Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Millimizin ən dəyərli oyunçusu kimdir?

Millimizin ən dəyərli oyunçusu kimdir?

01.05.2009 [14:05]

Almaniyanın transfermarkt.de portalı futbolçuların transfer qiymətlərini açıqlayıb. Alman həmkarlarımız Azərbaycan Premyer-Liqasında çıxış edən futbolçulardan bəzilərinin də qiymətlərini hesablayıb ki, onların da arasında son dövrlər milliyə dəvət alan 14 futbolçunun adı var.
Transfermarkt.de-nin hesablamalarına inansaq, hazırda millimizin formasını geyinən ən bahalı futbolçu “Neftçi”nin müdafiəçisi Rail Məlikovdur. Berti Foqtsun həmyerliləri ona 900 min avro qiymət qoyub. 2-3-cü pillələri çinin “çanqçun Yatay” klubunda çıxış edən Branimir Subaşiç və “Qarabağ”ın qolkiperi Fərhad Vəliyev tutur. Hər iki futbolçuya 800 min avro qiymət qoyulub. İlk beşliyi 550 min avroyla “Neftçi”nin “Simurq”a icarəyə verdiyi Aleksandr çertoqanov və ondan 100 min avro ucuz olan “Xəzər Lənkəran”ın qolkiperi Kamran Ağayev qapadır.
Hesablamalara görə, millimizdə forma geyinən ən ucuz futbolçular Zeynal Zeynalovla Vaqif Cavadovdur. Transfermarkt.de hər iki futbolçuya 150 min avro qiymət qoyub. Almaniyalı həmkarlarımızın yazdıqlarına inansaq, hazırda millimizin 14 üzvünün 5.550.000 avro qiyməti var.

Paylaş:
Baxılıb: 1341 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31