25 il əvvəl əsası qoyulmuş müqəddəs missiya
17.07.2024 [11:00]
“Sizin, Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşması və bir də Biləsuvarda çox ağır vəziyyətdə olan, Füzuli, Cəbrayıl və bir neçə rayonlardan köçüb çadırlarda yaşayanların şəraitinin yaxşılaşdırılması üçün Neft Fondundan 72 milyon dollar ayırdım”.
Ümummilli lider Heydər Əliyev
“Dövlət Neft Fondunun yaradılması tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir və ilk növbədə, məcburi köçkünlərin problemləri həll olunur”.
Prezident İlham Əliyev
Neft dünya ölkələrinin və insanların istifadəsində yer tutan həyati vacib təbii sərvətlərdən biridir. Keçdiyimiz ötən illərin tarixində bu resursla zəngin olan ölkələrin inkişafında neft amili müstəsna rol oynamışdır. Məhz buna görə də, nefti həm də “qara qızıl” adlandırmış, bəşəriyyət üçün əhəmiyyətinə xüsusi önəm vermişlər. Hələ neçə əsr əvvəl “qara qızıl”ın hasilatına başlayan Azərbaycan müstəqilliyin ilk illərində çətin və çıxılmaz vəziyyədə düşsə də, qara günlərdən xilasında və tarixi inkişafının yeni - qızıl dövrünə daxil olmasında neft sənayesinin düzgün idarə edilməsi həlledici rol oynamışdır.
1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin (“Əsrin müqaviləsi”) imzalanması ölkəmizin iqtisadi-siyasi, sosial həyatında tarixi mərhələnin başlanğıcı oldu.
İmzalanmış neft-qaz müqavilələrinin fasiləsiz icrası yanacağın Qərbə ixracının başlanması ilə ölkəmizə böyük həcmdə gəlirlərin daxil olmasını, həmçinin, dünya birliyində öz layiqli yerini tutmasını təmin etdi.
Neft gəlirlərinin daxil olmasından sonra növbəti addım ehtiyatların etibarlı və etimadlı bir ünvanda saxlanması ilə bağlı qərarın qəbul edilməsi idi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Birinci vitse-prezidenti vəzifəsində çalışan istedadlı cavan kadr - Cənab İlham Əliyevin xarici ölkələrin ən mütərəqqi suveren fondlarının təcrübəsini dərindən mənimsənilərək ölkəmizdə tətbiqi ideyası köməyə çatdı. İlham Əliyevin təklifi ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənildi və mükəmməl bir model ortaya qoyuldu. Azərbaycan hökuməti neftdən əldə etdiyi gəlirləri ədalətli, şəffaf və səmərəli şəkildə istifadə etmək üçün dünyada mövcud olan ən qabaqcıl təcrübəyə əsaslanmaqla unikal bir yığım mənbəyi - Dövlət Neft Fondunu yaratdı.
Fondun vəsaitlərinin hansı sahələrə xərclənməsi də mürəkkəb sual yaratmışdı, çünki həmin illərdə ölkəmizin iqtisadi və sosial həyatının bütün sahələrində maliyyəyə kəskin ehtiyac var idi, ancaq Ulu Öndər Heydər Əliyev dövlətimizin və xalqımızın bir nömrəli qayğısı olan Qarabağdan köçkün düşmüş soydaşlarımızın ehtiyaclarını, mənzil şəraitini yaxşılaşdırmağı ön sırada görürdü.
Neft Fondunun ilk gəlirləri məcburi köçkünlərə ayrıldı...
“İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən Ulu Öndər 1998-ci ildə Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrinə səfər edərək insanların şəraiti ilə yerindəcə tanış olduqdan sonra məcburi köçkünlərin sosial problemlərinin, onların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlətin maliyyə imkanlarını ilk növbədə bu sahəyə yönəltmək barədə qərarını qətiləşdirdi. Heydər Əliyev Neft Fondunda toplanan ilk vəsaitləri doğma torpaqlarını tərk etmiş soydaşlarımız üçün ayrılmasına qərar verdi.
