Azərbaycan idmançılarının daha bir uğuru
13.05.2015 [09:43]
“Synergy Baku” “Tour d’Azerbaidjan-2015” veloyürüşünün qalibi oldu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” veloyürüşündə ötən həftənin sonu 4-cü və 5-ci mərhələlərə yekun vurulub. Mayın 9-da 4-cü mərhələ çərçivəsində iştirakçılar Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir marşrutu üzrə yarışın ən uzun mərhələsində hərəkət edərək 205 km məsafə qət ediblər və “Bakı-2015” ilk Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının keçiriləcəyi “Kür” bazasının qarşısında finiş xəttini keçiblər.
Dağ mərhələlərində uğurlu nəticə göstərərək qırmızı rəngli “AZAL” köynəyini ələ keçirən “Synergy Baku” komandasının üzvü Aleksandr Surutkoviç 4-cü mərhələdə də üstünlüyünü saxlayaraq yenidən fəxri kürsüyə qalxıb. 4-cü mərhələnin qalibi isə məsafəni hamıdan tez qət edən İsrailin “Cycling Academy Team” komandasının üzvü Daniel Turek olub. Sprinterlərin mübarizəsində Sloveniyanın “Adria Mobil” komandasının üzvü Marko Kump önə keçməklə yaşıl rəngli “SOCAR” köynəyinə yiyələnib.
Mayın 10-da isə “Tour d’Azerbaidjan-2015” veloyürüşünün sonuncu mərhələsi keçirilib. Bu mərhələ Azərbaycanın “Synergy Baku Cycling Project” komandasının uğurlu çıxışı ilə yadda qalıb. Yarışın 5-ci mərhələsi “Bakı-2015” ilk Avropa Oyunlarının şose velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutub və məsul yarış öncəsi son sınaq xarakteri daşıyıb. Start və finiş xətti Azadlıq meydanında olan bu mərhələdə iştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət ediblər.
4 mərhələdən sonra komanda hesabında Sloveniyanın “Adria Mobil” klubuna 42 saniyə uduzan “Synergy Baku” paytaxt küçələrində əla taktiki gedişlər nümayiş etdirərək nəinki bu geriliyi aradan qaldırıb, hətta rəqibini 29 saniyə qabaqlamağı da bacarıb. Nəticədə “Synergy Baku Cycling Project” komandası 25 kollektiv arasında komanda hesabında 1-ci yerə çıxıb. Azərbaycan velosipedçilərinin uğurları bununla bitməyib. Belə ki, 3-cü mərhələdən etibarən dağ mərhələlərində daha yaxşı nəticə göstərərək qırmızı rəngli “AZAL” köynəyini ələ keçirən komandamızın üzvü Aleksandr Surutkoviç bu üstünlüyünü sonuncu mərhələdə də qoruyub və bununla da “Synergy Baku” “Tour d’Azerbaidjan-2015”i qırmızı köynəklə başa vurub.
5-ci mərhələnin qalibinə gəlincə, məsafəni hamıdan tez qət edən Rusiyanın “Rusvelo” komandasının üzvü Sergey Firsanov 3 saat 32 dəqiqə 10 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Qazaxıstan yığmasının üzvü Aleksandr Şuşemoin və “Synergy Baku”nun üzvü Matey Müqerli qalibə cüzi fərqlə uduzmaqla 2-3-cü yerləri tutublar. 5 mərhələdən sonra “Adria Mobil”in üzvü Primoj Roqliç ümumi təsnifatda liderliyi və mavi rəngli “Synergy” köynəyini özündə saxlayıb. İlk 10-luqda “Synergy Baku” komandasının 2 üzvü yer alıb - Matey Müqerli 3-cü, Maksim Averin isə 7-ci yeri tutub.
