Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinin açılışı olub
04.12.2018 [10:32]
Dekabrın 2-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Nazir bildirib ki, ölkəmiz gimnastika üzrə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycan dünyada gimnastika mərkəzlərindən birinə çevrilib. Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi idmanın bu növünün ölkəmizdə sürətli inkişafına təkan verib. Respublikamızda güclü idman infrastrukturu yaradılıb, gimnastikanın kütləviliyinə və populyarlığına nail olunub. Bakının ev sahibliyi etdiyi Konqres innovasiyalar üçün platforma olacaq.
Konqresdə Azərbaycan Gimnastika Federasiyasını baş katib Nurlana Məmmədzadə, bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva və beynəlxalq əlaqələr üzrə menecer Mehman Əliyev təmsil edirlər.
FIG-nin Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir. Konqresdə FIG-nin prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki komitələrinin prezidentlərinin hesabatları dinləniləcək. Daha sonra Beynəlxalq Gimnastika Federasiyasına daxil olan qitə ittifaqlarının rəhbərləri hesabatla çıxış edəcək, habelə qurumun rüblük maliyyə planı təsdiqlənəcək.
Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə ediləcək və növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.
FIG-nin rəhbər orqanlarının və bu quruma üzv federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər iclasın gedişində müzakirə ediləcək. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinə baxılacaq.
Konqresdən əvvəl, noyabrın 29-da Bakıda FIG-nin Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun İcraiyyə komitəsinin iclasları keçirilib.
Konqres işini dekabrın 3-də yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