2002-ci il sentyabrın 13-də Goranboy rayonunda yeni salınmış Aşağı Ağcakənd qəsəbəsinin açılışında Ulu Öndər deyirdi ki, biz artıq neft gəlirləri hesabına öz inkişafımızı təmin etmək, problemlərimizi həll etmək gücündəyik. Həmin gəlirlər ilk növbədə, əsas problemlərimizin həllinə, o cümlədən öz evini-eşiyini, varını-dövlətini itirmiş soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşmasına yönəldilir.
Onun bu müdrikliyi, insanpərvərliyi daha da geniş vüsət aldı, ölkəmizin maliyyə imkanları artdıqca qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi də yüksəldi. Həmin gəlirlər hesabına 1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı.
Heydər Əliyev inanırdı ki, məcburi köçkünlər bir gün öz doğma ocaqlarına qayıdacaq və bina, ev tikintisi də onların oz ata-baba yurdlarında inşa ediləcək.
“Qarabağ məsələsi bizim əsas problemimizdir, ağrılı problemimizdir, ürək ağrımızdır. Ancaq biz bunlara dözürük. Bir mütləq o torpaqları azad edəcək, ərazi bütövlüyümüzü bərpa edəcəyik” deyə qəti inamla bu milli hədəflərə çatmaq üçün iqtisadiyyatımızı daha da inkişaf etdirməyi vacib sayırdı. O, tam arxayın idi ki, məcburi köçkünlər üçün salınan qəsəbə və evlər, binalar müvəqqəti xarakter daşıyır və vaxt gələcək neft gəlirləri hesabına inşa edilən gözoxşayan, yaraşıqlı evlər Qarabağda ucalaq.
Neft gəlirləri peşəkar Ordunun güclənməsində və tarixi Zəfərdə əsaslı rol oynadı
Ulu Öndərin bu müqəddəs arzusunu Onun siyasi varisi, Prezident İlham Əliyev gerçəkləşdirdi. O, məcburi köçkünlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması, həm də doğma torpaqlarının düşməndən azad edilməsi üçün ağır bir yükü çiyinlərinə götürdü. 2003-cü il oktyabrın 15-də Prezident seçkilərində mütləq üstünlüklə qalib gələn İlham Əliyev oktyabrın 31-də keçirilən andiçmə mərasimində söylədiyi proqram xarakterli tarixi nitqində fəaliyyət manifestini elan edərkən ən ümdə vəzifə kimi torpaqlarımızın azad olunması üçün güclü iqtisadiyyat - güclü ordu vəhdətinin başlıca rol oynayacağını bəyan etdi.
O, ölkəyə rəhbərlik etdiyi ilk gündən bütün gücünü və gününü, hər saatını, dəqiqəsini bu müqəddəs arzunun gerçəkləşməsinə həsr etdi. Azərbaycanın maliyyə imkanları hər il artdıqca məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə paralel olaraq peşəkar və nümunəvi ordu quruculuğu ilk yerdə dayandı. 2003-2023-cü illər ərzində hərbi xərclər dayanmadan artırıldı. Əgər Azərbaycanın hərbi-müdafiə xərcləri 2003-cü ildə 150 milyon manat idisə, hazırda 6 milyard manatdan çoxdur. Hərbi xərclər bu dövrdə 40 dəfə artırıldı. Müqayisə üçün qeyd edək ki, 2003-2023-cü illərdə ölkə üzrə Ümumi Daxili Məhsul (ÜDM) nominal ifadədə 14,8 dəfə artıb, dövlət büdcəsinin gəlirləri 30 dəfə, xərcləri 28 dəfə artırılıb. Yəni, hərbi xərclər ümumi büdcə xərclərini adekvat olaraq nominal faiz baxımından hər il üstələyib.
Beləliklə, Cənab İlham Əliyev ölkəmizin güclü iqtisadi potensialına söykənərək güclü və peşəkar ordu quruculuğu missiyasını uğurlu sonluqla bitirdi, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində parlaq Zəfər qazanması ilə ərazi bütövlüyümüzü təmin etdi.
