AFFA-nın XXV konfransı keçirilib
08.03.2018 [08:42]
Martın 7-də Bakıda AFFA-nın XXV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü, xarici işlər naziri Elmar Məmmədyarov, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Con Deleyni, veteran futbolçular və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki uğurlu çıxışından bəhs edən videoçarx nümayiş olunub.
AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən il futbolun inkişafı istiqamətində görülən işlərdən danışaraq deyib: “Hesabat dövründə “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi çox sevindirici oldu. Bundan əlavə, Bakı 2019-cu ildə UEFA Avropa Liqasının final qarşılaşmasına ev sahibliyi etmək hüququ qazanıb. Həmçinin paytaxtımızda FIFA-nın sammiti təşkil olunub. Eləcə də Qurban Qurbanov milli komandamıza baş məşqçi təyin edilib. Azərbaycanın U-23 yığması Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının qalibi adına sahib olub. Bütün bunlar ölkəmizdə futbolun inkişafına yönəlmiş addımların uğurlu nəticələridir”.
AFFA-nın sponsorlarının sayının artdığını vurğulayan R.Abdullayev Azərbaycan futboluna və Assosiasiyaya fəal dəstəyinə görə FIFA-ya və UEFA-ya minnətdarlığını bildirib. Qeyd edib ki, 2017-ci il futbol üçün uğurlu il olub və bir çox mühüm layihələr həyata keçirilib. AFFA prezidenti Azərbaycanda futbolun inkişafına diqqət və qayğısına, həmçinin beynəlxalq yarışların ölkəmizdə təşkilində dəstəyinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirib. “Çalışacağıq ki, bundan sonra da azarkeşlərimizə sevindirici anlar yaşadaq. FIFA və UEFA qadınların futbola cəlb olunmasında böyük işlər görürlər. Biz də bu yöndə fəaliyyətimizi davam etdiririk”, - deyə R.Abdullayev diqqətə çatdırıb.
FIFA-nın Avropa Milli Assosiasiyalarının direktoru Byorn Vassallo ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O, Azərbaycanda futbolun inkişafı istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışıb.
Sonra AFFA-nın baş katibi Elxan Məmmədov ötən il ərzində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, infrastrukturun təkmilləşdirilməsi və uşaq futbolunun inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.
Konfransda AFFA-nın maliyyə hesabatı dinlənilib və müstəqil audit tərəfindən şəffaf dəyərləndirilib.
AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə futbol yay düşərgələrinin, regionlarda aşağı yaşlı futbolçular arasında turnirlərin təşkil edildiyini, müxtəlif yaş kateqoriyaları üzrə komandalara oyunçuların cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, uşaqlar arasında çimərlik futbolu yarışları da keçirilir. Həmçinin məktəblərdə futbol dərslərinin tədrisi layihəsi də uğurla davam etdirilir. Hazırda 25 məktəbdə şagirdlər analoji dərslərdə iştirak edirlər. Belə məktəblərin sayının artırılması istiqamətində müvafiq işlər görülür.
UEFA-nın milli assosiasiyaların inkişafı şöbəsinin rəhbəri Tyerri Favre beynəlxalq “Het-trik” layihəsi barədə məlumat verib. Layihə çərçivəsində 2008-ci ildən başlayaraq Azərbaycanda 7 tədbirin həyata keçirildiyini vurğulayan UEFA nümayəndəsi bunun ölkəmizdə futbolun kütləviləşməsinə böyük təkan verdiyini deyib.
Sonra bu ilin sentyabrında start götürəcək UEFA Millətlər Liqasının təqdimatı olub.
UEFA-nın İcraiyyə Komitəsinin üzvü Con Deleyni Azərbaycanda idman infrastrukturunun beynəlxalq standartlara tam cavab verdiyini deyib və gələcək yarışlarda komandalarımıza uğurlar arzulayıb.
Sonda qadınların futbola cəlb olunması ilə bağlı AFFA-nın və “UNICEF-Azərbaycan”ın birgə hazırladığı maarifləndirici videoçarx nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

