Qarabağ və Şərgi Zəngəzurda...
26.07.2024 [10:20]
Sənaye parklarına yeni investorlar cəlb olunur
Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi dəyər yaradacaq sahələrdən biri kimi sənaye texnologiyaları parklarının yaradılması ilə bağlı yürüdülən siyasət öz müsbət səmərəsini göstərməkdədir. İki il əvvəl Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, ardınca Ağdam Sənaye Parkının yaradılması bu bölgənin sənaye potensialının səfərbər edilməsi və gələcək ixracı mühüm əhəmiyyət kəsb edir. 2024-cü ilin birinci yarısında hər iki texnoparkda rezidentlərin marağının artması müşayiət edilib və sərmayə qoyuluşları imkanları artıb. Bu günlərdə Ağdam Sənaye Parkı ailəsinə yeni biznes təmsilçisi daxil olub, “Qarabağ Aqro 44” MMC-nin qeydə alınması ilə sözügedən texnoparkda üzrə rezidentlərin sayı 27-ə çatıb. Yeni rezident Ağdam Sənaye Parkına 1,4 milyon manat investisiya yatıracaq ki, müəssisədə 20 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsulların isə həm daxili, həm də xarici bazarlarda satılması nəzərdə tutulur.
Qeyd edək ki, Araz Vadisi İqtisadi Zonasında da sənaye sektoruna investisiya cəlb edən rezidentlərin sayı son bir ildə artıb. Cəmi 3 il ərzində bu ərazidə Rusiyanın “Kamaz”, İtaliyanın “İveco” markalı avtomobilləri üçün servis mərkəzi yaradılıb və rezidentlərin sayı artmaqdadır. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb və investisiya təşəbbüsləri dayanmadan artır.
Sənaye parkları həmin ərazidəki iqtisadi imkanların daha da artırılması, qeyri-neft sektorunun davamlı inkişafına töhvə verəcək resursların tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. 4-cü sənaye inqilabının ən inadlı və innovativ hədəflərini qarşıya məqsəd qoymuş Azərbaycanın bütün sənaye parklarının vahid ali prinsipi dünya bazarında rəqabətdən geri qalmayan malların ixracını təmin etməkdir. Azərbaycan hökuməti sənaye parklarının yaradıldığı ilk gündən (ilk sənaye parkı olan Sumqayıt Kimya Parkı 2011-ci ildə yaradılıb) bu iqtisadi modeli iqtisadiyyatın innovativ və yüksək texnologiyalar üzrə aparıcı bölməsi kimi müəyyən edərək rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün bütün zəruri imkanları yaradıb, müxtəlif iqtisadi stimullar, güzəştlər, dövlət dəstəyi tədbirləri verib, ən münbit şəraiti formalaşdırıb, parklara investisiya qoyuluşlarını motivasiya etmək üçün sahibkarlara dünya praktikasında azad iqtisadi zonalarda tətbiq olunan səmərəli iqtisadi alətləri tətbiq edib. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisi, torpaq vergisi və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən texnoparkların rezidentləri isə həmin güzəştlərdən əlavə, istehsal prosesində istifadə etdikləri bir sıra xammal və materialların idxalı üzrə də ƏDV-dən azad olunublar. Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan həmin rezidentlərə 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20%-i qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir.
Mövcud motivasiyalar xarici iş adamlarının da işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında əlverişli investisiya imkanlarından yararlanmasına şərait yaradır. Onlar innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi prosesində fəal sərmayədar olmaqla Azərbaycanda rəqəmsal “yaşıl sənaye iqtisadiyyatı”nın üzvü ola bilərlər.
Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında qısa bir zamanda bu cür iqtisadi modellərin təşkili Azərbaycanın yeni sənayeləşmə siyasətinə əhəmiyyətli töhfə verəcək, bu bölgənin sənaye gücünün hərəkətə gətririlməsi, ilk sənaye məhsulu buraxılışının təmin edilməsində cığırlar açacaq. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyri-neft-qaz sənaye ixracının payının 25 faiz artırılması nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə sənaye texnoparklarının istehsal və emal fəaliyyətinə başlaması bu bölgənin Azərbaycanın sənaye ixracına qoşulmasına, ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılmasına və ÜDM-in artmasına da imkan yaradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

