Elektron ödənişin tətbiqi vergi inzibatçılığının təkmilləşdirilməsinə müsbət təsir göstərir
18.07.2012 [23:05]
Məlum olduğu kimi, 2012-ci ilin aprel ayından “Vergi və rüsumların internet vasitəsi ilə ödənilməsi” xidməti istifadəyə verilib və sınaqdan uğurla çıxıb. Mövzu ilə bağlı bu və digər suallara Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov cavab verir:
- Elçin müəllim, vergi və rüsumların elektron ödəniş sisteminin tətbiqinə zərurət yaradan əsas amillər hansılardır?
- Bu gün dünyada istənilən şəxs istənilən mal və ya xidməti internet şəbəkəsi vasitəsilə, harada yerləşməsindən asılı olmayaraq, sadə bir əməliyyatla əldə edə bilər. İnternet şəbəkəsinin mövcudluğu vergi ödəyiciləri də daxil olmaqla bütün şəxslərə göstərilən xidmətləri sadələşdirməklə, onların inzibati xərclərinin azaldılmasına yardım edir. Məlum olduğu kimi, vergilərin ödənilməsi vergi ödəyiciləri ilə vergi orqanları arasında mövcud əlaqələrin müəyyən formasından biri hesab edilir. Vergilərin hesablanması və vaxtında dövlət büdcəsinə ödənilməsi fəaliyyət göstərən hər bir vergi ödəyicisinin vəzifəsidir və belə ödənişlərin mütəmadi həyata keçirilməsinə vergi orqanları tərəfindən nəzarət edilir. Məlumdur ki, vergi ödənişlərinin nağd qaydada həyata keçirilməsi banklarda növbələrin yaranmasına səbəb olur, geniş ictimai xidmət sahələri tələb edir və bu işə çox sayda əməkdaşın cəlb olunmasına gətirib çıxarır. Ona görə də, bir sıra ölkələr vergilərin ödənilməsini sadələşdirmək məqsədilə, daha çox texnoloji vasitələrdən istifadəyə can atırlar. Texnologiyalar düzgün tətbiq edildikdə vergilərin elektron qaydada ödənilməsi prosesi baş verir, məlumatların toplanması sadələşir və xəta səviyyəsi azalır. Araşdırmalar göstərir ki, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və PricewaterhouseCoopers şirkəti tərəfindən hazırlanmış “Paying Taxes” (“Vergilərin ödənilməsi”) hesabatının əhatə etdiyi 183 ölkə üzrə orta göstəricilərə əsasən, hər bir hüquqi şəxs kommersiya mənfəətinin 50 faizini vergi şəklində ödəyir, vergi məsələlərinin həll edilməsi üçün il ərzində 7 həftə vaxt sərf edir və hər 12 gündə 1 vergi ödəməsi həyata keçirir. Son illərdə elektron bəyannamə və ödəmələrin tətbiqi nəticəsində faktiki ödəmələrin sayı xeyli azalıb. Elektron xidmətlərin göstərilməsinə diqqətin artırılması onu göstərir ki, vergi orqanları könüllü əməletməni artıran və qanunvericiliyin daha səmərəli tətbiqini təmin edən mühit yaratmaq arzusundadırlar.
- Bu sistem nə vaxtdan tətbiq olunmağa başlanıb?
- ölkəmizdə elektron vergi ödənişlərinin tətbiqinə 2008-ci ilin yanvar ayının 1-dən başlanıb. Belə ki, indiyədək əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri ƏDV depozit hesabı vasitəsilə həm ƏDV, həm də digər tədiyyələr üzrə ödənişləri dövlət büdcəsinə tranzaksiya edə bilirdilər. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2010-cu il tarixli 358 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2011-ci ilin dövlət büdcəsi haqqında” Qanunun 6-cı bəndində nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə vergi, rüsum və digər ödənişlərin elektronlaşdırılması Vergilər Nazirliyi və Mərkəzi Banka tapşırılıb və bu tapşırığın icrası ilə əlaqədar görülmüş işlər nəticəsində cari ilin aprel ayından bütün tədiyyələr üzrə dövlət büdcəsinə edilən ödənişlərin elektron qaydada həyata keçirilməsi xidməti vergi ödəyicilərinin istifadəsinə verilib.
