Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan cüdoçuları Perudakı Qran-Prinin ilk günündə 4 medal qazanıblar

Azərbaycan cüdoçuları Perudakı Qran-Prinin ilk günündə 4 medal qazanıblar

12.10.2025 [17:26]

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilən Qran-Pri turnirinin ilk günündə 4 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Əhməd Yusifov gümüş mükafata layiq görülüb.

66 kiloqram çəkidəki təmsilçilərimiz Ruslan Paşayev və Rəşad Yelkiyev üçüncü yeri tutaraq bürünc medala sahib çıxıblar. Qadınların mübarizəsində isə Könül Əliyeva (48 kiloqram) eyni uğuru təkrarlayıb.

Günün yekunlarına əsasən, aktivində 1 gümüş və 3 bürünc medal olan milli komanda ümumi sıralamada 48 ölkə arasında 6-cı pillədə qərarlaşıb.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31