Media təmsilçiləri arasında dama turniri bu gün start götürür
02.05.2009 [12:53]
Dünən “Yeni Azərbaycan” qəzetinin redaksiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 86-ci ildönümünə həsr olunmuş turnirin püşkü atılıb
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə jurnalistlər arasında keçirilən dama yarışınun püşkü atılıb. Qeyd edək ki, “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı və “Azərsutəchizattikinti”nin sponsorluğu ilə keçirilən yarışı bu gün başlayır.
Püşkatma mərasimində çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu yarışa qatılan qəzet və televiziyaların nümayəndələrini salamlayaraq turnir haqqında məlumat verdi. çıxışına Azərbaycan Dövlət Neft Akademiyasında qətlə yetirilənlərin yaxınlarına başsağlığı verməklə başlayan H.Babaoğlu respublikamızda idmana göstərilən diqqət və qayğıdan, ölkədə idmanın bütün sahələrində gedən sürətli inkişafdan söz açdı. ümummilli lider Heydər Əliyevin dünyanın ən böyük intellektlərindən, zəka sahiblərindən biri olduğunu bildirən baş redaktor bu intellektual yarışın Onun adı ilə bağlı olmasının vacibliyini bir daha qeyd etdi.
Daha sonra çıxış edən turnirin təşkilatçılarından “Azərsutəchizattikinti”nin sədri Mirzəcan Xəlilov ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə KİV nümayəndələri arasında belə mötəbər turnirin keçirilməsinin əhəmiyyəti haqqında danışdı. “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə keçirilən dama yarışının böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, KİV nümayəndələri arasında belə bir yarışın keçirilməsi həmrəyliyin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sonra turnirin baş hakimi Azərbaycan Dama Federasiyasının nümayəndəsi Eldar Əliyev çıxış edərək yarışın reqlamenti haqqında geniş bilgi verdi. Federasiya nümayəndəsi yarışda iştirak edəcək media nümayəndələrini maraqlandıran sualları cavablandırdı. Daha sonra püşkatma keçirildi.
Püşkatmanın nəticələri belədir:
1 - İsmayıl İsmayılzadə “Həftə içi” - 2- Elxan Qasımov (“Azad Azərbaycan” qəzeti)
3 - Vamiq Nəsirov (Xəzər TV) - 4 - Orxan Əli (“İki sahil”)
5 -Samirə Allahverdiyeva (AzərTAc) - 6 - Asəf Əliyev (“Space”)
7 - İbrahim Cəfərov (“525-ci qəzet”) - 8 - Tural Məmmədov (“SİA”)
9 Aqil Lətifov (“525-ci qəzet”) - 10 - Rasim Muradzadə (“Azad Azərbaycan” qəzeti)
11 - Azad Əliyev (“Həftə içi”) - 12 - Elgün Vidadioğlu (“SİA”)
13 - Əli İbrahimov (“Həftə içi”) - 14 - Ceyhun Əliyev (lifesport.az)
15 - Siyavuş Əliyev (AzTV) - 16 - Kənan Qasımov (AzTV)
17 - Əli Xankişiyev (İTV) - 18 -Oqtay Salamov (“Ədalət” qəzeti)
19 - Nadir Azəri (“Yeni Azərbaycan”) 20 - Yusif Yaqubov (İTV)
21 - Ramiz Mikayıloğlu (“Xalq cəbhəsi”) - 22 - Tapdıq Qurbanlı (“Səs” qəzeti)
23 - Məmmədhəsən Məmmədov (“Azad Azərbaycan”qəzeti) - 24 - Elçin Mehbalıyev (AzTV)
25 - Əlimərdan Sultanov (“Palitra”) - 26 - Namiq Əliyev (“Palitra”)
27 - Bahar Maşıyeva (“Yeni Azərbaycan”) - 28 - Emin Abbasov (Xəzər TV)
29 - Mərdan İsmayılov (“Xalq cəbhəsi”) - 30 - İman Məcidov (“Space”)
31 - İlqar Məmmədov (“İki sahil”) - 32 - Zahid Cəfərov (“Yeni Azərbaycan”)
33 - Ramiz Quliyev (AzərTAc) - 34 - Nicat Qayıbov (İTV)
35 - Firdovsi Fərzəliyev (“Şərq”) - 36 - Ramil Vəlibəyov (“Yeni Azərbaycan”)
37 - Elman Cəfərli (“Olaylar”) - 38 - Zakir Rəhimli (“Səs” qəzeti)
39 - Nüşabə Şəkərova (“Palitra”) - 40 - Nəsimi Cəfərli (“Şərq”)
41 - Qismət İsmayılov (“Səs”) - 42 - Könül Cəfərova (SİA)
43 - Elgün Fətəliyev (Xəzər TV) - 44 - Ədil Ədilzadə (“Olaylar”)
45 - Nail Rəhimzadə (“İki sahil”) - 46 - Elman Şirbağırov (“Space”)
47 - Ağa Cəfərli (“Xalq cəbhəsi”) - 48 - Məzahir Əliyev (AzərTAc)
Bu turu qələbə ilə başa vuran iştirakçılar növbəti turda qarşı-qarşıya gələcəklər. II mərhələdə də qalib gələn media təmsilçiləri qrup oyunlarına qatılmağa haqq qazanacaq. Qrupda isə yarış iştirakçılarını daha ciddi mübarizə gözləyəcək. 12 komandanın 2 qrupda yarışacağı bu turda qruplarında ilk 2 yeri tutmuş iştirakçılar yarımfinalda mübarizəni davam etdirəcəklər. Yarımfinal mərhələsinin qalibləri finala çıxdığı halda, məğlublar üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, oyunlara bu gün saat 11:00-da “Yeni Azərbaycan” qəzetinin redaksiyasında start veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

