Aşağı inflyasiya, sabit uçot dərəcəsi
01.08.2024 [10:30]
Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8,25 səviyyəsində dəyişməz saxlanılıb. Qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub. Bu isə, uçot və faiz dərəcələrinin parametrlərində heç bir dəyişiklik edilməməsi deməkdir. Qeyd edək ki, sabit uçot dərəcəsi siyasəti ilə bağlı qərar MB tərəfindən ikinci dəfə verilir, bir ay əvvəl qəbul edilmiş qərara əsasən, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla sabit uçot stavkası müəyyənləşib.
Uçot dərəcəsinin müəyyən edilməsində inflyasiya faktoru başlıca rol oynayır, istehlak qiymətləri indeksinin artıb-azalması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirir. 2024-cü ilin yanvar-iyun aylarında istehlak bazarında qiymətlərin dəyişməsində ciddi artım tendensiyası baş verməyib, inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz səviyyəsində qərarlaşıb. Birinci yarımillikdə orta illik ərzaq qiymətlərində 0,6 faizlik deflyasiya qeydə alınıb, qeyri-ərzaq inflyasiyası isə 1,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə inflyasiya isə 2,4 faiz təşkil edib. İllik inflyasiya (2024-cü ilin iyun ayı 2023-cü ilin iyun ayına nisbətən) isə 1,1 faizə bərabər olub. Həmçinin mövcud qərarın qəbul edilməsində xarici amillərin təsirləri də nəzərə alınıb. İnflyasiyanın payında əsas yer tutan xarici faktor diqqətlə izlənilib. Son 5 ayda qlobal bazarlarda qiymətlər sabit qalıb və bir sıra mal qruplarında ucuzlaşmalar baş verib. Belə ki, istehlak qiymətləri indeksinin düşməsində daxili amillərlə yanaşı, xarici faktorun təsirləri də xüsusi rol oynayıb. Xüsusilə də inflyasiyanın strukturunda 60-70 faiz yer alan xarici amil daha ümidverici olub. Cari ilin 6 ayında dünya üzrə əmtəə qiymətləri indeksi aşağı düşməkdə davam edib. Xüsusilə də aprel-may ayında mal və xidmətlərin dəyəri 8,3 faiz, o cümlədən enerji qiymətləri üzrə 8,9 faizdən çox ucuzlaşıb və nəticədə idxal inflyasiyası təzyiqləri də azalıb.
Xarici amillərin bazara təsirləri yumşaldılıb...
Beləliklə, MB həm daxili bazardakı faktiki vəziyyəti və qarşıdakı dövr üzrə proqnozlaşdırılan inflyasiya gözləntilərinə, həm də xarici bazar konyukturasına əsaslanaraq, faiz dərəcələrinin sabit şkalada qalmasını uyğun hesab edib, əvvəlki aylarda olduğu kimi yumşaq monetar siyasət davam etdiriləcək.
Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlaması və aşağı faiz siyasətini davam etdirməsi bankların əlverişli mühit çərçivəsində kredit faizlərini ucuzlaşdırmağa əsas verir. Hazırda Azərbaycan banklarının kredit portfeli hədsiz dərəcədə böyükdür və kredit vermək üçün qayğıları yoxdur.
Resursların həcmi istehlaka və iqtisadi sahələrə yetərincə kredit verməyə geniş imkan yaradır. Eləcə də bank sektorunun xalis mənfəəti son bir ildə əhəmiyyətli dərəcədə böyüyüb, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın bank sektoru 407,5 milyon manat xalis mənfəət əldə edib.
Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 18 faiz çoxdur. Həmin dövrdə bankların əməliyyat mənfəəti isə 14 faiz artaraq 585 milyon manata bərabər olub. Bu həcmdə mənfəət bankların kredit resurslarını təmin etməkdə nəhayətsiz portfelə malik olmasını təsdiqləyir. Ona görə də bankların kredit siyasətini yumşaltması üçün bütün fiziki imkanları mövcuddur. Bunu MB-nın bəyanatındakı bankların pul bazarındakı rolu ilə bağlı fraza da təsdiq edir. MB uçot dərəcələrinin sabit saxlanmasında bank faizlərinin təsir potensialını həmişə nəzərə alır ki, bu da bank sektorunda daha sərfəli kredit faizlər potensialının mövcudluğundan xəbər verir.