Yeri gəlmişkən, torpaqlarımızın azad olunmasına qədər olan dövrdə məcburi köçkünlər üçün yüzlərlə mənzil, ev inşa edildi. Bu quruculuqda əsas maliyyə donorluğunu öz çiyinlərinə götürmüş Dövlət Neft Fondu 2001-ci ildən tarixi Zəfərə qədər olan dövr ərzində Ağdam, Füzuli, Biləsuvar, Goranboy,
Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər, Göyçay, Ucar, Kürdəmir və Samux rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Pirallahı, Sabunçu, Abşeron və Binəqədi rayonlarında habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı, Kürdəxanı və Ümid qəsəbələri ərazisində hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirmişdir.
Fond bu məqsədlər üçün 20 il ərzində ümumilikdə 2,7 milyard manatdan çox vəsait ayırmışdır. Həmin maliyyə təminatı sayəsində 76 qəsəbə, 347 bina, 40 mindən artıq ev və mənzil, 73 inzibati bina, 89 məktəb, 70 uşaq bağçası, 5 xəstəxana, 24 tibb məntəqəsi inşa edilərək istifadəyə verilib.
Keçmiş məcburi köçkünlər üçün evlər indi öz doğma ocaqlarında inşa edilir
Beləliklə, Azərbaycanın neft gəlirləri 25 il ərzində qarşıya qoyulmuş bir nömrəli missiyanın uğurla yekunlaşmasında mühüm tarixi rol oynadı. Neft Fondunun vəsaitləri həm Qarabağdan qaçqın düşmüş insanların həyat və mənzil şəraitinin yaxşılaşmasında, həm də ordu quruculuğunun yekunu olaraq şərəfli qələbə salnaməsinin yazılmasında həlledici əhəmiyyət daşıdı.
Bu gün neft gəlirlərinin fəlsəfi məzmunu qürurverici missiyaya yönəlib, indi ümummilli quruculuq Bakı və digər bölgələrdə deyil, keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarında, birbaşa öz doğma və isti ocaqlarında davam etdirilir.
4 ilə yaxındır ki, bu strateji vəzifənin həyata keçirilməsində büdcədə əsaslı xərclərin əsas maliyyə mənbəyi kimi DNF-nin transfertləri mühüm yer tutur.
Hazırda dövlət büdcəsinin əsaslı xərclərinin həcmi 15,4 milyard manat təşkil edir ki, həmin vəsaitin əsas hissəsi məhz DNF-nin transfertləridir. Hənin xərclərin 40 faizə yaxını Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında aparılan yenidənqurma və bərpa işlərinə yönəldilir, Şuşada, Zəngilanda, Xankəndidə, Ağdamda, Füzulidə, Cəbrayılda və digər ərazilərdə qəsəbə və kəndlərin inşası dayanmadan davam etdirilir. Bu, neft gəlirlərinin xərc fəlsəfəsinin yenə də bir nömrəsli müəqddəs məqsədə - keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Eyni zamanda, neft gəlirləri Milli Ordu quruculuğumuzun formalaşmasında və nümunəvi Ordunun yaradılmasında əhəmiyyətli maliyyə təminatı rolunu oynamaqdadır. 2024-cü ilin yenidən baxılma ilə təsdiq edilmiş dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17 milyard 769 milyon manatı neft sektorunun payına düşür ki, həmin vəsaitin 12 milyard 781 milyon manatı Dövlət Neft Fondundan transfertlər təşkil edir. Həmin transfertlərin əhəmiyyətli hissəsi yenə də ordumuzun daha da qüdrətlənməsinə yönəldilir.
Yekun olaraq: Ulu Öndərin 25 il əvvəl əsasını qoyduğu missiya uğur hədəflərinə çatmağa yol açdı. Dövlət Neft Fondunun gəlirləri birinci mərhələdə məcburi köçkünlərin mənzil və həyata şəraitinin yaxşılaşdırılmasına və Milli Ordu quruculuğuna yönəldi, torpaqlarımızın azad olunmasında bilavasitə köməyə çatdı.
İkinci mərhələ isə daha qürurverici tarixi başlanğıc oldu, Heydər Əliyevin bünövrəsini qoyduğu və cənab İlham Əliyevin əsil milli xəzinəyə, təhlükəsizlik yastığına çevirdiyi Neft Fondu Qarabağda milli quruculuq salnaməsinin şərəfli tarixini yazmaqda davam edir.
Yeganə BAYRAMOVA
Yazı ARDNF-in yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 19:32
YAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53

