/ / Avarçəkənimiz V.Demyanenko XXXI Yay Olimpiya Oyunlarında ölkəmizə daha bir gümüş medal qazandırıb
Avarçəkənimiz V.Demyanenko XXXI Yay Olimpiya Oyunlarında ölkəmizə daha bir gümüş medal qazandırıb
19.08.2016 [12:18]
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının on üçüncü günündə - avqustun 18-də Azərbaycan avarçəkəni Valentin Demyanenko gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə idmançımız birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə seçmə yürüşə qatılıb. Bu mərhələdə onun rəqibləri bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olub. Məsafəni 39,749 saniyəyə qət edən idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib.
Azərbaycan atleti yarımfinalda almaniyalı Stefan Kiraj, gürcüstanlı Zaza Nadiradze, portuqaliyalı Helder Silva, macarıstanlı Conatan Haydu, Yuri Çeban (Ukrayna) və Kanada avarçəkəni Mark Olderşava qarşı yarışıb. Yarımfinalda məsafəni 40.298 saniyəyə qət edən idmançımız finala adlayıb.
İdmançımız final yürüşü sınağını da uğurla başa vurub. Otuz üç yaşlı atletimizin həlledici mərhələdə çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çebana qarşı yarışıb. Finalda məsafəni 39.493 saniyəyə qət edən idmançımız gümüş medal qazanmağı bacarıb.
Bununla da Azərbaycan Olimpiya millisinin hesabındakı medalların sayı 10-a çatıb. Bunlardan 4-ü gümüş, 4-ü bürünc digər ikisinin əyarı isə hələ də məlum deyil. Belə ki, boksçularımız Lorenzo Sotomayor (64 kq) və Kamran Şahsuvarlının (75 kq) yarımfinal döyüşlərinin nəticəsindən asılı olmayaraq, onlar da millimizin adına ən azı iki bürünc medal təmin ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28

