İlk Avropa Oyunlarının məşəli Salyanda böyük təntənə ilə qarşılanıb
05.05.2015 [10:24]
“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin növbəti dayanacağı Salyan rayonu olub. Mayın 4-də birinci Avropa Oyunlarının məşəli Cəlilabaddan Salyana gətirilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Salyan şəhərinin giriş qapısında təşkil olunan mərasimdə məşəl estafetinin iştirakçılarını yüzlərlə rayon sakini böyük coşqu ilə qarşılayıb.
Birinci Avropa Oyunlarının rəmzi qapısında kikboksinq üzrə məşqçi Rahil İsgəndərov Olimpiya məşəlini qəbul etdikdən sonra yürüşə start verilib. Məşəli növbə ilə bir-birinə ötürən on məşəlçi birinci Avropa Oyunlarının rəmzi qapısından başlayaraq 3,2 kilometr məsafə qət ediblər. Salyan şəhərinin Heydər Əliyev, Xəlil Rza, Yusif Qasımov, Aslan Hüseynov, Səməd Vurğun, Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Təbriz Xəlilbəyli küçələri ilə hərəkət edən idmançılar məşəli Heydər Əliyev parkına gətiriblər.
Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə alqışlayıblar.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun tələbəsi Cavid Quliyev səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.
Salyan şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Zərxanım Ağabəyova yandırdığı ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Estafet iştirakçılarını böyük sevinclə qarşılayan rayon sakinləri bu möhtəşəm idman tədbiri haqqında təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.
Salyan rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov deyib: “Bu gün Salyanda birinci Avropa Oyunlarının məşəli yandırıldı. Bu, rayonumuzun həyatında ən yaddaqalan hadisələrdən biridir. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısı, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar öz nəticəsini verdi. Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməsi qürurverici hadisədir. İnanıram ki, Azərbaycan idmançıları birinci Avropa Oyunlarında da bizə qələbə sevinci bəxş edəcəklər”.
Azərbaycan Müəllimləri İnstitutunun Salyan filialının direktor müavini Sahib Həsənov Bakıda birinci Avropa Oyunlarının keçirilməsini ölkəmizin idman nailiyyəti kimi qiymətləndirib. O, ölkəmizdə bədən tərbiyəsinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Salyandan Neftçalaya yola salınıb.
Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəl səyahətinə mindən çox məşəlçi cəlb olunub. İyunun 10-u məşəl proqramının son günü olacaq və məşəl Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.
İyunun 12-28-də idmanın 20 növü üzrə keçiriləcək ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən altı mindən çox atlet 253 dəst medal uğrunda mübarizə aparacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

