Xankəndidə iqtisadi layihələrin icrasına start verilib
17.07.2024 [10:20]
Xankəndi şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov tərəfindən yaşayış məskənlərində infrastrukturun bərpası və yenidən qurulması, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi prosesi barədə məlumat verilib. Bildirilib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər. Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif istiqamətli layihələrin icra olunduğu və bu layihələrdə əsasən qayıdışı həyata keçirilən əhalinin çalışdığı vurğulanıb.
Qeyd edək ki, ötən ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyatlarından sonra erməni terrorçularından tamamilə azad edilən Xankəndi şəhərində təcili olaraq təmir-bərpa və quruculuq işlərinin aparılması ilə bağlı tədbirlər planı hazırlanıb və icrasına başlanılıb. Ötən müddət ərzində bu tarixi şəhərin yararsız hala salınmış küçə və prospektləri, inzibati binaları, o cümlədən məktəblər, uşaq bağçaları, mədəniyyət və idman obyektləri əsaslı şəkildə yenidən qurulmaqdadır.
Xankəndi şəhərindəki mərkəzi futbol stadionunda aparılan təmir-bərpa işləri ötən ilin sonlarında başa çatdırılıb və ilk futbol oyunu keçirilib. Hazırda stadionun ətrafındakı digər infrastrukturların tamamilə yenidən qurulması, əlavə idman kompekslərinin yaradılması, şəhərdəki digər idman müəssisələrinin bərpası işləri ahəngdarlıqla davam etdirilir.
Qarabağda təhsil ənənələrinin bərpası və yenidən təşkili məqsədilə ilk addım kimi Qarabağ Universiteti təsis edilib və Cənab Prezident bir neçə gün əvvəl universitetdə görülən işlərlə tanış olub. Artıq qısa müddət ərzində universitet binasının fasadında rəngləmə işləri aparılıb, əsas giriş hissənin isə tarixi formasına qaytarılması üçün əlavə dəyişikliklər edilib. Binanın dəhlizlərinin döşəmələri sökülərək yenilənib. Daxili divarların suvağı təzələnib, suvaqaltı kommunikasiya xətləri dəyişdirilib. Bütün otaqlar müasir tələblərə uyğun mebel və avadanlıqlarla təchiz olunacaq. Universitetin ərazisində geniş abadlıq işləri görülüb. Binanın qarşısındakı park sökülərək müasir tələblərə uyğun yeni park salınıb və Qarabağ Universiteti sentyabrın 15-də qapılarını azərbaycanlı tələbələrin üzünə açacaq.
Xankəndidə aparılan əsaslı yenidənqurma planına uyğun olaraq orta məktəblərin və digər ümumtəhsil müəssisələrinin bərpa olunması, yeni məktəblərin tikilməsi də davam etdirilir. Bu şəhərdə təhsilin inkişafına xüsusi önəm verilməsi Qarabağın zəngin intellektual kapitalının və resurslarının bərpa edilməsinə əlverişli şərait yaratmaqla, ölkəmizin təhsil sisteminin ümumi obrazını daha da zənginləşdirəcək.
Xankəndi şəhəri əlverişli iqlimi və təbii-coğrafi xüsusiyyətləri, ekoloji potensialı baxımından Azərbaycanın ən zəngin turizm bölgələrindən biri hesab edilə bilər.
İyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” hotellərinin açılışı bu baxımdan turizmə start verilməsinin də müjdəsi sayıla bilər. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq. Həmçinin, dövlət başçısı tərəfindən təməli qoyulan Xankəndi Konqres Mərkəzi müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün böyük infrastruktur mərkəzi rolunu oyanayacaq, bura yerli və xarici qonaqların elmi-ictimai, siyasi-iqtisadi, mədəni və idman tədbirlərinin keçirməsi üçün əla məkana çevriləcək. Nəticədə bura insanların böyük axın etməsinə səbəb olacaq. Konqres Mərkəzi ilə bir kompleksdə yer alan “Xankəndi” hotelinin inşası isə turizm sənayesinin inkişafında mühüm rol oynayacaq.
Xankəndidə istehsal, emal, ticarət, xidmət, iaşə, sənaye və digər sektorların da fəaliyyətinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur. İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında vurğulandığı kimi şəhərdə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar yaradılıb və iş adamlarının artıq bu biznes fürsətlərindən lazımınca yararlanması mümkündür. Bu stimul və motivasiyalar artıq Xankəndi şəhərində sahibkarlar tərəfindən müxtəlif istiqamətli layihələrin icra olunmasına impuls verib və yaxın müddətdə bu ərazidə dövlət-özəl sektor və biznes icmasının istehsal və xidmətlə bağlı ilk addımlarının şahidi olacağıq. Bu isə Xankəndinin iqtisadi imkanlarının səfərbər edilməsi və reinteqrasiyaya qoşulmasını tam mümkünləşdirəcək.
Bir sözlə, Xankəndidə böyükmiqyaslı quruculuq planlı şəkildə fasiləsiz davam etdirilməkdədir. Ötən ay təsdiq edilən 2024-cü ilin dövlət büdcəsi layihəsinə əlavə düzəlişlərin qüvvəyə minməsindən sonra dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərcləri 2114,7 milyon manat və ya 27,2 faiz artırılıb ki, bu da 4 il əvvəl başlanmış sürətli yenidənqurma işlərinin Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavəndə və bütün digər ərazilərdə aparılmasına güclü maliyyə təminatları yaradır. Dövlətin maliyyə imkanları hesabına müasir şəhərə çevrilən Xankəndi 2024-cü ildə qayıdışa hazır vəziyyətdə olacaq və Şuşada olduğu kimi burada da qaynar həyat bərqərar olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 19:32
YAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53