Sprinterlərin mübarizəsində Sloveniyanın “Adria Mobil” komandasının digər üzvü Marko Kump yaşıl rəngli “SOCAR” köynəyinə yiyələnib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın “Dukla Praqa” komandasının üzvü Frantişek Sisr bənövşəyi rəngli “Ataholding” köynəyinə sahib çıxıb. Ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutulan “AzVİF” köynəyinə isə Maksim Averin layiq görülüb.
“Tour d’Azerbaidjan-2015” veloyürüşünü dəyərləndirən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, “Tour d’Azerbaidjan-2015”in Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışdan sonra keçirilən mətbuat konfransında veloyürüşün çox maraqlı və kifayət qədər gərgin keçdiyini bildirib. Onun sözlərinə görə, turnirə qatılan bütün komandalar təşkilatçılıqdan razı qalıblar: “Məqsədimiz komandaların razı qalması idi və xoş haldır ki, narazılıq edən olmayıb. İştirakçılarımız Azərbaycanla tanış olmaq imkanı qazandılar. Bu yarışı izləyənlər gördülər ki, ölkəmiz istənilən yarışı yüksək səviyyədə keçirmək gücündədir. Bununla da Azərbaycanın Avropa Oyunları üçün tam hazır və ölkəmizin istənilən səviyyəli yarışı ən yaxşı şəkildə təşkil etməyə qadir olduğunu növbəti dəfə göstərdik”.
“Tour d’Azerbaidjan-2015”in “Bakı-2015”in şose velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində keçirilən sonuncu mərhələsini Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə təşkil etdiklərini deyən vitse-prezident bildirib ki, sınaq yüksək səviyyədə baş tutub. O, “Synergy Baku”nun çempionluğunu da yüksək qiymətləndirib: “Biz ildən-ilə hər şeyi yaxşılaşdıracağıq. Bu işlərə də başlayanda məqsədimiz bu olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkə idmanına böyük diqqət və qayğı göstərir. Velosiped idmanı da bunun sayəsində inkişafdadır. Artıq ilk bəhrələri görməkdəyik. Avropa Oyunlarına gəlincə, yarışda ən güclü idmançılar mübarizə aparacaqlar. Biz də yaxşı nəticələr göstərmək istəyirik. Çünki bu möhtəşəm yarışda yüksək təşkilatçılıqla yanaşı, əla nəticələr də vacibdir”.
Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov da “Tour d’Azerbaidjan-2015”də təşkilatçılığın çox yüksək səviyyədə olduğunu qeyd edib. O, əminliyini ifadə edib ki, Bakı qitənin ilk Oyunlarını keçirməyə tam hazırdır. Rusiyalı mütəxəssis ardıcıl 4-cü dəfə keçirilən “Tour d’Azerbaidjan” yarışının təşkilatçılığından razılığını ifadə edib. Onun sözlərinə görə, hər şey çox yüksək səviyyədə keçib: “Synergy Baku” çox uğurla çıxış etdi və çempion olmaqla yanaşı, dağ köynəyini də qazandı. Bu templə davam edərsə, “Tour d’Azerbaidjan” daha nüfuzlu yarışlar arasına girə biləcək”.
Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer də Təşkilat Komitəsinə təşəkkür edib. O vurğulayıb ki, gördüklərinə yaxşı mənada təəccüblənib: “Hər şey çox yüksək səviyyədədir. 4-cü ildir bu yarış keçirilir və görürük ki, ildən-ilə turnirin səviyyəsi yüksəlir. Azərbaycanda bütün şərait var. Yollar gözəldir, hotellər əladır. Heç məşhur “Tour de France” yarışında komandalar belə yüksək səviyyəli hotellərdə qalmırlar. Eyni zamanda, iştirakçıların təhlükəsizliyi çox yüksək səviyyədə qorunur. 5-ci mərhələ barədə deyə bilərəm ki, Avropa Oyunları üçün ideal marşrutdur. Bu yarışda da bizi çox gərgin mübarizə gözləyir. Çünki Oyunlarda qitənin ən güclüləri yarışacaq”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

