/ / Sahib Ələkbərov: Yarışların yüksək səviyyədə təşkili Avropa Velosipedçilər Birliyinin rəhbərliyini heyran etdi
Sahib Ələkbərov: Yarışların yüksək səviyyədə təşkili Avropa Velosipedçilər Birliyinin rəhbərliyini heyran etdi
23.06.2015 [09:37]
“İyunun 22-də Bakıda Avropa Velosipedçilər Birliyi Rəhbərlər Komitəsinin növbəti iclası keçirilib. İclasda Avropa Velosipedçilər Birliyinin inkişafında çox ciddi dəyişikliklərə səbəb olacaq məsələlər müzakirə edilib. İclasın Bakıda keçirilməsi təsadüfi deyil. Birlik rəhbərliyi “Bakı-2015” ilk Avropa Oyunlarının gedişini izləmək üçün ölkəmizə gəlib. İyunun 21-də onlar şose velosiped idmanı üzrə yarışları da izləyiblər”.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib. Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartientin yarışların çox yüksək səviyyədə təşkilindən, Azərbaycanda dövlətin idmana qayğısından məmnun olduğunu diqqətə çatdıran Sahib Ələkbərov bildirib: “Düşünürəm ki, belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi velosiped idmanının inkişafına təkan verəcək. Biz birinci Avropa Oyunlarının bu səviyyədə keçirilməsini gözləyirdik. Çünki buna ciddi hazırlaşmışdıq, əlimizdən gələni etmişdik. Xaricilər isə Avropa Oyunlarının belə yüksək səviyyədə təşkil olunacağına inanmırdılar. Ancaq Avropa Oyunlarının açılış mərasimi, eləcə də yarışların yüksək səviyyədə təşkili onları heyran etdi”.
Azərbaycan milli yığmasının böyük nəticələr göstərdiyini, idmançılarımızın komanda hesabında 2-ci yerdə getdiklərini qeyd edən Sahib Ələkbərov deyib ki, bütün bunlar Avropa idman ictimaiyyətini heyrətləndirib. Çünki onlar Azərbaycanın bu qədər yüksək potensialı olduğunu gözləmirdilər.
S.Ələkbərov deyib: “Həm yarışların hazırlığı və keçirilməsi, həm də idmançılarımızın parlaq qələbələri ilk növbədə Azərbaycanda uğurla aparılan idman siyasətinin və Prezident İlham Əliyevin idmançılara qayğısının nəticəsidir. Sözsüz ki, bu diqqət və qayğı yaxın illərdə ölkəmizdə idmanın bütün növlərinin inkişafına təkan verəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

