“Omar” komandası çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin qalibi olub
25.12.2019 [09:55]
Dekabrın 24-də Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin final matçı və üçüncü yer uğrunda qarşılaşma keçirilib. Finalda “Buta Golden” komandasını məğlub edən “Omar” klubu kuboka sahib olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan, ölkəmizin idman ictimaiyyətinin və media nümayəndələri final qarşılaşmasını izləyiblər.
Yarışın bağlanış mərasimində çıxış edən ARAF-ın prezidenti Elçin Quliyev artıq yeddi ildir keçirilən Prezident kuboku turnirinə marağın ildən-ilə artdığını deyib. Son illər ölkəmizdə atçılıq idmanının sürətlə inkişaf etdiyini və bu sahədə mühüm addımların atıldığını diqqətə çatdıran E.Quliyev bildirib ki, Dünya Etnoidman Federasiyasının prezidenti Bilal Ərdoğanın bugünkü yarışın finalını izləməsi atçılıq idmanının şöhrətinin bütün sərhədləri aşaraq dünyada geniş yayılmasının göstəricisidir. Turnirin ölkəmizdə atçılıq idmanının inkişafına yüksək diqqət və qayğı göstərən Prezident İlham Əliyevin doğum gününə həsr olunduğunu vurğulayan E.Quliyev əldə edilən uğurlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, atçılıq idmanının sürətlə inkişaf edəcəyinə və Azərbaycanın idman uğurlarının təbliğində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Dünya Etnoidman Federasiyasının prezidenti Bilal Ərdoğan turnirin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirib. Son illər Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıran Bilal Ərdoğan ölkəmizdə milli idman növlərinin, eləcə də atçılıq idmanının da inkişafının diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. Azərbaycan Prezidentinin doğum günü münasibətilə təbriklərini ifadə edən Bilal Ərdoğan Azərbaycanın və Türkiyənin dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli rəhbərlikləri ilə qardaş ölkələrimizin daha böyük uğurlar əldə edəcəyinə əminliyini bildirib.
Mədəniyyət naziri Əbülfəs Qarayev turnirin təşkilinin ölkəmizdə milli idman oyunlarının, o cümlədən çövkən milli atüstü oyunun inkişafında və təbliğində mühüm rol oynadığını vurğulayıb və komandalara uğurlar arzulayıb.
Turnirin finalında “Buta Golden” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradan “Omar” klubu ilk dəfə kuboka sahib olub. Üçüncü yer uğrunda görüşdə isə “Polad” komandası “Sərhədçi”ni məğlub edib - 5:0.
Final matçından sonra qaliblər və turnirin ən yaxşı idmançıları mükafatlandırılıblar. Turnirin ən yaxşı oyunçusu Rauf Tahirov (“Omar”), ən yaxşı atı isə “Şaban” ləqəbli at elan edilib.
ARAF-ın prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib.
Xatırladaq ki, dekabrın 13-də start verilən turnirin qrup və dörddəbir final mərhələlərinin oyunları Şəkinin Daşüz kəndindəki Respublika Milli Atüstü Oyunları Mərkəzində keçirilib. Qrup mərhələsində 12 komanda 4 qrupda mübarizə aparıb. A qrupunda “Omar”, “İsmayıllı”, “Murad”, B qrupunda “Polad”, “Şəki”, “Qarabağ”, C qrupunda “Buta”, “Ağcabədi”, “Köhlən”, D qrupunda isə “Sərhədçi”, “Ağstafa”, “Qala” komandaları yer alıblar. Dörddəbir finalda “Sərhədçi” - “Şəki” (1:0), “Buta” - “Murad” (2:0), “Polad” - “Qala” (6:0) və “Omar” - “Köhlən” (4:0) qarşılaşmaları keçirilib.
Binə Atçılıq Mərkəzinin qapalı manejində oynanılan yarımfinal görüşlərində isə “Omar” komandası “Polad”ı 2:1, “Buta Golden” isə “Sərhədçi”ni 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə keçirilən turnirin ümumi mükafat fondu 50 min manat olub.
Xatırladaq ki, ötənilki turnirin finalında “Sərhədçi” komandası “Omar”ı 1:0 hesabı ilə məğlub etmişdi.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45