- Elektron ödənişlər hansı qaydada aparılır?
- Vergi, rüsum və digər büdcə ödənişlərinin Milli ödəniş Sistemi (MöS) vasitəsilə qəbul edilməsinin təmin edilməsi məqsədilə, Mərkəzi Bankın Kütləvi ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KöMİS-ə) inteqrasiyası təmin edilib, İnternet Vergi İdarəsinin “Onlayn Kargüzarlıq və EHF” bölməsində vergi və rüsumların internet vasitəsilə dövlət büdcəsinə ödənilməsi üçün yeni “Onlayn ödəmə” xidməti yaradılaraq istifadəyə verilib. Hazırda, ödənişləri onlayn qaydada həyata keçirmək üçün 2 metoddan istifadə edilə bilər.
Birinci metod: Vergi ödəyicisi Vergilər Nazirliyinin “www.taxes.gov.az” rəsmi internet səhifəsinin “E-xidmətlər” keçidini seçərək “İnternet Vergi İdarəsi”ndə (“www.e-taxes.gov.az”) “Giriş” düyməsini sıxmaqla, “Sistemə giriş səhifəsi”ndə öz istifadəçi kodunu, parol və şifrəsini (bunlar ona əvvəlcədən Vergilər Nazirliyi tərəfindən müqavilə əsasında verilir) daxil edib, “Bölmə” menyusunda “Onlayn Kargüzarlıq & e-VHF” seçib həmin bölməyə daxil olaraq buradakı “Onlayn ödəmə” vasitəsilə vergi və rüsumların internet vasitəsi ilə ödənilməsini həyata keçirir. İstifadəçi “Onlayn ödəmə” düyməsini sıxdıqda sistem tərəfindən ekrana həmin tarixə onun büdcəyə olan borcu barədə məlumat çıxır. Bu zaman istifadəçi tədiyyələrin büdcə təsnifat kodunu seçərək ödəyəcəyi məbləği daxil edir və “ödə” düyməsini sıxır. Bu halda KöMİS mühitinə keçid alınır və yeni ekran açılır. ödəyici ödəniş kartının nömrəsinin ilk 6 rəqəmini yığaraq “ödəmək” düyməsini sıxır. Növbəti ekran formasında ödəyici ödəniş kartının nömrəsinin qalan hissəsini, kartın istifadə müddətinin bitmə tarixini və kartın növünü daxil edərək “Təsdiq” düyməsini sıxır. Ekrana “ödəniş müvəffəqiyyətlə başa çatdı” xəbərdarlıq məlumatı verilir. Son mərhələdə ekrana aparılmış ödəniş üzrə mədaxil qəbzi çıxarılır. İstifadəçi qəbzi çap edə və ya elektron poçt ünvanına istiqamətləndirə bilər. Bu sahədə vergi ödəyicilərini məlumatlandırmaq məqsədilə, Vergilər Nazirliyinin rəsmi internet saytında vergi ödəyicilərinin xidmətinə “Onlayn ödəmələrin video təlimatı” təqdim olunub. Bu təlimatda onlayn ödəmənin aparılması haqda daha ətraflı məlumat verilib.
