Futbol üzrə XX dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
13.06.2014 [09:17]
İyunun 12-də Braziliyanın San-Paulu şəhərindəki “Korintians” stadionunda futbol üzrə XX dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, bu stadion məhz dünya çempionatı üçün inşa olunub və 61 min 606 azarkeş tutumuna malikdir. Mərkəzində Braziliya bayrağının dalğalandığı arenada məşhur müğənnilər Cennifer Lopez, Pitbul və Klaudiya Leytte çempionatın rəsmi mahnısı - “We are one”ı ifa ediblər.
Sonra 6 min rəqqas və sirk ustasının ifasında xüsusi şou nümayiş olunub. FİFA-nın prezidenti Jozef Blatter və Braziliyanın prezidenti Dilma Roussef sülh rəmzi olan göyərçinləri səmaya buraxıblar.
Sonra stadionda quraşdırılmış xüsusi ekranda Braziliya milli komandasının çıxışından bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, çempionatın oyunları Braziliyanın 12 şəhərində - Rio-de-Janeyro, Resifi, Salvador, San-Paulu, Portu-Aleqri, Manaus, Fortaleze, Natal, Belu-Orizonti, Brazilia, Kuyaba və Kuritibada keçiriləcək. Çempionatın açılış matçında “Korintians” stadionunda Braziliya və Xorvatiya yığmaları qarşılaşacaqlar.
Mundialın final oyunu Rio-de-Janeyronun “Marakana” stadionunda keçiriləcək.
Braziliya dünya çempionatını ikinci dəfə qəbul edən beşinci ölkədir. Əvvəllər bu şərəfə Meksika, İtaliya, Fransa və Almaniya layiq görülüb. Braziliya dünya çempionatını birinci dəfə 1950-ci ildə qəbul etmişdi. O vaxt Uruqvay komandası zəfər qazanmışdı.
2014-cü ilin dünya çempionatı dalbadal Avropanın hüdudlarından kənarda keçirilən ikinci mundial olacaq.
2010-cu ildə CAR-da keçirilən dünya çempionatında qalib gəlmiş İspaniya yığması Braziliyada dünya çempionu titulunu saxlamaq uğrunda mübarizə aparacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

