Soçidə “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından ziyafət verilib
11.02.2014 [09:09]
Fevralın 8-də Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından ziyafət verilib.
Ziyafətdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, BOK-un sabiq prezidenti Jak Roqq, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, bir sıra ölkələrin Milli Olimpiya komitələrinin və nümayəndə heyətlərinin rəhbərləri, digər şəxslər iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AzərTAc-a bildirib ki, Soçi Olimpiadasında Azərbaycan nümayəndə heyətinin şef-demissionu Konül Nurullayeva tədbirə toplaşanları salamlayıb.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimova qonaqları birinci Avropa Oyunlarının Təşkilat Komitəsi adından salamlayaraq beynəlxalq Olimpiya hərəkatının tanınmış simalarını bu tədbirdə görməkdən məmnun olduğunu bildirib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq barədə danışaraq, Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. “Bakı-2015”-in Təşkilat Komitəsinin həm AOK, həm də beynəlxalq federasiyalarla əlaqəli işlədiyini bildirən P.Hikki deyib ki, gələn il təkcə Avropa deyil, ümumilikdə, bütün dünya möhtəşəm bir idman bayramına şahidlik edəcək.
BOK-un prezidenti Tomas Bax isə çıxışında “Bakı-2015”-in beynəlxalq Olimpiya hərəkatında yeni mərhələ olacağına inandığını bildirib. Birinci Avropa Oyunlarına hazırlıq işində, oyunların keçirilməsində Bakı şəhərinə və Təşkilat Komitəsinə uğurlar arzulayan BOK prezidenti Azərbaycanın dünya idmanında fəal iştirak etdiyini vurğulayıb.
Ziyafət Azərbaycan incəsənət ustalarının maraqlı ifaları ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

