Azərbaycan mötəbər idman yarışlarına uğurla ev sahibliyi edən cazibədar məkandır
01.08.2014 [09:52]
Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin 17 ili tamam olur. Bu müddətdə Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edən cazibədar məkana və dünya idman ailəsinin nüfuzlu üzvünə çevrilib. Ölkəmizdə nəhəng idman infrastrukturu yaradılıb və bu proses bütün regionları əhatə etməkdədir. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin sayı və sanbalı ilbəil artır. Bütün bu uğurlar Prezident İlham Əliyevin eyni zamanda Milli Olimpiya Komitəsinin rəhbəri kimi Azərbaycan idmanına göstərdiyi diqqət və qayğının nəticəsidir.
2003-cü ildən həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmizin idman statusunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu dövrün əsas xarakterik xüsusiyyəti geniş maddi-texniki bazaya malik idman infrastrukturunun yaradılması, dövlət proqramlarının qəbul olunması, idmançıların sosial problemlərinin həlli ilə bağlı təsirli tədbirlərin görülməsidir. İndi Azərbaycanda 40-dan çox olimpiya idman kompleksi fəaliyyət göstərir. Bununla da ölkədə yeni idmançı nəslin yetişdirilməsinə əlverişli şərait yaranıb, idmanın kütləviliyi, idmançılarımızın beynəlxalq arenalarda yüksək nəticələr qazanması təmin olunub. 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarından başlayan zəfər yolu 2000-ci ildə Sidneydə iki qızıl, bir bürünc, 2004-cü ildə Afinada bir qızıl, dörd bürünc, 2008-ci ildə Pekində bir qızıl, iki gümüş və dörd bürünc medalın qazanılması ilə müşayiət olunub. 2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunlarında isə rekord nəticə göstərərək tarixi nailiyyətə imza atan Azərbaycan dünyanın bu mötəbər idman yarışmasından Vətənə iki qızıl, iki gümüş və altı bürünc medalla qayıdıb. Son Olimpiya Oyunlarının yekunlarına görə dünyada 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerdə qərarlaşıb.
Tələbə idmançılarımızın Rusiyanın Kazan şəhərində keçirilən XXVII Ümumdünya Yay Universiadasında qazandıqları mükafatlar da idmanımızın tarixində özünə layiqli yer tutub. Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətə başlamasının iyirmi illiyi ilə bağlı keçirilən yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn beynəlxalq idman təşkilatlarının rəhbərləri də bu uğuru yüksək dəyərləndiriblər.
Azərbaycanda idmanın inkişafı ilə bağlı yürüdülən dövlət siyasəti daha böyük hədəflərə hesablanıb. Çünki ölkəmiz dünya idman hərəkatının inkişafına töhfə verməkdə maraqlıdır.
2015-ci ildə Bakı daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. İlk Avropa Oyunları “Odlar yurdu” Azərbaycanda keçiriləcək. Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında bununla bağlı qəbul edilən qərar beynəlxalq idman ictimaiyyətinin ölkəmizin olimpiya hərəkatında oynadığı rola verdiyi önəmin təzahürüdür. Bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sessiyadakı çıxışı da təsdiqləyir. O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda idmana böyük diqqət və qayğı göstərilir. Ona görə də Bakı 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malikdir. Azərbaycanın Avropa Oyunlarının keçirilməsi ilə bağlı namizədliyi 38 dövlət tərəfindən dəstəklənib. İlk dəfə təşkil ediləcək Avropa Oyunlarının Bakı şəhərində keçirilməsinə qərar verilməsi eyni zamanda ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşan müsbət imicdən qaynaqlanır. Digər tərəfdən Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, coğrafi mövqeyi, güclü idman infrastrukturu, ən başlıcası beynəlxalq yarışları keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasındadır.
Artıq geriyə sayım başlayıb. Bakı tezliklə Avropanın ən mötəbər yarışlarına ev sahibliyi edəcək. İnamla demək olar ki, bununla da Azərbaycan dünya idman aləminin nəhəng mərkəzlərindən biri kimi mövqeyini yetərincə möhkəmləndirəcək.
Beləliklə, 2015-ci ildə birinci Avropa Oyunları, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, bundan bir il sonra isə IV İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək. Üç ildə ölkəmizdə miqyasına görə çox böyük üç idman tədbirinin keçirilməsi öz-özlüyündə Beynəlxalq idman təşkilatlarının Azərbaycana göstərdikləri böyük etimadın bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35

