların qidalanması təmin olunub. Komandanın bazada birlikdə daha çox vaxt keçirməsi kollektivin formalaşmasına səbəb olur. III MDB Oyunlarından sonra Akademiyanın məşq meydançalarında işıqlandırma işləri həyata keçiriləcək”.
O, heyətin formalaşdırılması və futbolçuların seçim prosesinin necə aparılması barədə də danışıb: “Əsas komandanın futbolçularının seçilməsi məşqçilər heyəti tərəfindən aparılır. Gənc və yerli futbolçularla yanaşı, legioner oyunçuların sintezini formalaşdırmağa çalışırıq və bu prosesi davam etdiririk. Bu işdə İdarə Heyətinin üzvü Erkin İbrahimov bizə dəstək olur. Bəzi oyunçuların kollektivə qatılmasında gecikmələr oldu ki, bu da komanda oyununa təsirsiz ötüşmür. Bu da transfer məsələlərində normal haldır. Amma buna baxmayaraq, rəhbərliyin tapşırığını tam həyata keçirəcəyimə inanıram”.
Baş məşqçi bir neçə oyunçu ilə danışıqlar aparıldığını söyləyib: “Yaxın günlərdə bu məsələ də öz həllini tapacaq və ondan sonra biz çempionatda daha rəqabətədavamlı “Kəpəz” görəcəyik. Bunun üçün məşqçilər heyəti olaraq bütün gücümüzü sərf edirik. Sonda “Kəpəz” azarkeşlərinin, komandanın sevənlərin gözləntilərini doğruldacağımıza tam inanıram”.
Qeyd edək ki, “Kəpəz” yeni mövsümün ilk turunda səfərdə “Sumqayıt”a 0:3 hesabı ilə məğlub olub.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

