“Sobesednik”: İslamiadanın tamaşaçı tribunalarında xeyli rusiyalı azarkeş görmək olar
19.05.2017 [09:51]
Rusiyada çıxan “Sobesednik” həftəliyində nəşrin müxbiri Alina Sokolovanın Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş xüsusi reportajı dərc olunub. “Həmrəylik oyunları” sərlövhəli materialın müəllifi yazır: “MDB-nin ən gözəl paytaxtlarından biri olan Bakıda qeyri-adi formatlı iri beynəlxalq tədbir - İslamiada və ya İslam Həmrəyliyi Oyunları keçirilir. Bu Oyunlarda rusiyalı idmançılar iştirak etmirlər, lakin tamaşaçı tribunalarında xeyli rusiyalı azarkeş görmək olar.
Qonaqpərvər Bakının beynəlxalq idman tədbirləri arenasına çevrilməsi birinci dəfə deyil. Burada Avropa Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yürüşləri keçirilib. Ona görə də Xəzər sahilindəki şəhər dünyanın 54 ölkəsindən İslamiadanın 4000 iştirakçısının və üstəlik, sayı bundan az olmayan turistlərin gəlişinə hazır idi. Əyinlərində “Bakı-2017” emblemi çəkilmiş yaşıl rəngli futbol köynəkləri olan könüllülərə şəhərin hər yerində rast gəlmək olar. Onların əksəriyyəti üç dildə - Azərbaycan, rus və ingilis dillərində danışır”.
Dizayner ixtisası üzrə təhsil alan 19 yaşlı tələbə Ayan Vəhdətli “Sobesednik”in müxbiri ilə söhbətində deyib: “Biz 8 min nəfərik. Bütün şəhərdə, bütün idman obyektlərində çalışırıq, qonaqlara və idmançılara kömək edirik”. Oyunlar ərəfəsində xüsusi müsahibə və təlim keçmiş Ayan Oyunlar müddətində hər gün iki növbə könüllü kimi xidmət edir. Bu işi maraqlı hesab edir: “Doğrudan da, Səudiyyə Ərəbistanı, Banqladeş, İran, İndoneziya, Bəhreyn, Türkiyə və digər ölkələrdən olan idmançıları bir də haçan eyni yerdə görmək mümkün olacaq! Builki oyunlara hətta Suriya, Fələstin və Somalidən də iştirakçılar gəlib. Hərçənd, onların gəlib-gəlməyəcəyi lap son ana qədər şübhə altında idi. Bakıda könüllü olmaq prestijli sayılır. Bunun üçün hətta müsabiqə keçirilir. Oyunlar başa çatanda tələbələrə sertifikatlar, xatirə hədiyyələri və özlərinin gələcək rezümelərində daha bir sətir əldə edəcəklər. Əvvəlki yarışlarda könüllülərə mükafatları - fərmanları, saatları və üzərində xatirə simvolikası olan kompüter fləşlərini şəxsən Azərbaycanın indiki Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib. Buna görə də könüllülər deyirlər ki, Oyunların keçiriləcəyi bu on günü heç vaxt unutmayacaqlar.
Dünyanın 50-dən çox ölkəsindən gəlmiş idmançılar Bakının mərkəzindəki Olimpiya kəndində yerləşdirilib. Əslində bu “kənd” 13 müasir çoxmərtəbəli binadan ibarətdir. Bu binaların pəncərələrində müxtəlif ölkələrin bayraqları asılıb. Bayraqların sayına əsasən gözəyarı müəyyən etmək olar ki, ən vətənpərvər və çoxsaylı nümayəndə heyəti Türkiyədən gəlib.
Əlbəttə, jurnalistlər idmançılarla söhbət etmək istəyir, amma könüllülər xahiş edirlər ki, yarış ərəfəsində iştirakçıların fikrini yayındırmayaq, axı bütün beynəlxalq yarışlarda olduğu kimi, burada da idmançıların hər dəqiqəsi ciddi planlaşdırılıb. Buna baxmayaraq bəzi iştirakçılar, ayaqüstü də olsa, fotokameraların və videokameraların obyektivlərinə baxıb gülümsəməyə, azarkeşləri salamlamağa macal tapırlar.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov rusiyalı jurnalistlərə müsahibəsində deyib: “Həmrəylik Oyunları bizim üçün mühüm hadisədir. İdmançılarımız üçün bu oyunlar Avropa çempionatında və digər yarışlarda görməyəcəkləri iştirakçılarla görüşmək və yarışmaq imkanıdır. Bizə 3 000 idmançı və onları müşayiət edən daha 1000 nəfər gəlib. Maraqlıdır ki, Oyunların rəmzləri Qarabağ atlarıdır. Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Qarabağ xalqımızın mənəviyyatının, tarixinin və ənənələrinin, o cümlədən xalçaçılıq və atçılıq ənənələrinin rəmzidir. Bütün bunlar İslam həmrəyliyi oyunlarının loqotipində öz əksini tapıb. Qarabağ atları zəriflik və cəsurluq rəmzidir. “İnci” və “Cəsur” ləqəbli atlar İslamiadanın rəmzləridir və Oyunların bütün suvenirləri üzərində onların təsviri var. Bizim üçün bu, mədəniyyətin və mənəvi dəyərlərin mühüm tərkib hissəsidir və biz bu dəyərləri bütün qonaqlarımızla bölüşmək istəyirik”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