İkinci metod: Vergi ödəyicisi Mərkəzi Bankın Kütləvi ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “www.apus.az” internet saytına daxil olub, “ödəniş xidmətləri” bölməsində funksional imkanlardan istifadə etməklə, real rejimdə qeydiyyatdan keçməklə, “Abonent kodu” və “Şifrə” vasitəsilə və ya qeydiyyatdan keçmədən “Qeydiyyatsız ödənişlər” vasitəsilə elektron qaydada ödənişi həyata keçirə bilər. “Qeydiyyatsız ödənişlər” vasitəsilə elektron qaydada ödənişin həyata keçirilməsi üçün qeyd edilən bölmənin “Qeydiyyatsız ödənişlər” hissəsinə daxil olmaqla, “Müəssisə” xanasında “Vergilər Nazirliyi” seçilir, “Abonent hesabınızı daxil edin” xanasında isə vergi ödəyicisinin VöEN-i daxil edilir. Sonra “Axtar” düyməsi sıxılmaqla açılan “ödəniş növləri” pəncərəsində müvafiq tədiyyə növü və onun büdcə təsnifat kodu seçilərək ödəniləcək məbləğ “ödəniş məbləği” xanasına daxil edilir və “ödəmək” düyməsi sıxılır. Açılan yeni ekranda ödəyici ödəniş kartının nömrəsinin ilk 6 rəqəmini yığaraq yenidən “ödəmək” düyməsini sıxır. Növbəti ekran formasında ödəyici ödəniş kartının nömrəsinin qalan hissəsini, kartın istifadə müddətinin bitmə tarixini və kartın növünü daxil edərək “Təsdiq” düyməsini sıxır. Ekrana “ödəniş müvəffəqiyyətlə başa çatdı” xəbərdarlıq məlumatı verilir. Son mərhələdə ekrana aparılmış ödəniş üzrə mədaxil qəbzi çıxarılır. İstifadəçi qəbzi çap edə və ya elektron poçt ünvanına istiqamətləndirə bilər. Qeydiyyat prosesində və ya elektron ödənişlə bağlı çətinlik yaranarsa, “www.apus.az” interenet səhifəsinin “ödəniş mexanizmləri” bölməsində yerləşdirilmiş video-təlimatlardan istifadə edilə bilər.
Hər 2 metod vasitəsilə elektron qaydada vergi ödənişlərini həyata keçirmək üçün vergi ödəyicisinin sahib olduğu və etibarlılıq müddəti bitməmiş bank ödəniş kartı tələb olunur.
- Elektron ödənişlə bağlı ödəyicilərin məlumatlarının təhlükəsizliyi nəzərə alınırmı?
- Nəzərə almaq zəruridir ki, elektron ödənişlər zamanı diqqət yetirilən məsələlər sırasında informasiya təhlükəsizliyi çox mühüm yer tutur. Bu baxımdan, Vergilər Nazirliyi onlayn ödəniş sisteminin istifadəçilərinin məlumatlarının qorunması üçün müasir standartların tələblərinə tam cavab verən yüksək səviyyəli təhlükəsizlik sisteminə malikdir və məlumat mübadiləsinin yüksək təhlükəsizlik səviyyəsini təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirməkdədir. Beləliklə, həm vergi ödəyiciləri, həm də vergi orqanları elektron ödəmələrin böyük faydasını görə bilərlər.
- ödənişlərin elektron qaydada aparılmasının hansı üstünlükləri var?
- üstünlükləri aşağıda göstərilən şəkildə ümumiləşdirmək olar:
* Rahatlıq-vergi ödəyiciləri banka və ya digər ödəniş məntəqəsinə getmədən istənilən yerdən və istənilən vaxt vergiləri ödəyə bilər və ödəmənin gələcəkdə həyata keçirilməsi ilə bağlı göstəriş verə bilərlər.
* Etibarlı və təhlükəsiz ödəmə-vergi ödəyicisinin çoxlu sayda pul vəsaitlərini banka daşımağa ehtiyacı qalmır və nəticədə gözlənilməz risklərdən sığortalanmış olur. Eyni zamanda, vergi ödəyicisi ödənişin müvafiq xəzinədarlıq hesabatına köçürülməsini onlayn şəkildə izləyə bilər.
* Müştərilərin məmnunluq səviyyəsini xeyli yüksəldir - onlayn ödəmə vergi ödəyicisinin vaxtına qənaət edir və artıq xərclərinin qarşısını alır.
