Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib
08.02.2014 [15:59]
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Fevralın 7-də Soçidəki “Fişt” stadionunda XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
AzərTAc xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun 2014-cü ilin Olimpiya Oyunlarının rəsmi açılışına on dəqiqə qalmış Soçi Olimpiadasının iştirakçılarını və tamaşaçılarını salamlayıb.
Bu Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord olacaq. Belə ki, Soçidə 88 ölkədən olan idmançılar çıxış edəcəklər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur. Ümumiyyətlə, 98 medal dəsti uğrunda mübarizə gedəcək. Bu, 2010-cu ildəkindən 12 dəst çoxdur.
Soçi Qış Olimpiadası Azərbaycan yığması üçün beşinci olimpiadadır. Soçidə ölkəmizi idmanın iki növündə yarışacaq 4 idmançı təmsil edir. Kişilər arasında dağ xizəksürmə yarışlarında Azərbaycanı Patrik Braxner və Sedrik Hots təmsil edəcəklər. Bundan başqa, Soçidə fiqurlu konkisürmə yarışlarında idman rəqslərində Yuliya Zlobina və Aleksey Sitnikov Azərbaycan bayrağı altında çıxış edəcəklər.
XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi videoçarxın nümayişi ilə başlayıb. Videoçarxda tamaşaçıları Olimpiadaya ev sahibliyi edən ölkə, onun nailiyyətləri və tanınmış nümayəndələri ilə əlifba üzrə tanış ediblər.
Sonra Rusiya Federasiyasının bayrağı qaldırılıb, bu ölkənin himni səsləndirilib.
Daha sonra iştirakçı ölkələrin ənənəvi paradı başlanıb. Azərbaycan komandası dördüncü keçib. Ölkəmizin bayrağını Patrik Braxner aparıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva fəxri qonaqlar üçün tribunadan idmançılarımızı salamlayıblar.
İdmançıların paradı başa çatdıqdan sonra “Rusiya haqqında yuxular” adlı səhnələşdirilmiş tamaşa nümayiş etdirilib.
Daha sonra stadionu XXII Qış Olimpiya Oyunlarının rəmzləri bəzəyib və lazer effektləri ilə xüsusi şounun nümayişinə başlanıb. Bu şounun mahiyyətini Rusiya tarixi və onun əsas dövrlərinə aid kompozisiyalar təşkil edib. 18 fəsildən ibarət şouda XX əsrin əvvəlinə və Rus inqilabına həsr edilmiş kütləvi səhnələr maraqla qarşılanıb. Avanqard incəsənət ruhunda hazırlanan bu hissə iki saatdan çox davam edib. Açılış mərasiminin kütləvi səhnələrində, o cümlədən rəqs, balet, akrobatik və sirk nömrələrində üç min aktyor və iki mindən çox könüllü iştirak edib. Direktoru və ssenari müəllifi Rusiyanın Birinci telekanalının baş direktoru Konstantin Ernst olan şounu dünyada televiziya vasitəsilə 3 milyarddan çox insan izləyib.
Şou başa çatdıqdan sonra “SOÇİ-2014”ün Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko çıxış edərək qonaqları və idmançıları salamlayıb, bu oyunların Rusiyada keçirilməsindən fəxr etdiklərini bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, 1976-cı il Olimpiya Oyunlarının qalibi Tomas Bax da Soçidə baş tutan bu idman bayramının Olimpiya tarixində yeni səhifə açdığını vurğulayaraq idmançılara qələbə əzmi arzulayıb.
Sonra Rusiya Prezidenti Vladimir Putin XXII Qış Olimpiya Oyunlarını açıq elan edib.
Sonra rejissor Nikita Mixalkov, aktrisa və “Həyat bəxş et” Fondunun həmtəsisçisi Çulpan Xamatova, xokkeyçi Vyaçeslav Fetisov, konkisürən Lidiya Skoblikova, ilk qadın kosmonavt Valentina Tereşkova, “Vesti”nin Suriyadakı xüsusi müxbiri Anastasiya Popova, dirijor Valeri Gergiyev və kiberyürüşçü Alan Yenileyev Olimpiya bayrağını stadiona gətiriblər.
Olimpiya himni səsləndirilib.
İdmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib.
Mərasimin sonunda stadionda Olimpiya Məşəli alovlandırılıb. Məşəli fiqurlu konkisürmə üzrə üçqat Olimpiya, onqat dünya çempionu İrina Rodnina və məşhur xokkey qapıçısı, üçqat Olimpiya çempionu Vladeslav Tretyak yandırıblar.
Mərasim bayram atəşfəşanlığı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