Uçot dərəcəsi ilə bağlı növbəti qərarlar yenə də xarici və daxili amillərə uyğun olaraq müəyyənləşəcək. MB faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı sentyabrın 18-də açıqlayacaq. Bu dövr ərzində uçot dərəcəsi xarici bazarlar, ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq müəyyənləşəcək. Hazırda inflyasiyanın artımı üçün ciddi fundamental əsaslar yoxdur. Mövcud ssenarilər və qarşıdakı dövrə uyğun inflyasiya proqnozları və daxili bazar amilləri onu deməyə əsas verir ki, qarşıdakı aylarda istehlak qiymət indeksi sabit qalacaq.
Yenilənmiş inflyasiya nə vəd edir?
Yeri gəlmişkən, Mərkəzi Bank həm iqtisadi artım, həm də inflyasiya ilə bağlı yenilənmiş proqnozlarını da açıqlayıb. Proqnozlara əsasən, Azərbaycanda iqtisadi artımın 2024-cü ilin sonunda 3,5-4 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5,5-6 faiz olacağı gözlənilir. 2025-cü ildə isə ÜDM-in 2-2,5 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 4-5 faiz artacağı proqnozlaşdırılır. İnflyasiyaya gəlincə, cari ilin yekununda qiymət indeksinin ilin əvvəlində müəyyən edilmiş çərçivədə, dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə 5,4 faiz, 2025-ci ildə isə 5,5 faiz olacağı gözlənilir: İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.
Bütün bu sabit gözləntilərə baxmayaraq MB mövcud monetar şərtlər çərçivəsində anti-inflyasiya tədbirlərinə dəstəyinin davam etdirəcək və inflyasiyanın hədəf diapazonu daxilində saxlanılması və inflyasiya gözləntilərinin sabitləşdirilməsi üçün hökumətlə koordinasilalı şəkildə çalışacaq. Qeyd edək ki, iyulun 30-da “Nazirlər Kabinetində keçirilən “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclasında da istehlak qiymətləri indeksi üzrə vəziyyət müzakirə olunub. Hökumətin anti-inflyasiya tədbirləri üzrə müəyyən edilmiş çərçivəsinə uyğun olaraq müvafiq qurumlar tərəfindən görülən işlərin davam etdirilməsinin vacibliyinə toxunulub.
Hökumət anti-inflyasiya tədbirlərini davam etdirəcək...
Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamına əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərinin nəzarətdə saxlanılması, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə tədbirlər planı müəyyənləşib və aidiyyatı qurumların birgə səyi nəticəsində 2023-cü ildə qiymətlərin azaldılmasına nail olunub. Hökumətin təxirəsalınmaz tədbirlərinə uyğun olaraq, bir sıra iqtisadi alətlərdən istifadə olunub. Belə ki, kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları, vergi güzəştlərinin verilməsi, bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görülüb ki, bu da müəyyən səmərə verib. Nəticədə 4 illik narahatedici inflyasiya rəqəmi 2023-cü ilin yekununda birrəqəmli həddə endirilib. Bu strateji hədəfə uyğun olaraq, hökumət inflyasiya ilə mübarizə tədbirlərini 2024-cü ildə də prioritet kimi diqqətdə saxlamaqla əsas çərçivə prioritetləri üzrə bütün iqtisadi qurumları bu prosesə cəlb edib.
Ona görə də cari ildə və qarşıdakı ildə inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə və real gəlirlərinə mənfi təsirlərinin azaldılması, vətəndaşların rifahının təmin olunması və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi son illər büdcə siyasəti qarşısında duran əsas vəzifələrdən biri kimi xüsusi diqqət mərkəzində saxlanılacaq. Hökumətin tapşırıqlarına uyğun olaraq əhalinin sosial rifahının, real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün son iki ildə davam etdirilən sosial siyasət tədbirləri yenə də prioritet məsələlərdən olacaq. Həmçinin daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması istiqamətində zəruri işlər davam etdiriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

