Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İslandiya millisinin baş məşqçisi: Çətin oyun oldu

İslandiya millisinin baş məşqçisi: Çətin oyun oldu

14.11.2025 [12:19]

Çətin oyun oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının yaxşı mübarizə apardığını bildirib: “Matça yaxşı kökləndik. Qapımızdan qol buraxmamaq müsbət haldır. Lakin rəqib ikinci hissədə yaxşı oynadı. Azərbaycan millisi fiziki olaraq yaxşı çıxış etdi. Mən ev sahiblərinin ikinci hissədəki təzyiqini birinci yarıda gözləyirdim. Görünür, biz ilk hissədə daha üstün oynadıq”.

Baş məşqçi Azərbaycan millisinin ilk oyundan fərqli olaraq daha təşkilatlanmış şəkildə mübarizə apardığını söyləyib.

Mütəxəssis Azərbaycanı bəyəndiyini vurğulayıb: “Şəhəri az da olsa gəzmək şansım oldu. Bakı xoşumuza gəldi. İnsanları istiqanlıdır”.

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30