İlk Avropa Oyunları “Rio-2016” Olimpiadasına boks və güləş üzrə təsnifat imkanları yaradacaq
11.10.2014 [10:49]
Oktyabrın 10-da “Bakı-2015” Avropa Oyunları boks və güləş yarışlarının iştirakçılarına “Rio-2016” Olimpiya Oyunlarında mübarizə aparmaq üçün təsnifat imkanlarının təklif olunacağını təsdiq edib.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, idmanın hər iki növü üzrə yarışlar ilk Avropa Oyunlarında bu istiqamətdə yüksək standartı təmin edərək idmançılara Olimpiya Oyunları üçün təsnifata doğru irəliləmək şansı verəcək. Ümumilikdə “Bakı-2015”də idmanın 20 növündən 11-i Braziliyada keçiriləcək növbəti Yay Olimpiya Oyunları üçün təsnifat imkanı təklif edir.
Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki bu barədə deyib: “Boks və güləşin “Rio-2016” Olimpiya Oyunlarına təsnifat qazanmasının təsdiqlənməsi “Bakı-2015”in idman proqramının düzgün istiqamətdə inkişafının göstəricisidir və bu, məni çox sevindirir. AOK-un Avropa Oyunlarına aid konsepsiyasına görə, idmançıların özlərini daha yüksək səviyyədə sınamaları üçün elit idman yarışları yaradılmalı idi və “Bakı-2015” bunu etdi”.
“Bakı-2015”in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə bununla bağlı bildirib: “Olimpiya Oyunlarının təsnifat prosesinin bir hissəsi kimi, ilk Avropa Oyunlarında çoxlu sayda beynəlxalq idman federasiyasının iştirakı Azərbaycanda nə dərəcədə yüksək keyfiyyətli idman tədbirinin olacağının sübutudur. Avropa Olimpiya Komitəsi və prezident Patrik Hikki ən güclü idmançıların qarşıdakı illərdə Olimpiya Oyunları üçün şanslarını doğrultmaları baxımından bu böyük, multiidman yarışının bütün qitə üçün mühüm olacağına əmindirlər”.
“Bakı-2015”in boks yarışlarında kişilər arasında on çəki dərəcəsinin hər biri üzrə medal qazanan idmançı 2015-ci il dünya boks çempionatında iştirak üçün yer qazanacaq. Yarışların ən yüksək dərəcəli boksçuları təmsil etdikləri Milli Olimpiya komitələri adından “Rio-2016”da iştirak hüququ qazanacaqlar.
Güləş üzrə avropalı idmançılar və Milli Olimpiya komitələri “Rio-2016” üçün təsnifat prosesinin bir hissəsi kimi, “Bakı-2015” Avropa Oyunlarında iştirak etməlidirlər.
“Bakı-2015”in idman şöbəsinin direktoru Pirs O’Kallahan deyib: “Avropa federasiyaları “Bakı-2015” konsepsiyasının tamamilə tərəfdarıdır. Proqramımızın 16 Olimpiya idman növündən 11-nə növbəti Olimpiya Oyunlarında iştirak üçün təsnifat imkanlarının verilməsi Bakıda dünya miqyaslı yarışların olacağına işarədir. İlk Avropa Oyunlarının ən məşhur idman növləri arasında boks və güləş də olacaq. Odur ki, idmançıların çoxunun “Rio-2016”ya doğru yollarına məhz buradan başlayacaqlarını bilmək çox xoşdur”.
“Rio-2016” üçün təsnifat imkanları təklif edən 11 idman növünə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

