“Şahdağ”da dağ xizəyi yarışı keçirilib
18.02.2023 [19:21]
MÜŞFİQƏ
“Şahdağ” Turizm Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ xizəyi yarışı keçirilib. Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Dövlət Turizm Agentliyinin və Sportsystem şirkətinin dəstəyi ilə baş tutan idman tədbirinin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaqdır. İki gün davam edən yarışa öncədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb.
Yarışın 1-ci günündə 3 böyük yaş kateqoriyası üzrə kişi və qadın xizəkçilər “Slalom Gigant” növü üzrə mübarizə aparıblar. Belə ki, veteran kişilər arasında Daniel Makkenel (BƏƏ), veteran qadınlar arasında Tatyana Yeqanova (Rusiya), gənclər arasında isə Viktor Sionek (Polşa) birinci yerə layiq görülüblər.
Eləcə də kişilər arasında “Ustad xizəkçi” kateqoriyası üzrə Nəsir Fərhadov, qadınlar arasında “Ustad xizəkçi” kateqoriyası üzrə isə Nəzrin Qəribova qalib olub.
Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə medallar və diplomlarla təltif olunublar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. İdman tədbiri çərçivəsində ən yadda qalan məqam isə şübhəsiz ki, fləşmob zamanı yaşanıb. Fləşmobda 160 turizm könüllüsü tərəfindən pankartlarla ümummilli lider Heydər Əliyevin şəkli əks olunan görüntü və “Heydər Əliyev 100 il” yazısı nümayiş olunub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Olimpiya Komitəsinin nümayəndələri və bir sıra tanınmış idmançılar qonaq qismində iştirak ediblər. İdman tədbiri fevralın 19-da uşaqlar arasında 3 yaş kateqoriyası üzrə olmaqla davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38

