/ / Azər Həsənov: “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmək qürurvericidir
Azər Həsənov: “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmək qürurvericidir
08.01.2020 [09:24]
Azərbaycanda digər sahələr kimi, idmanın da inkişafı dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin atılan müvafiq addımlar sayəsində Azərbaycan idman ölkəsi kimi tanınıb, bir çox nüfuzlu beynəlxalq yarışların keçirildiyi məkan kimi tarixə düşüb. Onu da qeyd edək ki, idmanın müxtəlif növlərində uğur qazanan idmançıların mütəmadi olaraq təltif edilməsi də Azərbaycanda idmanın inkişafına əlavə stimul verir. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 25 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, üç nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin olunub. Dövlət başçısının bəhs olunan tarixdə imzaladığı “Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında” Sərəncamla isə səkkiz nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, iki nəfər “Əməkdar həkim”, bir nəfər “Əməkdar jurnalist” fəxri adları ilə təltif edilib.
Qeyd edək ki, sözügedən Sərəncama əsasən təltif olunanlardan biri də Həsənov Azər Camal oğludur. Azər Həsənov “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Məlumat üçün bildirək ki, 1969-cu ildə Ağdam şəhərində anadan olan Azər Həsənov Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1985-ci ildə gənclər arasında keçirilmiş cüdo üzrə SSRİ çempionatının, eləcə də sambo və cüdo üzrə dəfələrlə ümumittifaq və respublika turnirlərinin qalibi olaraq sambo və cüdo idman növləri üzrə SSRİ idman ustası adına layiq görülüb. Bundan başqa, 1999-cu ildən Azərbaycan Universal Döyüş Federasiyasının rəhbəri olan A.Həsənov 2004-cü ildən Beynəlxalq Universal Döyüş Federasiyasının birinci vitse-prezidentidir. Universal döyüş üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi adını qazanan Azər Həsənov, həmçinin, Qarabağ müharibəsinin veteranı, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının fəal üzvlərindən biridir. O, 2004-cü ildən ənənəvi olaraq hər il keçirilən və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə həsr olunan universal döyüş idman növu üzrə beynəlxalq turnirin təşkilatçısı olub, eləcə də universal döyüş idman növü üzrə ölkəmizin ev sahibliyi etdiyi dünya və Avropa çempionatlarının yüksək səviyyədə keçirilməsi işində yaxından iştirak edib.
Bizimlə söhbətində Prezident İlham Əliyevin onun zəhmətinə yüksək qiymət verdiyini deyən usta idmançı sevincini oxucularımızla bölüşüb: “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmək qürurvericidir. Bunun üçün cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ildə ev mükafatına, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna, 2019-cu ildə isə Azərbaycan Respublikası “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüşəm”.
Müsahibimiz bununla bağlı xəbəri eşidəndə böyük qürur və sevinc hissi keçirdiyini bildirib. Ümumiyyətlə, Azərbaycanda idmana və idmançılara böyük diqqət və qayğı göstərildiyini söyləyən Azər Həsənovun sözlərinə görə, bu gün müstəqil Azərbaycanın idmançıları bütün beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər: “Hər bir idmançımızın qələbəsi Azərbaycanın Dövlət himninin səsləndirilməsi deməkdir. Bir sözlə, beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03

