Azərbaycan “yaşıl tikinti”yə keçir
01.08.2024 [10:32]
Yeni model tikintidə xərcləri azaldır, əlavə sərmayə imkanları yaradır
Azərbaycanda fəaliyyət göstərən 11 tikinti və COP29 Təşkilat Komitəsinin bir neçə üzvü “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” imzalayıb. Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir. İmzalanma COP29-a hazırlıq çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Tikinti” tədbirində baş tutub.
“Yaşıl tikinti” layihələri ekoloji cəhətdən təmiz və sağlam binalar tikmək üçün istifadə olunur. Bu cür layihələrdə ətraf mühitə təsirləri minimuma endirmək üçün material seçimi, enerji istifadəsi, suya qənaət və tullantıların idarə edilməsi kimi amillər diqqətlə planlaşdırılır. Bura, həmçinin binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir. “Yaşıl tikinti”nin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir.
Dünya ölkələrində davamlı olaraq “yaşıl tikinti” texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Azərbaycanın “yaşıl həmrəylik” strategiyasına sadiqliyi, COP29-a ev sahibliyi edən məsuliyyətli ölkə kimi ətraf mühitin qorunması istiqamətində davamlı təşəbbüslər göstərməsi “yaşıl tikinti” seqmentinə keçidi üçün mühüm əsaslar yaradır.
Məlumdur ki, tikinti sektorunun ətraf mühitə böyük təsirləri var, bu sənaye sektorunda istifadə olunan texnologiyaların böyük bir qismi ətraf mühitə yanacaq emissiyalarında rol oynayır. Binaların tikintisi zamanı bu cür zərərli emissiyaların təsiri 20 faiz, sonrakı infrastruktur, təminat və enerji təchizatı zamanı isə 40 faiz təşkil edir. Buna görə də, “yaşıl tikinti” layihələrinə keçid qlobal ekoloji alyansın müəyyən etdiyi vacib şərtlərdən biridir. Bu baxımdan müasir tikinti layihəsinin idarə edilməsi konsepsiyası meydana çıxır ki, bu prosesdə hökumət-özəl sektor əməkdaşlığı başlıca yer tutmalıdır. Nəzərə alsaq ki, Azərbaycanın ən böyük tikinti bumunun mərkəzi hesab edilən paytaxt Bakının yeni Baş Planı təsdiq edilib və sənəddə müasir tikinti modellərindən istifadəyə geniş yer verilməsi, “ağıllı tikinti”nin geniş tətbiqi və digər mühüm məqamlar öz əksini tapıb, bu zaman “yaşıl tikinti” həmin konsepsiyada əsas xətlərdən biri olmalıdır. Baş Planda dünya “yaşıl inşaat və şəhərsalma” modellərinə əsaslanmaqla, şəhər və ətraf mühitin regenrasiyası gücləndirilməli, “təmir şəhər” yanaşmasına xüsusi üstünlük verilməsi, tikintidə sənayenin texnoloji profilinin dəyişdirilməsi və “yaşıl sənaye-inşaat” zəncirinin yaradılması əsas diqqətdə saxlanılmalıdır. Eyni zamanda, “Yaşıl Tikinti Bəyannaməsi imkan verir ki, paytaxtın Baş Planı üzrə şəhər ərazisində yaşıllıqlar və açıq məkanlarla təminat səviyyəsinin artırılması, çoxfunksiyalı yaşıllıqların salınması, bir sözlə yaşıl landşaftın möhkəmləndirilməsi üçün yerli və xarici investorların imkanları səfərbər edilsin.
“Yaşıl tikinti” təkcə ekoloji cəhətdən təmiz deyil, həm də iqtisadi və sosial cəhətdən davamlı müsbət faydalar verir. Xüsusilə də tikinti sektorunda xərclərə qənaət edilməsi baxımından faydası böyükdür. Bu tikinti yanaşması əməliyyat xərclərini azaltmaq, biznesin səmərəliliyini artırmaq və riskləri azaltmaq üçün nəzərdə tutulub. Belə ki, “yaşıl tikinti” layihələrinin idarə edilməsi sayəsində daha səmərəli, qənaətcil texnologiyalardan, ucuz enerji və xidmətlərdən istifadə mümkün olur, bu isə həm dövlətin, həm də özəl tikinti şirkətlərinin xərclərinin azalmasına səbəb olur. Dövlətin tikinti investisiylarının dəyəri azalmaqla əlavə inşaat layihələrinə sərmayə qoymaq potensialı da artır.
“Yaşıl tikinti” layihəsinin digər bir üstünlüyü inşaatda istifadə olunan mal və xidmətlərin, avadanlıqların yeni texnologiaylara əsaslanmasıdır ki, bu insanların da rahatlığı, sağlamlığı və xərcləri üçün də müsbət əhəmiyyət kəsb edir. Belə ki, bu layihələr üzrə binalarda istifadə olunan ekoloji təmiz materiallar insan sağlamlığına səbəb olur, düzgün havalandırma sistemləri, iqlim texnologiyaları, suya və istiliyə qənaət edən santexnika sistemləri məsrəfləri azaldır.
Qeyd edək ki, dövlət qurumları artıq bu istiqamətdə səmərəverici təkliflər hazırlamağı planlaşdırır ki, onlardan biri tikintisi dövlət büdcəsindən maliyyələşdirilən binaların “yaşıl tikinti” prinsipinə uyğun olaraq aparılması və həmin inşaat şirkətlərinin “yaşıl sertifikatlarla” təmin olunmasıdır. Azərbaycan xarici ölkələrdə mövcud olan “yaşıl tikinti” sertifikatlaşdırma sistemi əsasında milli yaşıl sertifikasiyasnı yaratmağı planlaşdırır. Eyni zamanda, qanunvericlikdə, Tikinti Məcəlləsi və digər sənədlərdə yeni maddələrin əlavə edilməsi də istisna deyil.
Beləliklə, “Azərbaycanda Yaşıl Tikinti” Bəyannaməsinin imzalanması tikinti şirkətlərini ətraf mühitlə bağlı daha yeni texnologiyalardan, ələlxüsus da “ağıllı texnologiyalar”dan istifadəsi imkanlarını artırmağa təşviq edəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

