"Synergy Baku" "Tour d’Azerbaidjan-2016"nın qalibi olub
11.05.2016 [01:52]
Sahib Ələkbərov: Bu, Azərbaycanın qələbəsidir
Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2016" veloyürüşü Azərbaycanın "Synergy Baku" kontinental komandasının çempionluğu ilə yadda qalıb. Velosipedçilərimiz ümumi komanda hesabında bütün rəqiblərini qabaqlamaqla, ötən il olduğu kimi, bu dəfə də azarkeşlərə çempionluq sevinci yaşadıblar.
Start və finiş nöqtəsi Azadlıq meydanında olan, paytaxt küçələri ilə keçirilən və 158 km-dən ibarət sonuncu, 5-ci mərhələ öncəsi Avstriyanın "Felbermayr - Simplon Wels" klubuna 1 dəqiqə, 21 saniyə uduzan "Synergy Baku"nun əla komanda işi yekunda öz nəticəsini verib. Velosipedçilərimiz nəinki geriliyi aradan qaldırıblar, hətta yekunda "Felbermayr - Simplon Wels"i 7 dəqiqə, 14 saniyə qabaqlamağı da bacarıblar.
Fərdi nəticələrə gəlincə, marşrutu 3 saat, 41 dəqiqə, 46 saniyəyə başa vuran Almaniyanın pro-kontinental "Bora-Argon 18" klubunun üzvü Mikael Şvarzman finişi birinci keçib. İsveçrənin pro-kontinental "Roth" komandasının nümayəndəsi Alberto Çeççin 2-ci, Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun velosipedçisi Daniel Şorn isə 3-cü yeri tutub.
Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov təqdim ediblər.
Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov "Tour d`Azerbaidjan-2016" veloyürüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanda idmanın inkişafı üçün dövlət səviyyəsində böyük işlərin görüldüyünü deyib: "Prezident İlham Əliyevin hər bir sahəyə olduğu kimi, velosiped idmanına da böyük dəstəyi var. Buna görə hər şeydən öncə, təmsil etdiyim qurum adından Prezidentə dərin minnətdarlığımı bildirmək istəyirəm".
Bu sözləri deyən yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer isə "Tour d`Azerbaidjan-2016"nın texniki direktoru kimi görülən işlərdən, idmançılar üçün yaradılan şəraitdən tam razı qaldığını bildirib: "Ötən il müqayisə apararkən "Tour d`Azerbaidjan"da idmançılar üçün yaradılan şəraitin "Tour de France"dan üstün olduğunu qeyd etmişdim. Yenə də fikrimdə qalıram. Şərait çox yüksək səviyyədə idi".
Mətbuat konfransında çıxış edən Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov isə komanda hesabında ardıcıl ikinci il qalib olan "Synergy Baku"nun uğurunu yüksək dəyərləndirib: "Bu, Azərbaycanın qələbəsidir. Yarış gərgin mübarizə şəraitində keçdi. Dünyanın bir çox ölkələrindən olan komandalar turnirdə mübarizə aparırdı. Azərbaycan artıq böyük tədbirlərə ev sahibliyi etməyə öyrəşib. Cənab Prezidentimiz İlham Əliyevin dəstəyini qeyd etmək istərdim. Dövlət başçımız daim idmana böyük qayğı göstərir".
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

