/ / Marina Nekrasova: Birinci Avropa Oyunlarında uğur qazanmaq üçün hazırlıqlara bütün gücümü sərf edirəm
Marina Nekrasova: Birinci Avropa Oyunlarında uğur qazanmaq üçün hazırlıqlara bütün gücümü sərf edirəm
27.05.2015 [09:25]
Birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. “Bakı-2015”də 16-sı Olimpiya və 4-ü qeyri-olimpiya olmaqla, ümumilikdə idmanın 20 növü üzrə yarışlar keçiriləcək. Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı 17 yarış günü ərzində qüvvələrini sınayacaq.
AZƏRTAC xəbər verir ki, Oyunların proqramına gimnastikanın digər növləri ilə yanaşı, bütün dünyada sevilən qadın idman gimnastikası da daxildir. Azərbaycanda idmanın bu növü yaxın keçmişdə - 2013-cü ilin sonlarından inkişaf etməyə başlayıb. Anna Pavlova və Marina Nekrasova isə Azərbaycanı beynəlxalq arenalarda təmsil edən ilk gimnastlardır.
Birinci Avropa Oyunlarında ölkəmizin şərəfini qoruyacaq M.Nekrasova gimnastikaya gəlişi, ümumiyyətlə idman karyerası barədə sualları cavablandırır.
- Mümkünsə, gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, idmanın məhz bu növünü seçdiniz?
- Bu, çoxdan olub. Üç yaşım tamam olandan bir az sonra valideynlərim məni gimnastikaya gətirdi. Bu yaşda uşaq sərbəst seçim edə bilməzdi. Ona görə də bu, valideynlərimin qərarı idi. İllər ötdükcə idmanın bu növünün necə gözəl və qeyri-adi olduğunu anladım.
- Necə düşünürsünüz, idmanın başqa sahələrində uğur qazana bilərdinizmi?
- Yoxlamaq olardı, amma gimnastikadan gedə bilmərəm.
- Yarış günü hisslərinizi necə cilovlayırsınız? Təmkinli olmağınızın sirri nədədir?
- Həyəcanımı yarış meydançasına çıxarmamağa çalışıram. Hisslərimlə evdə mübarizə aparıram.
- Fikrinizcə, idmanda vacib olan nədir?
- Ən əsası, istək, əzmli və səbirli olmaq.
- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu, idman növündən asılıdır?
- Əlbəttə, idman növündən çox şey asılıdır. Ən əsası isə məşqlərə düşüncə ilə yanaşmaq lazımdır ki, təhlükədən uzaq olasan.
- İdmanda kumiriniz varmı?
- Heç kimi xüsusi qeyd etmək istəməzdim, amma hörmət etdiyim çox idmançı var.
- Bir az da yaxın gələcək üçün planlarınızdan danışın.
- Ən yaxın gələcək üçün planlarım dünya kuboku və Avropa Oyunlarıdır. Əlbəttə, bir neçə yarış da var, amma onlar haqqında hələ düşünmürəm.
- Avropa Oyunları sizin üçün nə kimi əhəmiyyət kəsb edir və ona necə hazırlaşırsınız?
- Birinci Avropa Oyunları üzərimə böyük məsuliyyət qoyur. Ona görə də yaxşı nəticə əldə etmək üçün hazırlıqlara bütün gücümü sərf edirəm.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?
- Mənim əsas arzum, məqsədim Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır.
- İdmanla gündəlik həyatınızı birləşdirə bilərsinizmi?
- Zənnimcə, bu, məndə alınır. İstək olduqda hər şey mümkündür.
- Ailəniz haqda da bir az danışın.
- Böyük və dostcanlı ailəm var. Sevdiklərim mənə görə narahat olurlar, məni daim dəstəkləyirlər.
- Sevdiyiniz şəxs varmı?
- Sevdiyin şəxsi gizlətmək çox çətindir, əgər varsa hamı ondan xəbər tutur.
- Adətən azarkeşləriniz tribunalardan sizi necə dəstəkləyirlər?
- Yarışlarda diqqətimi tribunaya yox, çıxışıma yönəldirəm. Azarkeşlər nə etmək lazım gəldiyini özləri bilirlər.
- Siz onlardan nə eşitmək istərdiniz?
- Dəstəklədiklərinə görə çox sağ olsunlar. Onlarsız yüksək əhval-ruhiyyə yaranmır. Azarkeşlər mənim çıxışımın bir hissəsidir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35

