Bakıda “Tour d`Azerbaidjan-2014” Beynəlxalq velosiped turunun birinci mərhələsi başa çatıb
08.05.2014 [09:17]
Dünən Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan-2014” Beynəlxalq velosiped turuna start verilib. 25 komandanın qatıldığı və 5 mərhələdən ibarət olan yarışın 154 km-dən ibarət ilk mərhələsi Dövlət Bayrağı Meydanından start götürüb. Yürüş Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində başa çatıb.
Beləliklə, birinci mərhələnin qalibi İtaliyanın “Androni Giocattoli” klubunun üzvü, hollandiyalı Kenni van Hummel olub (3 saat, 46 dəqiqə, 38 saniyə). O, növbəti mərhələdə liderin daşıdığı göy köynəklə çıxış edəcək. Ən yaxşı sprinterə verilən yaşıl köynək də ona qismət olub.
Ukraynanın “Kolss Cyclind Team” komandasının velosipedçisi Vitali Buts 2-ci olub. Bu idmançı ən yaxşı dağ velosipedçisi kimi qırmızı köynəyə də sahib çıxıb. İspaniyanın “Caja Rural Seguros” komandasında çıxış edən italiyalı David Viqano 3-cü olub. “Synergy Baku” komandasında isə ən yaxşı göstəriciyə Maksim Averin imza atıb. O, finiş xəttini liderlə eyni vaxtda keçsə də, 4-cü olub.
Ən yaxşı gənc velosipedçi isə Aleks Frey olub. İsveçin “Development Team Giant-Shimano” komandasının üzvü ağ-bənövşəyi köynəyə sahib çıxıb.
Yürüşdən sonra keçirilən mətbuat konfransında Kenni van Hummel “Azərbaycana gəlməzdən əvvəl məni ölkənizin necə olması düşündürürdü. Gəlib hər şeyin əla olduğuna şahid oldum” deyib. O, həmçinin, yolların çox gözəl olduğunu söyləyib: “Startdan əvvəl küləkdən ehtiyat edirdim. Çünki güclü külək əsirdi. Lakin 5 km qət edəndən sonra bir az rahatlaşdım. Hələlik özümü yarışın deyil, mərhələnin qalibi görürəm. Sabah da eyni uğuru qazanmağa çalışacam”.
Mətbuat konfransında iştirak edən “Tour d`Azerbaidjan-2014” veloyürüşünün fəxri qonağı, 2008-ci il “Tour de France”in qalibi, ispaniyalı Karlos Sastre isə birinci mərhələ ilə bağlı fikirlərini bildirib: “Bu yarışın böyük potensialı var. Bütün dünya Azərbaycan turunu izləyir. Hər şey çox yüksək səviyyədədir. Velosipedçilər küləyə əks istiqamətdə irəliləməli idilər. Yürüşün 1-ci qrupu ilə ikincilər arasında təxminən 10 dəqiqə fərq var idi. Burada əla şərait var. İdmançılar və qonaqlar üçün yaradılan imkanlar gözəl təəssürat yaradır”.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov da öz növbəsində “Bugünkü mərhələnin fərqlənənləri çox çətin şəraitdə mübarizə aparıb, qalib oldular. Azərbaycanda 11 iqlim qurşağından 9-u var, bu gün də bunlardan birini qonaqlara göstərdik” deyib.
Onun sözlərinə görə, “Synergy Baku”nun üzvü Maksim Averinin göstəricisi yaxşıdır: “Komandamız liderlər qrupuna düşə bildi. Düşünürəm ki, növbəti mərhələlərdə velosipedçilərimiz özlərini daha yaxşı göstərəcəklər. Sumqayıtda da hər şey əla idi və buna görə də, şəhər rəhbərliyinə öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, veloyürüşün ikinci mərhələsi bu gün Bakıdan başlayıb, İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

