Gimnastika üzrə açıq Azərbaycan çempionatında 22 ölkədən idmançılar iştirak edəcək
04.03.2015 [09:53]
Martın 3-də Heydər Əliyev Mərkəzində Bakıda keçiriləcək test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika İttifaqının (AGİ) vitse-prezidenti Fərid Qayıbov, AGİ-nin prezidenti Jorj Gelzek, “Bakı-2015” Avropa Oyunlarını Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs O.Kallahan və başqaları çıxış ediblər.
F.Qayıbov bildirib ki, çempionatda 22 ölkədən idmançılar iştirak edəcək. Onların arasında ABŞ və Qazaxıstandan idmançılar da yer alacaq.
Avropa Olimpiya oyunlarının gimnastika növləri üzrə püşkatmasının hesabatı ilə çıxış edən J.Gelzek bildirib ki, çempionat beynəlxalq qaydalara uyğun olaraq keçiriləcək. Birinciliyə gimnastika üzrə Avropa çempionatının qalibləri də qatılacaq və bu idmanın bədii növünə daha çox diqqət yetiriləcək. Yenilik barədə danışan J.Jorj diqqətə çatdırıb ki, çempionatda bədii gimnastika ilə akrobatika növləri üzrə idmançıların qarışıq çıxışları böyük marağa səbəb olacaq.
Pirs O.Kallahan deyib: “Qitənin ən yaxşı idmançılarının iştirakı ilə Bakıda keçiriləcək Avropa Oyunları möhtəşəm idman bayramı olacaq. Biz Azərbaycanın və bütün Avropanın qürur duyacağı yarışlar keçirməyə çalışırıq”.
O, həmçinin bildirib ki, birinci Avropa Oyunlarında gimnastika üzrə 27 kişi və 26 qadın gimnastının iştirakı gözlənilir.
AGİ-nin akrobatika üzrə texniki komitəsinin prezidenti Karin Şarlye qeyd edib ki, akrobatika növünün gimnastika oyunlarına əlavə edilməsi bu idman növünün inkişafında böyük rol oynayır. Akrobatikada balans və dinamikaya böyük önəm veriləcək. Belarus idmançıları zədə aldıqlarına görə oyunda iştirak etməsələr də, digər ölkələrin idmançıları onların yerini dolduracaqlar.
Aerobika növü barədə danışan AGİ aerobika üzrə texniki komitəsinin prezidenti Mariya Kristina Kazentini bildirib ki, yarışlar qrup və qarışıq cütlüklər arasında keçiriləcək.
Konfransda Azərbaycan Gimnastika Federasiyasının yeni saytının və loqosunun təqdimatı olub. Məlumat verilib ki, yeni loqo Xəzər dənizini, gözəlliyi, Bakının arxitekturasını və incəliyi tərənnüm edir.
Qeyd olunub ki, birinci Avropa Oyunlarına cəmi 100 gün qalıb.
Sonda “Bakı-2015” Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00

