/ / “Bakı-2015” Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının “Gənc reportyorlar” təşəbbüsünü dəstəkləyir
“Bakı-2015” Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının “Gənc reportyorlar” təşəbbüsünü dəstəkləyir
01.05.2014 [09:03]
İlk dəfə keçiriləcək Avropa Oyunlarını işıqlandırmaq üçün 10 yazarın cəlb olunacağı “Gənc reportyorlar” təşəbbüsünü reallaşdırmaq üçün “Bakı 2015” Oyunlarının təşkilatçıları Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) ilə səylərini birləşdirib. Yeni innovativ proqram sayəsində dünyanın perspektivli gənc idman jurnalistlərinə “Bakı-2015” birinci Avropa Oyunlarında işləmək imkanı veriləcək.
Avropanın müxtəlif ölkələrini təmsil edən beş qadın və beş kişi jurnalistdən ibarət qrup “Bakı-2015” Oyunlarında təcrübəli idman reportyorları ilə yan-yana çalışmaq imkanı əldə edəcək.
Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015” Oyunlarının baş icraçı direktoru Azad Rəhimov bildirib ki, bu, istedadlı gənc jurnalistlərin dünyanın ən qabaqcıl idman reportyorlarının təcrübəsini öyrənmələri üçün əvəzsiz imkandır: “Tarixdə birinci dəfə keçiriləcək Avropa Oyunlarında işləmək imkanı nadir şansdır. Əminəm ki, təcrübəli jurnalistlərlə çiyin-çiyinə işləmək nəticəsində əldə edilən təcrübə bir çox gəncin karyerasında böyük təkan olacaq”.
“Bakı 2015”in yarışlardan sonra təlimli və təcrübəli işçi heyət kimi uzunmüddətli bir miras qoymaq vədinə uyğun olaraq, seçiləcək on gənc reportyordan ikisi Azərbaycanı təmsil edəcək.
Hazırda AIPS-ın Bakıda keçirilən 77-ci konqresində dünya idman məsələləri və irimiqyaslı tədbirlərin işıqlandırılmasında medianın gələcəyi mövzuları müzakirə olunur.
Konqresdə AİPS-in prezidenti Canni Merlo bildirib ki, potensiallı gənc jurnalistlərə bacarıqlarını inkişaf etdirmək imkanı tanımaq üçün “Bakı 2015” ilə səylərimizi birləşdirməkdən olduqca məmnunuq. Gənc jurnalistlərlə təcrübələrimizi bölüşmək, onlara bu qəbildən olan irimiqyaslı beynəlxalq idman tədbirlərində çalışmaq üçün vacib biliklər qazanmaqda yardım etmək bizim üçün çox önəmlidir. Bu proqramın həyata keçirilməsini və gənc istedadların təlimləndirilməsində “Bakı 2015”in Əməliyyat Komitəsi ilə birgə işləməyi səbirsizliklə gözləyirik.
AİPS daha əvvəllər də Bakıda gənc reportyorlar təşəbbüsünü uğurla həyata keçirib. Dünya ölkələrindən seçilmiş 20 jurnalistdən ibarət qrup 2012-ci ildə keçirilmiş “FİFA U-17” qadınlar arasında dünya çempionatında yerli və beynəlxalq KİV nümayəndələri ilə yan-yana işləyib.
“Bakı-2015”in mətbuat əməliyyatları üzrə direktoru Ceyn Pears deyib: “AİPS-in “Gənc reportyorlar” təşəbbüsü yüksək səviyyəli idman jurnalistikasının təqdim edilməsinin köhnə və qəbul olunan yoludur. Gənc jurnalistlərin arzularını gerçəkləşdirməsinə kömək etmək üçün AİPS-in təcrübəli əməkdaşları ilə birgə işləməkdən çox məmnunuq və onların ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarında çalışmaqdan razı qalacaqlarına ümid edirik”.
Qeyd edək ki, gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı 2015” Oyunları qitənin ilk, həyəcanverici idman hadisəsi olaraq tarixə yazılacaq. Birinci Avropa Oyunlarında idmanın 19 növü üzrə yarışlar keçiriləcək. Bunlardan 16-sı Olimpiya, üçü isə qeyri-Olimpiya oyunlarıdır. Yarışlarda 6 mindən çox idmançı mübarizə aparacaq.
İdman növlərindən səkkizində 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına təsnifat imkanı təqdim olunacaq. İdmanın həmin növlərinə yüngül atletika, çimərlik voleybolu, velosiped yarışı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Oyunların Bakıda keçirilməsinə ötən ilin dekabrında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən qərar verilib. Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə birgə bu mötəbər idman yarışının təşkilatçılığı ilə məşğul olur.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

