“Alov Qoruyanlar”
30.05.2015 [11:25]
Ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri artıq başa çatıb. Hər gün gözümüz qarşısında baş verən yeniliklər isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır. Təbii ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstəricisidir. Yarışların Bakıda keçirilməsi həm də müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyır. Bu aspektlərdən biri də bu hadisənin tarixi əhəmiyyətidir. Çünki Olimpiya Oyunları deyiləndə yada Yunanıstan düşdüyü kimi, ilk Avropa Oyunları deyiləndə də Azərbaycan xatırlanacaq.
Onu da vurğulamaq yerinə düşər ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini Azərbaycan ictimaiyyəti ilə yanaşı, gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri səbirsizliklə gözləyirlər. Beləliklə, ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında birinci Avropa Oyunlarında fəaliyyət göstərəcək könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinin və xalqımızın qələbəsidir”. Bunu qəzetimizə Bakı Dövlət Universitetinin IV kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Orxan Əjdərov deyib. Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı Azərbaycanın inkişafına, sabitliyinə, dünya idmanı və Olimpiya hərəkatının liderlərindən biri olmasına verilən qiymətdir: “Yarışların paytaxtımızda keçirilməsi böyük tarixi hadisədir və xalqımızın böyük uğurudur. Biz gənclərin isə ən ümdə vəzifəsi doğma vətənimizdə keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün əlimizdən gələn köməkliyi əsirgəməməkdir. Bu baxımdan biz “Bakı-2015” könüllülərinin üzərinə ikiqat məsuliyyət düşür. Ümidvaram ki, bizə göstərilən bu etimadın öhdəsindən gəlməyi bacaracağıq, eyni zamanda, ölkəmizi bu yarışlarda layiqincə təmsil edəcəyik”.
Orxan Əjdərov, həmçinin, idmançılarımızın yarışlarda inamlı qələbələr əldə edəcəyinə inandığını da vurğulayıb: “Mən “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək bütün idmançılarımıza və Azərbaycan dövlətinə uğurlu qələbələr arzulayıram. İnanıram ki, idmançılarımız həmişə olduğu kimi, bu dəfə də bizə qələbə sevinci yaşadacaq və üçrəngli bayrağımızı zirvələrə qaldırmağa nail olacaqlar”.
“İlk Avropa Oyunları idman tarixində yeni səhifə açacaq”. Bunu “Bakı-2015”in könüllüsü, Bakı Dövlət Universitetinin I kurs tələbəsi Səadət Qarayeva deyib. Onun sözlərinə görə, Bakıda keçiriləcək ilk Avropa Oyunları qitə idmanı tarixində yeni səhifə açacaq və əməkdaşlıq üçün yeni perspektivlər və imkanlar yaradacaq: “Bilirsiniz ki, idman mədəniyyətlərin və regionların yaxınlaşması, eləcə də, sülh və tolerantlığın möhkəmləndirilməsində unikal rol oynayır. Bu baxımdan, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin böyük tarixi əhəmiyyəti var. Artıq yarışların keçirilməsinə də sayılı günlər qalıb. Bu, bizim həyəcanımızı daha da artırır. Baxın, bu yarış Avropa qitəsində ilk dəfə ölkəmizdə keçiriləcək və burada 50-yə qədər dövlətdən 6000-dən çox idmançı iştirak edəcək. Bu, bir daha ilk Avropa Oyunlarının nə qədər önəmli, eyni zamanda, möhtəşəm bir yarış olduğunu deməyə əsas verir”.
“Bakı-2015”in könüllüsü yarışlarda könüllülərin görəcəyi işlərdən də danışıb: “Biz ilk Avropa Oyunlarında könüllü qismində iştirak etməkdən məmnunuq və bununla qürurlanırıq. Sevinirik ki, belə bir mötəbər yarışda biz də iştirak edəcəyik və az da olsa, öz töhfəmizi vermiş olacağıq. Düşünürəm ki, bundan yaxşı heç nə ola bilməz: vətənini təbliğ etmək, gələn qonaqlara Azərbaycan haqqında məlumat vermək”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43

