ARDNŞ-in "Yay təcrübəsi proqramı" uğurla həyata keçirilir
08.08.2012 [21:58]
Məlum olduğu kimi, son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) ciddi islahatlar həyata keçirilir və bu proses uğurla davam etdirilməkdədir. Görülən işlər sırasında əlbəttə ki, gənc kadrların hazırlanması, onların işlə təminatı məsələləri də var. ümumiyyətlə, Dövlət Neft Şirkətinin istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə həyata keçirdiyi ardıcıl işlər hər kəsə bəllidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ali təhsil ocaqlarında təhsil alan istedadlı tələbələrə böyük diqqət ayırır, onların peşəkar kadr kimi ölkənin neft-qaz sənayesinə töhfələr verməsi üçün geniş imkanlar yaradır. Şirkət istedadlı tələbələrə təqaüdlər verir, eyni zamanda, onların təhsil prosesində əldə etdikləri nəzəri bilikləri təcrübi iş prosesinə çevirmələri üçün “Yay təcrübəsi proqramı”nı reallaşdırır.
Beləliklə, artıq üçüncü ildir ki, ARDNŞ Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və kommunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı”nı həyata keçirir. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin, iş keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədilə həyata keçirilir.
Qeyd edək ki, yay təcrübəsi tələbələrin istəyindən asılı olaraq 1 və ya 2 ay müddətində davam edəcək. Proqramın şərtlərinə görə, tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanılır və tələbə işə qəbul olunur. Təcrübəçi işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əməkhaqqı alır. Eyni zamanda, ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavriatın əsasən 2, 3, 4-cü kursları və magistraturanın 1 və 2-ci kurslarını bitirən şəxslər iştirak edirlər.
Bildirmək yerinə düşər ki, bu il aprelin 26-da ARDNŞ-in saytında elan olunmuş müsabiqəyə üç həftə ərzində ölkə daxilində və xaricdə 50 ali məktəbdə təhsil alan 800-dən artıq tələbə müraciət edib. 19 ali məktəb üzrə 251 tələbə yay təcrübəsinə qəbul edilib. Qeyd etmək lazımdır ki, təcrübəyə qəbul edilmiş tələbələrdən 152 nəfəri ARDNŞ təqaüdçüsüdür. Seçim zamanı ARDNŞ-in təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin, müsabiqələrdə yaxşı nəticələr göstərən tələbələrə üstünlük verilib. Tələbələrin yay təcrübəsi ARDNŞ-in tərkibində olan 19 müəssisədə - “Azneft” İB, “Azərikimya” İB, “Azərneftyağ” Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, Xəzər Dəniz Neft Donanması, Heydər Əliyev adına Bakı Dərin özüllər Zavodu, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Nanotexnologiyalar Elmi İstehsalat Mərkəzi və digər müəssisələrdə təşkil edilir.
Hər il olduğu kimi bu il də təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq üçün və onların proqramına münasibətini öyrənmək məqsədilə ARDNŞ-in İnsan Resursları Departamentinin təlim və inkişaf şöbəsinin əməkdaşları KİV nümayəndələri ilə birlikdə təcrübəçilərlə mütəmadi görüşlər keçirir. Növbəti görüş isə dünən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) keçirilib. Qeyd edək ki, Heydər Əliyev adına BNEZ-də 18 tələbə təcrübə keçir.
Təcrübədə olan tələbələrlə keçirilən görüş, layihənin çox uğurlu olması barədə fikri bir daha təsdiq edib. Məsələn, katalitiq riforminq üzrə 3 saylı istehsalatda təcrübə keçən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) kimya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Rəcəb Nəbiyev ARDNŞ-in təşkil etdiyi “Yay təcrübəsi proqramı”na qatılmış istedadlı təcrübəçilərdəndir. Onun sözlərinə görə, bu proqramda yalnız təhsil prosesində yüksək nəticələr göstərmiş, intellektual baxımdan xeyli fərqlənən gənclər iştirak edə bilər: “Bu proqramda iştirakım müsabiqə yolu ilə baş tutub. Sonra bizi bu zavoda təcrübə keçməyə göndərdilər. Mən bir daha təcrübə keçdiyim müddətdə anladım ki, praktik fəaliyyət zamanı daha çox bilik əldə etmək olur. Akademiyada təhsil prosesi zamanı əldə etdiyim nəzəri məlumatlar da mənim köməyimə çatdı. Burada yaradılmış iş şəraiti isə yüksək səviyyədədir. Bu amil özü də təcrübəmizin daha səmərəli keçməsini şərtləndirir”.
Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin 4-cü kurs tələbəsi Aydan Novruzova da bu layihədən xeyli razıdır: “Mən bu sahənin ancaq nəzəriyyəsini oxumuşam. İndi isə bunu təcrübədə öyrənirəm”.
ADNA-nın kimya texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Camal Hacıyev də yaradılmış şəraitdən razılığını ifadə edərək, bildirib ki, iki mərhələdə imtahan verdikdən sonra Heydər Əliyev adına BNEZ-ə təcrübə keçməyə göndərilib: “Zavodun işçiləri, bizim səmərəli təcrübə prosesi keçməyimizə çox köməklik edirlər. Burada fəaliyyət göstərdiyimiz müddətdə yarımstansiyanın nasosxanasının elementlərinin dəyişdirilməsi, təmiri və quraşdırılması kimi iş təcrübələrinə yiyələndik”.
Şirkət tərəfindən yaradılmış şəraitə görə minnətdarlığını ifadə edən C.Hacıyev bütövlükdə bunu Azərbaycan gəncliyinə olan diqqət və qayğı kimi dəyərləndirib: “ümumiyyətlə, Prezident İlham Əliyevin gənclərlə görüşlər keçirməsi, bizim yüksək səviyyəli təhsil almağımız, işlə təmin olunmağımız, sosial problemlərimizin həll edilməsi istiqamətində tədbirləri nəzərdə tutan irimiqyaslı proqramların qəbul edilməsi çox sevindirici haldır. Artıq mənim kimi digər gənclər də dövlətin diqqətini görür. ARDNŞ-in tələbə gənclərin təcrübə keçməsi üçün bu cür şərait yaratması, bizlərə təqaüd verməsi söylənilən fikri bir daha sübut edir”.
İstilik təchizatı elektrik avadanlığının təmiri və xidmət üzrə 14 saylı sexdə təcrübə keçən ADNA-nın energetika fakültəsinin 3-cü kurs tələbəsi Anar Məmmədov da onların təcrübə keçmələri üçün yaradılmış şəraitdən razılığını ifadə edib: “Təcrübə keçməyimiz üçün yaradılmış şəraitdən, mühəndislərdən məmnunuq”.
Yeri gəlmişkən, katalitik krekinq üzrə 5 saylı istehsalatda təcrübə keçən altı tələbənin hamısı - Elbruz Alıyev, Cavid Abdullayev, Türkan Dəmirova, Gülər Göyçəyeva, Fərid Abbaszadə və Səkinə Həsənova ADNA-nın təmsilçiləridir. Dövlətimizin gənclərə böyük diqqət ayırmasının təqdirəlayiq hal olduğunu söyləyən Türkan Dəmirova bildirib ki, son illər ərzində gənclərin işlə təminatı sahəsində baş vermiş dəyişikliklər hər kəsdə qürur hissi doğurur: “Əlbəttə ki, gənclərin digər problemlərinin həlli məsələsi də diqqət mərkəzindədir. ARDNŞ-in belə bir proqram həyata keçirməsi gənc tələbələrin işlə təminatı baxımından problemlərinin olmadığını göstərir”.
ümumiyyətlə, tələbə-gənclər bir daha vurğulayıblar ki, burada əldə etdikləri təcrübi biliklər gələcək fəaliyyətlərində xüsusi rol oynayacaq. Verilən tapşırıqların öhdəsindən lazımınca gəldiklərini söyləyən təcrübəçilər proqramın iştirakçıları olan tələbələrə yaradılan şəraitdən razılıq ifadə ediblər. “ARDNŞ-in tələbə-gənclərlə bağlı həyata keçirdiyi silsilə proqram və layihələr dövlətimizin gənc nəsillə bağlı yürütdüyü siyasətin tərkib hissəsidir” deyən gənclər özlərinin və tələbə dostlarının adından onların qarşısında belə gözəl inkişaf perspektivləri açdıqları üçün Prezident İlham Əliyevə, eyni zamanda, ARDNŞ-in rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Gənclər belə layihələrin davamlı olacağına əmin olduqlarını vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31

