Azərbaycan-Pakistan: Sağlam bünövrə üzərində yeni təməllər
13.07.2024 [10:00]
Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri əsrlərin sınağından çıxmış sağlam bünövrəyə əsaslanır. Son illərdə iki ölkənin dövlət başçıları, hökumət üzvləri, iqtisadi qurumları və biznes nümayəndələri arasında intensiv xarakter alan qarşılıqlı səfərlər ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açmaqdadır. İyulun 11-də Prezident İlham Əliyevin Pakistana səfəri isə münasibətlərin yeni tarixi zirvəyə yüksəlməsində əhəmiyyətli güclü təməllər yaradacaq.
İslamabadda Prezident İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin arasında keçirilən görüşlərdə və mətbuata açıqlanan bəyanatlarlarda sərləndirilən fikirlər iki qardaş ölkənin strateji məqsəd və məramlarını aydın ifadə etdi. Baş nazir Məhəmməd Şahbaz Şərif bildirdi ki, iki ölkə arasında dərin qarşılıqlı inam və etimadın, iradənin olması əlaqələri bütün sahələrdə irəliyə aparmaq üçün güclü zəmin yaradır. Hər iki ölkə qarşılıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər qazanmaq üçün sarsılmaz dostluğa söykənərək daha çox addımlar atacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi əməkdaşlığın ikitərəfli formatı və geniş gündəliyi hazırlanıb, bu, olduqca çoxşaxəli iqtisadi münasibətlərin ruhunu əks etdirir. Hədəflərdən biri investisiya imkanlarının səfərbər olunması və yeni sahələrdə sərmayə qoyuluşlarının təşviqidir. Azərbaycan Pakistanda investisiya layihələri ilə bağlı praktiki təklifləri qiymətləndirir və hər iki tərəf bu istiqamətdə yeni qərarlar verəcək. Hər iki tərəf energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlığın qurulduğu müdafiə sənayesində bir sıra layihələri nəzərdən keçirərək gücləndirməyə qərar verib.
Sərmayələr üçün 2 milyard dollar başlanğıc...
Hazırda Pakistan-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi o qədər də yüksək deyil, 2023-cü ildə mal mübadiləsi təxminən 30 milyon dollardır, bu, hər iki ölkənin potensialının çox kiçik bir hissəsidir, mövcud gücü isə ən azı 5-10 dəfə artırmaq mümkündür. Bu məqsədlə tərəflər azad gömrük rejiminin yaradılması, idxal və ixracda qarşılıqlı güzəşt tariflərinin tətbiqi, ticarətin asanlaşdırılması üçün elektron resursların imkanlarından faydalanmağı məqsəduyğun hesab edir. Azərbaycan bu istiqamətdə ilk addımı atıb və Pakistandan ixrac olunan düyü məhsuluna görə gömrük rüsumunu aradan götütürüb. Qeyd edək ki, Azərbaycan 25 ölkədən düyü idxal edir ki, məhsulun təxminən 5 faizi Pakistanın payına düşür. Gömrük tətilindən sonra 2024-cü ilin ilk 5 ayı ərzində Pakistandan düyü idxalı 2,5 dəfə artıb.
Qarşılıqlı ticarətdə bu tipli güzəşt siyasətinin genişləndirilməsi istisna deyil və tərəflər prefersial ticarət formatı üzrə əməkdaşlığın qurulmasında da eyni mövqe nümayiş etdirir. Pakistanın Ticarət Nazirliyi ilə Azərbaycanın müvafiq iqtisadi qurumları tranzit və güzəştli ticarət sazişi üzrə danışıqları davam etdirir. Yeni ticari təşəbbüslərə əsasən, hər iki ölkə arasında idxal strukturunun hərtərəfli təhlil edilməsi və müvafiq qərarlar verilməsi, dərman vasitələrinin və ağıllı mobil telefonların ixracının artırılması, digər ticari ideyalar üzərində nəticəəsaslı addımların atılması nəzərdə tutulur. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi güzəştli ticarətlə bağlı imzalanmış sənəd güzəştli ticarət formatına dair niyyətlərin başlanğıcıdır.
Bundan əlavə, investisiyaların cəlb edilməsi və ixracın artırılması üçün strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, sahibkarlar arasından birbaşa əməkdaşlığın gücləndirilməsi də qarşıya vəzifə kimi qoyulub. İlkin ssenariyə əsasən, Azərbaycanın bu ölkəyə yatıracağı sərmayələrin ilkin həcmi təxminən 2 milyard dollar olacaq. Azərbaycan bu ölkənin neft-yanacaq bazarında da əsas etibarlı tərəfdaş hesab edilir və İslamabad öz yanacaq ehtiyaclarının ödənilməsində ölkəmizin yanacaq emalı infrastrukturları qurmasını müsbət qarşılayır. Nəzərə alsaq ki, bu ölkə il ərzində neft və təbii qaza 40 milyard dollara yaxın vəsait xərcləyir və regiondakı mürəkkəb geosiyasi hadisələrlə əlaqədar İran-Türkmənistan-Əfqanıstan-Pakistan kəməri ilə nəql edilən yanacağın daşınmasında problemlər meydana çıxdığından fasilələr yaranır, ona görə də karbohidrogen enerjisi ehtiyacını ödəmək üçün Pakistanın Azərbaycan kimi etibarlı tərəfdaşa ehtiyacı artır.