* Vergilərin yığılmasını sürətləndirir.
* ödənişin həyata keçirilməsi barədə dərhal bildiriş əldə etmək imkanı verir.
* Bank xidmət haqqının aşağı olması.
- Bu üstünlüklər xərclərin və vaxt itkisinin azaldılmasına necə təsir göstərir?
- İnternet bank əməliyyatlarından istifadə edən vergi ödəyicisi banka gedib-gəlmək xərclərindən və növbə gözləməyə vaxt sərf etməkdən azad olur. Digər tərəfdən, vergi orqanı ilə banklar arasında elektron sənəd mübadiləsinin mövcudluğu nəticəsində vergilər ödənildiyi an onların vergi ödəyicilərinin şəxsi hesab vərəqəsində əks olunmasına imkan yaranır ki, bu da vergi orqanları tərəfindən sərf edilən vaxta və insan resurslarına qənaət etməyə imkan verir. İnternet bank əməliyyatları sisteminin mövcudluğu internet bank hesabları olan vergi ödəyicilərinə ödəniş aparmağa şərait yaratdığına görə, nəticədə həmin vergi ödəyicilərinin inzibati xərcləri minimuma endirilir.
- Elektron ödənişin tətbiqinin hansı nəticələri olub?
- Vergilər Nazirliyi tərəfindən 2006-cı ildə tətbiq edilmiş Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin imkanları əsasında 2008-ci ilin əvvəlindən bəri Azərbaycanda ilk dəfə olaraq əlavə dəyər vergisi üzrə əməliyyatları həyata keçirmək üçün xüsusi hesabdan - ƏDV-nin depozit hesabından istifadə edilməyə başlandı. “ƏDV-nin depozit hesabı” altsistemi ƏDV üzrə yayınmaların qarşısının alınması və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb. Sistem vasitəsilə vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi işlərinin yerinə yetirilməsi təmin olunur. ƏDV depozit hesabının və elektron vergi hesab-fakturalarının tətbiqi vergi orqanlarına əvəzləşdirilmiş ƏDV məbləğlərinə proqram təminatı vasitəsilə avtomatik nəzarət etməyə, saxta vergi hesab-fakturalarının tətbiqinin və ƏDV fırıldaqçılığının qarşısının alınmasına, alınmış və satılmış mallar haqqında mərkəzi məlumat bazasının yaradılmasına, ƏDV depozit hesabı üzrə aparılan ödənişlərə nəzarət etməyə və ƏDV bəyannamələrinin kameral yoxlanılmasının keyfiyyətini yüksəltməyə imkan verib.
- “Vergi və rüsumların internet vasitəsi ilə ödənilməsi”ni ödəyicilər necə qarşılayıblar?
- 2012-ci ilin aprel ayından tətbiq edilən “Vergi və rüsumların internet vasitəsi ilə ödənilməsi” artıq vergi ödəyiciləri tərəfindən intensiv istifadə edilməkdədir: bu xidmətin fəaliyyətinin ilk 3 ayında 146 vergi ödəyicisi tərəfindən 10159 manat 98 qəpik məbləğində, 17 iyul 2012-ci il tarixinə isə 499 vergi ödəyicisi tərəfindən 68660 manat 16 qəpik məbləğində vergi və rüsum onlayn qaydada ödənilib. Şübhə etmirik ki, yaxın gələcəkdə bu rəqəmlər daha da artacaq. Hazırda, Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə vergi ödəyicilərinin məlumatlandırılması üçün müvafiq tədbirlər həyata keçirilməkdədir. Elektron ödənişin tətbiqi vergi inzibatçılığının təkmilləşdirilməsinə və çevik nəzarət sisteminin yaradılmasına da öz müsbət təsirini göstərir. Bu xidmətin tətbiqi vergi ödəyiciləri üçün əlverişli olmaqla yanaşı, vergidən yayınma hallarının azalmasını və vergi daxilolmalarının artmasını təmin edəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45

