Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan atletləri Avropa birinciliyini 9 medalla başa vurublar

Azərbaycan atletləri Avropa birinciliyini 9 medalla başa vurublar

19.10.2026 [15:45]

Azərbaycan atleti Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) AZƏRTAC-a verilən məlumata görə, 86 kiloqram çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 94 kiloqram çəkinin öhdəsindən gələrək ikinci olub. Təmsilçimiz təkanla qaldırma növündə bürünc medala yiyələnib. O, bu dəfə 115 kiloqram nəticə göstərib. Beləliklə, 2 hərəkətin cəmində 209 kiloqram nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.

Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan 3 idmançımızın hər biri yarışı medallarla başa vurub. Buna qədər körpücük üzərinə çıxan Fuad Həsənov və Qasım İsmayılov da hərəyə 3 medal qazanmışdı. Beləliklə atletlərimiz qitəmiqyaslı yarışda ümumilikdə 9 medal əldə ediblər.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31