40 milyard manata çatan büdcə...
30.05.2024 [10:33]
Gəlirlər neft-qaz yığımlarına deyil, qeyri-neft yığımlarına söykənir
Məlum olduğu kimi 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Layihə yaxın günlərdə parlamentin plenar iclasına çıxarılacaq. Ali maliyyə sənədinə dəyişikliklərə əsasən, büdcənin gəlirləri 36 milyard 353 milyon manata çatdırılacaq. Yəni, büdcə gəlirləri 2 milyard 180 milyon manat və ya 6,4 faiz artacaq. Büdcənin xərcləri isə yenidən baxılma ilə 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da o deməkdir ki, hazırkı təsdiq olunmuş göstəriciyə nisbətən xərclər 2 milyard 944 milyon manat artırılacaq.
Məsələ ondadır ki, büdcənin gəlirləri artırılarkən neftin bir barelinin qiyməti hazırkı 60 dollardan 75 dollara çatdırılır və çoxları bunu büdcənin neft-qaz büdcəsi kimi səciyyələndirməyə çalışır. Ancaq bu, heç də belə deyil və dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17,7 milyard manatı neft sektorunun payına düşəcək. Büdcənin əsas fiskal gücü - 18,6 milyard manatı və ya 51,1 faizi isə qeyri-neft sektorunun payına düşür. Daha da sadələşdirsək, artım üçün əlavə edilən 2,2 milyard manat vəsaitin cəmi 605 milyon manatını neft-qaz sektorundan daxil olan vəsaitlər təşkil edəcək, qalan 1,6 milyard manat isə tamamilə qeyri-neft yığımları olacaq. Bu da o deməkdir ki, büdcədə yenə də əsas fiskal ağırlıq mərkəzi qeyri-neft mənbələrinin sütunları üzərində fokuslaşacaq.
Bu amil bir daha onu təsdiq edir ki, Azərbaycan hökumətinin ortamüddətli iqtisadi hədəflərində neft amili arxa plana keçir və iqtisadi drayverin hərəkətliliyi qeyri-neft resurslarına səfərbər olunacaq.
Qeyri-neft yığımları üçün mənbələr mövcuddurmu?
Ölkəmizin hazırkı iqtisadi inkişaf arxitekturasının dəyər yaradan əsas sektorlarına diqqət etdikdə, əlavə dəyərin əsas mənbələri kimi qeyri-neft bölmələrinin aktivliyi önə çıxır. Belə ki, 2024-cü ilin ilk 4 ayında ölkədə 38,2 milyard manatlıq ÜDM istehsal olunub ki, yaradılan əlavə dəyərin 24,2 milyard manatı qeyri-neft sektoruna aiddir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz artıb ki, onun strukturunda qeyri-neft sektorunun artım tempi 7,7 faiz təşkil edir. Beləliklə, ölkədə istehsal edilən ÜDM-in təxminən 70 faizi qeyri-neft sahələrində cəmləşir. Bu özünü həm də 4 aylıq fiskal yığımlarda da göstərib. Belə ki, 2024-cü ilin yanvar-aprel ayları dövlət büdcəsinin gəlirləri 12 milyard 144,3 milyon manat proqnoza qarşı 13 milyard 259,4 milyon manat icra edilib və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 milyard manatlıq profisit əldə edilib. Həmin yığımların 6 milyard 867,4 milyon manatı qeyri-neft sektorunun payına düşür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434,4 milyon manat çoxdur. Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib. Yəni, fiskal yığımların da əsas ağırlıq nöqtəsi qeyri-neft yığımlarına aiddir.
Bütün bunlar bir daha təsdiq edir ki, hazırkı və ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatında iqtisadi artımın əsas mənbəyi qeyri-neft gəlirləri olacaq və məhz həmin resurslar əsasında ÜDM-in həcmi??? 135,6 milyard manata çatacağı gözlənilir. Belə ki, ÜDM-də 2024-cü il üzrə qeyri-neft gəlirlərinin 4,2 milyard manat və ya 71,1 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 78 faizə çatacağı proqnozlaşdırılır. 2028-2030-cu illərdə isə neft-qaz hasilatının azalması və bunun nəticəsində neft-qaz sektorunun iqtisadiyyatda payının aşağı düşməsi və bu sektorun ÜDM-də payının 20-22 faizə enməsi proqnozlaşdırılır. Bu ssenariyə əsasən, ÜDM-də qeyri-neftin payı mütləq olaraq 80 faizə çatmış olacaq.
İstər ÜDM-də, istərsə də büdcədə əsas maliyyə yükü qeyri-neft sektorunun üzərinə düşdüyündən neftin yerini dolduracaq dayanıqlı potensialların səfərbər olunması hökumətin əsas iqtisadi xəttini təşkil edəcək. Həmin mənbələrin dövriyyəyə gətirilməsi üçünsə “kölgə iqtisadiyyatı”nın təzahürləri olan qeyri-rəsmi yığım bloklarını? dövriyyəyə cəlb edilməsi zəruri sayılır. Qeyd edək ki, son 5 ildə təkcə ticarət, xidmət, turizm, tikinti sektorlarında hələ də on minlərlə şəxsin əmək müqaviləsi olmadan, qeyri-leqal çalışdığı bəllidir, son 5 ildə vergi və sosial müdafiə orqanları əmək bazarında iş yerlərinin rəsmiləşdirilməsi sayəsində 340 mindən çox əmək müqaviləsinin bağlanmasını təmin edib ki, bu da həmin sektorlarda dövriyyələrin “ağardılması” və şəffaflıq sayəsində həm vergi, həm də sosial yığımların həcmin? artırıb. Qeyri-neft sektorundan digər gəlir mənbələrindən biri kimi dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi və icarəyə verilməsindən daxilolmaların həcmini də artırmaq mümkündür. Eləcə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların da artımı üçün kifayət qədər mənbələr mövcuddur. Həmin sektordan illik büdcəyə yığım 550 milyon manat təşkil edir, halbuki bu müəssisələrin dividend ödənişlərinin məbləğinin ən azı 40-50 faiz artımı mümkündür.
Qarşıdakı dövrdə Azərbaycanın ümumi iqtisadi inkişafında və qeyri-neft sektoru üzrə gəlirlərin yüksək artımında əsas mənbələrdən biri kimi işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası da mühüm rol oynayacaqdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58

