Mario İzola: Bakı şəhər halqası Formula 1 təqvimindəki digər şəhər treklərindən çox fərqlənir
25.04.2019 [09:31]
“Pirelli” şirkətinin rəsmi veb-səhifəsində Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ilə bağlı təkər seçimlərinə dair məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı şəhər halqasının özünəməxsus xüsusiyyətləri, küləkli və dəyişkən hava şəraiti, həmçinin trek ətrafındakı tikililərin hava axınına və trek səthinin istiliyinə təsiri komandalara düzgün təkər strategiyasının qurulmasında çətinlik törədir.
Məqalədə qeyd olunub ki, Bakı şəhər halqası ən uzun və sürətli şəhər trekidir. Yüksək sürət, kəskin döngələr və ensiz hissələr bu trekdə qəzaları qaçılmaz edir. Nəticədə təhlükəsizlik maşını trekə daxil olur. Digər tərəfdən, Formula 1 trekləri içində ən uzun sürətlənmə düzlüyü buradadır və bu düzlük təkərlərin istiliyini aşağı salır. Bundan başqa, şəhər treki olduğunu görə burada səth hamardır və bu da öz növbəsində, təkərlərin asfalta möhkəm ilişməsinə mane olur.
Yazıda bildirilir: “Bakı, həm də “Küləklər şəhəri” kimi tanınır və külək bolidlərin aerodinamikasına böyük təsir göstərir. Trekin ətrafında çoxmərtəbəli binaların olması trekə müxtəlif istiqamətlərdən güclü hava axınının daxil olmasına səbəb olur. Başqa tərəfdən, yarış 16:10-da başlayır və trek səthində temperatur tezliklə aşağı düşə bilir. Ümumiyyətlə indiyədək Bakıda keçirilmiş Qran-Pri yarışları həm çox isti, həm də sərin hava şəraitində baş tutub. Qeyd olunan bu səbəblər Bakı üçün sabit strategiyanın qurulmasını mümkünsüz edir”.
Bunları nəzərə alan “Pirelli” şirkəti Çində baş tutmuş sonuncu yarışda olduğu kimi, Bakı yarışında da komandalara oxşar təkər seçimlərini təklif edir - sərt, orta və yumşaq. Komandalar artıq öz seçimlərini ediblər. İlk üçlükdə olan komandalardan “Red Bull” yumşaq təkərlərə daha çox üstünlük verib. “Mercedes” və “Ferrari” komandaları isə bu təkər növünə öz seçimlərində az yer veriblər.
Şirkətin Formula 1 üzrə yarış meneceri Mario İzola Azərbaycan Qran-Prisi üçün düzgün təkər seçimi etməkdə çətinlik çəkdiyini bildirib: “Bakıda pilotları gözləyən əsas çətinlik ön və arxa təkərlərin düzgün istiqamətdə işləməsini təmin edən oxların balansını saxlamaqdır. İki kilometrlik sürətlənmə düzlüyü və müxtəlif texniki xüsusiyyətli döngələri ilə fərqlənən Bakı trekində tez-tez təhlükəsizlik maşınını görürük. Bu, bəzi komandaların işinə mane olsa da, bəzilərinin strategiyasına xidmət edir.
Yarış üçün seçdiyimiz təkər növləri Bakının müxtəlif tələblərinə tam uyğun olmalıdır. Bununla belə, Azərbaycan Qran-Prisi düzgün təkər seçimi etmək baxımından təqvimin ən çətin yarışlarından biridir. Bu, bütün şəhər trekləri üçün xarakterik xüsusiyyətdir. Lakin Bakı treki uzunluğu və yüksək sürət yığmaq imkanı baxımından Formula 1 təqvimindəki digər şəhər treklərindən çox fərqlənir”.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21

