“Bakı-2015” ilk Avropa Oyunları Çinin Mərkəzi Televiziyası ilə yayım haqqında saziş imzalayıb
09.12.2014 [09:04]
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi Çinin Mərkəzi Televiziyası ilə Oyunların bu ölkədə yayımlanmasına dair saziş imzalayıb.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, sazişə əsasən, Çinin Mərkəzi Televiziyasının “CCTV 5” və “CCTV 5+” idman kanallarına bu ölkə ərazisində müstəsna yayım hüquqları verilir. Təxminən 1,2 milyard tamaşaçı auditoriyası olan televiziya stansiyası vasitəsilə Oyunların açılış və bağlanış mərasimləri, eyni zamanda, hər bir idman növü üzrə keçiriləcək yarışlar nümayiş etdiriləcək.
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: “Çinin Mərkəzi Televiziyası ilə ilk Avropa Oyunlarının bütün Asiyada çoxlu sayda idman azarkeşləri tərəfindən izlənməsini təmin edəcək saziş bağlamaqdan çox məmnunuq. “Bakı-2015” Avropanın bir sıra elit idmançılarının yarışacağı möhtəşəm idman bayramı olacaq. Yarışların bütün dünyanın diqqət mərkəzində olacağını bilmək çox gözəldir”.
Sazişə görə, yarışlar Çinin Mərkəzi Televiziyasının bütün rəqəmsal media platformaları, o cümlədən internet və mobil rabitə vasitəsilə yayımlanacaq. Mərkəzi televiziya Çində idman yayımı sahəsində əsas media qurumudur. Televiziya həm yay, həm də qış Olimpiya Oyunları, eyni zamanda, Asiya Oyunları, futbol üzrə dünya çempionatı, UEFA Çempionlar Liqası və digər bütün əsas idman yarışlarının yayım hüququna malikdir.
Çinin Mərkəzi Televiziyasının rəhbəri Jen Hepin bildirib: “İlk Avropa Oyunları beynəlxalq idman təqvimində möhtəşəm hadisə olacaq. Biz “Bakı-2015” ilk Avropa Oyunlarından ən yaxşı anları Çindəki idman azarkeşlərimizə nümayiş etdirəcəyimizə görə çox məmnunuq”.
“Bakı-2015” bu günədək yarışların dünyanın 33 ölkəsində yayımlanmasını təmin edəcək yayım sazişləri imzalayıb. Belə sazişlərin yaxın gələcəkdə də imzalanacağı gözlənilir.
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna qeyd edib: “Bu günə qədər bağladığımız yayım sazişlərindən çox məmnunuq. Həmin sazişlər İlk Avropa Oyunlarının dünyadakı idman azarkeşləri üçün yüksək keyfiyyətdə yayımlanmasını təmin edəcək. “Bakı-2015” ilk Avropa Oyunlarına olan marağın qitənin hüdudlarını keçdiyini bilirik. On yeddi gün ərzində dünyanın diqqət mərkəzində olacaq idman yarışları keçirəcəyimizə ümid edirik”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

