KİV komandaları arasında voleybol turnirində qrup matçları başa çatır
04.05.2010 [09:57]
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin birgə təşkilatçılığı və “Azərsutəchizattikinti” ASC-nin dəstəyi ilə keçirilən kütləvi informasiya vasitələrinin komandaları arasında voleybol turnirində növbəti turun oyunları baş tutdu. Şənbə günü keçirilən II turda bir-birindən maraqlı qarşılaşmalar yaşandı. Əvvəlcə “Ədalət” qəzeti və “Mövqe”+”Futbol+qol” qəzetlərinin birgə komandası qarşı-qarşıya gəldi. Oyun ikincilərin qələbəsi ilə başa çatdı. “İki sahil” və “Həftə içi” qəzetlərinin komandalarının matçında isə daha güclü təsir bağışlayan “İki sahil” qəzetinin komandası meydanı qələbə ilə tərk etdi. SİA-”Kaspi” görüşündə birincilər, “Xalq qəzeti” “Azərbaycan müəllimi” qəzeti görüşündə isə ikincilər qələbə sevinci yaşadılar.
Bu turun ən maraqlı və gərgin mübarizəsi isə komandamızla “Azad Azərbaycan” qəzetinin komandası arasında görüşdə yaşandı. Bu matçda hər iki komanda azarkeşlərə gözəl və maraqlı oyun izlətdirə bildi. Başdan sonacan gərgin mübarizənin yaşandığı birinci seti “Azad Azərbaycan” qəzetinin komandası çətin də olsa 25-23 hesabı ilə öz xeyrinə başa vura bildi. Bu setin sonlarında komandamız 3 xallıq üstünlük əldə etsə də (22-19) rəqibin 6 xal almasına mane ola bilmədi. İkinci set isə daha maraqlı alındı və daha çox çəkdi. Komandamız 24-21 geridə olmasına baxmayaraq, böyük əzmkarlıq və iradə nümayiş etdirərək seti öz xeyrinə başa vurdu (27-25). Sonuncu üçüncü setdə də sözün həqiqi mənasında həyəcan ən yüksək səviyyədə idi. Başa-baş gedən mübarizədən “Yeni Azərbaycan” 15-13 hesabı ilə qalib ayrılaraq turnirin ilk görüşündə ilk qələbəsini əldə etdi. Digər görüşlərdə isə “Xalq cəbhəsi” “Xəzər TV”-ni, İTV “Azərbaycan” qəzetini, “Səs” qəzeti isə “Space” TV-ni 2-0 hesabı ilə məğlub etdi.
Dünən isə III tur çərçivəsində növbəti görüşlər baş tutub. Komandamız bu turda “Xalq qəzeti”nin komandası ilə üz-üzə gəlib. Fəal oyunu ilə seçilən “Yeni Azərbaycan”çılar rəqibini 2-0 hesabı ilə məğlub edərək qrupa vahid liderliyi ələ alıblar. Qrupun digər matçında isə “Azərbaycan müəllimi” qəzetinin komandası “Palitra”+”Paritet” qəzetlərinin birgə komandası üzərində inamlı qələbə qazanıb - 2-0. Digər oyunlarda bu nəticələr qeydə alınıb:
“Mövqe”+”Futbol+qol” qəzeti - “İki Sahil” qəzeti 2-0
İTV - SİA 2-0
AzərTAc - “Azərbaycan” qəzeti 2-0
“Səs” qəzeti - “Xalq cəbhəsi” qəzeti 2-0.
Qeyd edək ki, 3 turdan sonra artıq bəzi komandalar 1/4 finala vəsiqəni təmin ediblər. ümumiyyətlə isə, qruplarda vəziyyət belədir:
A qrupu
1. “Mövqe”+”Futbol+qol” qəzetləri 6 xal
2. “İki Sahil” qəzeti - 5 xal
3. “Ədalət” qəzeti - 5 xal
4. “Həftə içi” qəzeti - 4 xal
5. “Bakı-xəbər” qəzeti - 4 xal
B qrupu
1. İTV - 6 xal
2. Səs İnformasiya Agentliyi (SİA) - 3 xal
3. “Kaspi” qəzeti - 3 xal
4. AzərTAc - 3 xal
5. “Azərbaycan” qəzeti - 0 xal
C qrupu
1. “Yeni Azərbaycan” qəzeti - 6 xal
2. “Azad Azərbaycan” qəzeti - 5 xal
3. “Azərbaycan müəllimi” qəzeti - 5 xal
4. “Xalq qəzeti” - 3 xal
5. “Palitra”+”Paritet” qəzeti - 3 xal
D qrupu
1. “Səs” qəzeti - 6 xal
2. “Xalq cəbhəsi” qəzeti - 5 xal
3. “Space” TV - 0 xal
4. “Xəzər” TV - 0 xal
Bu gün isə turnirdə sonuncu turun oyunları keçiriləcək. Turun mərkəzi görüşündə komandamız “Azərbaycan müəllimi” qəzetinin komandası ilə qarşılaşacaq. Günün təqvimini təqdim edirik:
12:00. “Azad Azərbaycan” qəzeti - “Xalq qəzeti”
12:45. “Həftə içi” qəzeti - “Mövqe”+”Futbol+qol” qəzetlərinin birgə komandası
13:30. SİA - AzərTAc
14:15. “Kaspi” qəzeti - İTV
15:00. “İki sahil” qəzeti - “Ədalət” qəzeti
15:45. “Yeni Azərbaycan” qəzeti- “Azərbaycan müəllimi” qəzeti
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

