Dünya çempionatında ikinci turun oyunlarına start verilib
18.06.2014 [09:52]
Braziliyada keçirilən Futbol üzrə dünya çempionatında ilk turun oyunları dünən keçirilən qarşılaşmalarla tamamlanıb. Turun son görüşlərində Rusiya millisi Cənubi Koreya ilə, Belçika yığması isə Əlcəzairlə üz-üzə gəlib. Dünən həmçinin, ikinci turun ilk oyunu da baş tutub. Ev sahibi Braziliya Meksika ilə üz-üzə gəlib.
Beləliklə, məhz bu turdan sonra bəzi komandalar üçün 3-cü turda keçirəcəyi görüş əhəmiyyətini itirə bilər. Demək olar ki, ikinci oyunlardan sonra 1/8 finala vəsiqə qazanan komandaların bəziləri məlum ola bilər.
Birinci oyunlardan sonra isə əsas diqqət çəkən İspaniya və Portuqaliya yığmalarının acınacaqı məğlubiyyətləri olub. Sonuncu Avropa və dünya çempionlarının turnirin favoritləri arasında göstərilən Hollandiya qarşısında məğlub olması bir çoxları üçün sürpriz sayılmasa da, 5-1-lik ağır məğlubiyyət və ispanların sönük futbolu gözlənilməz kimi qiymətləndirilir. Eynilə, dünyanın ən yaxşı futbolçularından olan Kriştiano Ronaldonun liderlik etdiyi Portuqaliya yığmasının almanlar qarşısındakı 4-0 hesablı məğlubiyyəti də bəzi azarkeşlərə əsl “soyuq duş” effekti verib. Uruqvayın Kosta - Rika qarşısındakı 3-1 hesablı məğlubiyyəti də bəzi mütəxəssislər tərəfindən gözlənilməz nəticə kimi dəyərləndirilir.
Hər çempionatda olduğu kimi, Braziliyada da ən çox müzakirə olunan mövzulardan biri, şübhəsiz, hakimlərin meydanda qəbul etdikləri qərarlarla bağlıdır. Xüsusən, Braziliya - Xorvatiya matçında yaponiyalı hakim Yuiçi Nişimuranın görüşün 71-ci dəqiqəsində xorvatların qapısına təyin etdiyi penalti, italiyan Nikola Rizzolinin ispanlarla oyunda hollandların əleyhinə penalti qərarı, serbiyalı “ədalət keşikçisi” Milorad Maziçin Portuqaliya - Almaniya qarşılaşmasında verdiyi mübahisəli qərarlar, Kolumbiyalı hakim Vilmar Roldanın Kameronla matçda Meksikanın iki nizami qolunu qeydə almaması və s. kimi qərarlar futbol mütəxəssisləri tərəfindən ciddi şəkildə tənqid olunur. Doğrudur, FİFA Hakimlər komitəsinin sədri Massimo Busakka verilən bəzi qərarların doğru olduğunu əsaslandırmağa çalışır. Bununla belə, onun arqumentləri narazılıqların qarşısını almaqda kifayət deyil.
Çempionatın diqqət çəkən digər məqammı isə şübhəsiz, oyunlarda yüksək qol məhsuldarlığının yaşanmasıdır. 1958-ci ildən sonrakı dünya çempionatlarında ilk turun oyunları adətən sönük və məhsuldarlığın aşağı olması ilə yadda qalsa da, bu dəfə azarkeşlər kifayət qədər qol izləmək imkanı qazanıblar. Növbəti turlarda mübarizənin daha da kəskinləşəcəyini nəzərə alsaq, bizi qarşıda daha maraqlı görüşlərin gözlədiyini söyləmək mümkündür.
İlk turda bu nəticələr qeydə alınıb:
Braziliya - Xorvatiya: 3-1
Meksika - Kameron: 1-0
İspaniya - Hollandiya: 1-5
Çili - Avtraliya: 3-1
Kolumbiya - Yunanıstan: 3-0
Kot-D-İvuar - Yaponiya: 2-1
Uruqvay - Kosta -Rika: 1-3
İngiltərə - İtaliya: 1-2
İsveçrə-Ekvador: 2-1
Fransa - Honduras: 3-0
Argentina - Bosniya-Herseqovina: 2-1
İran - Nigeriya: 0-0
Almaniya - Portuqaliya: 4-0
Qana - ABŞ: 1-2
Belçika - Əlcəzair: 2-1
Bu gün keçiriləcək oyunların saatları isə belədir:
21-00. Avstraliya - Hollandiya
00-00. İspaniya - Çili
03-00. Kameron - Xorvatiya
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