Bakı-İslamabad əməkdaşlığı Mərkəzi Asiya - Cənubi Qafqaz arasında körpü rolunu oynayır
Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də güclü zəmin yaradır. Hər iki ölkə Orta Dəhlizin əsas coğrafi hüdudlarında yer alır və Şərq-Qərb arasında körpü rolunu oynayır. Bu baxımdan müasir nəqliyyat-kommunikasiya coğrafiyalarında strateji mövqe tutan iki qardaş ölkə bölgənin tranzitlər landşaftının da zənginləşməsinə töhfə verəcək. Pakistanın Türkdilli dövlətlərlə sıx bağlantısının olması və son illərdə Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq zəncirinin möhkəmlənməsi İslamabadın Mərkəzi Asiyanın türk dövlətləri də daxil olmaqla böyük bir geoiqtisadi platformada birləşməsinə səbəb olacaq.
Prezident İlham Əliyevin səfəri çərçivəsində Azərbaycan və Pakistan arasında imzalanmış sənədlər isə gələcək əməkdaşlığın inkişafı üçün yeni iqtisadi-hüquqi təminatlar formalaşdırır. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş” bir çox sahələrdə ticari dinamikanı yeni mərhələyə daşıyacaq. Yaxud iki ölkənin hökumətləri arasında Preferensial Ticarət Sazişinin imzalanması gömrük-ticarət anlaşması kimi idxal-ixracın yeni tarif siyasətini müəyyənləşdirməyə imkan verəcək. Bu saziş hər iki ölkənin azad ticarət, güzəştli gömrük rejimlərinin yaradılması istiqamətində səyləri daha da gücləndirməyə dəvət etməklə, iqtisadi qanunlarda və gömrük-vergi qaydalarında əhəmiyyətli dəyişikliklər edilməsini nəzərdə tutur. Buna görə də, yaxın müddətdə Azərbaycan və Pakistan böyük iqtisadi hədəflərə nail olmaq üçün Preferensial Ticarət Sazişi çərçivəsində mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılmasını təmin edəcək.
Eləcə də Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Pakistanın Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu yeni özəlləşdirmə prosesində hər iki ölkənin səhmdarlar qrupunun yer alması, özəl layihələrə cəlb edilməsi baxımıdan fürsətlər açır. Həmçinin, ölkələr arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da mədənçıxarma sənayesində birgə səylərin əlaqələndirilməsini, qiymətli metalların istismarında yaxın iştirakını nəzərdə tutur.
Turizmin ehtiyacları üçün yeni aviareyslər açılacaq...
Azərbaycan və Pakistan qabaqcıl İT resursları, maliyyə texnologiyaları, telekommunikasiya sahəsində də mövcud imkanların birləşdirilməsində və qarşılıqlı olaraq faydalanmasında maraqlıdır. Bu niyyətlə imzalanmış informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq memorandumu qeyd edilən sahələrdə əlaqələrin yeni bazasını qurmağa səbəb olacaq.
Bundan başqa, turizm sahəsində əməkdaşlıq haqqında sazişin də mühüm əhəmiyyət var, Pakistanın Azərbaycandakı ekoturizmə və digər turizm sənayelərinə böyük marağı xüsusi nəzərə çarpır, son illərdə ölkəmizə səyahət edən turistlərin sayında pakistanlıların dinamikasında da artım qeydə alınımaqdadır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi iki ölkə arasında turizm əlaqələrində xüsusi olaraq dinamizm hiss olunur və bu məqsədlə Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşların təmin edilməsi müzakirə olunub. Bütün bu amillər turizm sahəsində ikitərəfli əlaqələrin yeni mərhələyə çatdırılmasına impuls verəcək. Eləcə də hökumətlər arasında hava əlaqəsi haqqında sazişin imzalanması turizm axınlarına stimul verə biləcək addım hesab oluna bilər.
Bakı şəhəri ilə İslamabad şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”nun imzalanması isə Azərbaycan paytaxtındakı müasir quruculuq bumunun qardaş ölkədə geniş tətbiqində bir vasitə olacaq. Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi arasında imzalanan Anlaşma Memorandumu isə ölkələrin biznes icmasının üzünə açılan yeni qapı hesab edilə bilər.
Beləliklə, imzalanmış sazişlər Pakistan və Azərbaycan arasında iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından irəli gəlir və iqtisadi vizyonun çoxtərəfli formatını təmin etmiş olacaq.
Pakistan “yaşıl enerji” sahəsində əməkdaşlığın perspektivlərinə də inamla yanaşır, Azərbaycanın iqlim dəyişiklikləri ilə müabirəzədə yürütdüyü iradəli siyasətin və region ölkələri ilə bu istiqamətdə sıx əməkdaşlığın onun üçün də fayda verəcəyinə əmindir. Xüsusilə də Azərbaycanın COP29-a Sədr ölkə kimi ekoloji məsələlərdə daha təşəbbüskar mövqe nümayiş etdirməsi Pakistan üçün böyük maraq doğurur. Bu baxımdan Pakistan iqlim dəyişikliyinin fəsadları ilə üzləşən ölkələrdən biri kimi ekoloji paltformalarda yer almaq, irəli sürülən qlobal çağırışlardan faydalanmaq istəyir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 19:32
YAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53

