Dövlətçilik atributlarımızın yeni nişanəsi
03.08.2024 [10:40]
Azərbaycan manatının yeni dizaynında Şuşa, Xankəndi, Xocalı və digər milli elementlərin təsviri istisna deyil
Mərkəzi Bank (MB) Azərbaycanın milli valyutası olan manatın yeni nişanlarının hazırlanmasına başlamaq niyyətindədir. Yeni nəsil pul nişanlarının emissiyasında əsas kompozisiya kimi milli elementlərə yer verilməsi nəzərdə tutulur. Belə ki, yeni əskinaslarda və banknotlarda milli dəyərlərimizi, tarixi və mədəni irsimizi özündə daşıyan, habelə müasir milli priroritetlərə və çağırışlara uyğunluğunu təmin edən elementlərə xüsusi yer veriləcək. Bu məqsədlə ictimaiyyətin nümayəndələrinin fikir və rəylərinin, təkliflərinin öyrənilməsi üçün onlara sorğu platforması yaradılıb. Vətəndaşlar bu platformada iştirak edərək öz təkliflərini MB ilə bölüşmək imkanı əldə edəcəklər. Beləliklə, ölkə ictimaiyyəti və MB-nin birgə səmərəli əməkdaşlıq modeli əsasında milli valyutamızın tarixilik, ənənəyə bağlılıq və gələcəyə baxış harmoniyası əsasında milli mənsubiyyətimizi əks etdirən yeni valyuta təsviri hazırlanacaq. Bu strateji konseptə söykənməklə Azərbaycanın bütün nominallarda daha müasir valyutası tədavülə çıxarılacaq.
MB-nin yeni nəsil valyuta emissiyasına keçməsini zəruru edən əsas hansı amillərdir?
Məlumdur ki, dünya ölkələrinin əksəriyyəti davamlı olaraq strateji pul konsepsiyasına əsaslanmaqla milli valyutaların dizayn və kompozisiyasında dəyiçikliklər edir, yeni elementlər əlavə etməklə pul nişanlarının saxtalaşdırılmasının qarşısını alır. Beynəlxalq təcrübədə hər 10-15 ildən bir pul nişanlarının yenilənməsi, o cümlədən yeni nəsil milli pul nişanlarının yaradılması həyata keçirilən bir təcrübədir. Bu zaman dövrün tələblərinin, cəmiyyətin gələcək inkişaf strategiyasının, yeni iqtisadi və siyasi reallıqlardan meydana gələn çağırışların cəmiyyətə çatdırılması kimi mühüm faktorlar nəzərə alınır. Azərbaycan hökuməti də pul komissiyasının müvafiq qərarları ilə ötən 30 ildə pul nişanlarının estetikasına və dizaynına dəyişikliklər edib.
Yeni pul nişanlarının dizaynı hər zaman vahid konsepsiya əsasında hazırlanmış, dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilməklə ğlkəmizin bütün sahələrdə müstəqilliyini, inkişafını və Avropa ailəsinə inteqrasiyasını təzahür edib. Eləcə də, iqtisadi dəyərlərin real ifadəsi manatın nominal ifadəsinə də sirayət edib. Bu kursa uyğun olaraq 2006-cı ildəı denominasiya nəticəsində tamamilə yeni forma və məzmunda, milli ornament və yeni iqtisadi dövrün vəhdətinə uyğunlaşdırılmış manatlar tədavülə buraxılıb. Yeni nümuməli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarət olmaqla milli valyutanın pul aləti kimi həm keyfiyyət göstəricilərinə, həm də dəyər ifadəsinə görə, digər ölkələrin valyutalarından üstünlüyünü qoruyub saxlayıb. Həmçinin yenilənmiş konsepsiya çərçivəsində pul nişanlarımızın hər bir nominalı ayrı-ayrılıqda alt mövzulara həsr edilib və 2018-ci ildə isə “Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində 200 manat nominallı kağız pul nişanı tədavülə buraxılmaqla milli inkişafın daha dəyər ifadə edən valyuta simvoluna çevrilib.
Pul islahatları çərçivıəsində yeniləşən əskinasların emissiyası zamanı həm də təhülkəsizlik amilinə də xüsusi diqqət yetirilir və tədavülə çıxarılan hər yeni pul nişanının müfafizə elementləri daha da gücləndirilir. Bu nöqteyi-nəzəırdən Azərbaycanın hər dəfə dəyişən banknotlarında, xüsusilə də, kağız pul nişanlarında ən son mühafizə sistemlərinə yer verilib ki, bu da təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Banknotların fiziki keyfiyyət təkmilləşdirmələri zamanı həm milli kağız, həm də metal pul nişanlarının reproduksiyasına da xüsusi diqqət yetirilib, reproduksiya zamanı valyutanın keyfiyyət parametrləri daha da gücləndirilib.
Ümumi mühafizə fəlsəfəsi əsasında hazırlanan yeni nəsil pul nişanlarının təhülkəsizlik kodlarının möhkəmləndirilməsinin nəticəsidir ki, Azərbaycan manatının saxta nominallarını hazırlamaq hədsiz dərəcədə çətinlik yaradıb və saxta pul nişanları hazırlayanlar məhz bu mühafizə elementlərinə müdaxilə edə bilməyib. Azərbaycanın milli valyuta kağız pul nişanlarının mühafizə sistemi 4 pilləli olmaqla dünyada ən güclü təhlükəsizlik simvollarına malikdir. Belə ki, hər nominallı kağız pul nişanlarının əsas fon rəngi mövcuddur və mühafizə elementləri bütün nominallı kağız pul nişanlarında eyni yerlərdə yerləşdirilib. Manatın mühafizə elementləri yüksək texnologiyalar əsasında hazırlandığından saxta pulkəsənlərin əl izlərini dərhal müəyyənləşdirmək mümkündür. Həmçinin metal pul nişanlarının mühafizə sistemi pul nişanlarının yan tərəfində yerləşdirilmiş xüsusi təhlükəsizlik elementindən, dizayn elementlərinin dəqiqi cizgilərindən, zərb olunmuş qabarıq səthdən, pul nişanı üçün müəyyən olunmuş texniki göstəricilərdən, o cümlədən diametr, çəki və metal tərkibdən ibarətdir ki, bu da saxtalaşdırmaya ciddi maneə yaradır.
Bütün bu meyarlar və pul siyasəti ənənəsinə rəğmən, valyuta alətləri də yeni çağırışlardan doğan yeni keyfiyyət dəyişikliklərinə məruz qalır, qabaqcıl texnologiyaların və pul elementlərinin əlavə formalarının təsvirinə ehtiyaclar yaranır. Bu siyasətə uyğun olaraq pul nişanlarının müasir çağırışlardan doğan inkişaf iyerarxiyasına uyğunlaşdırılması məqsədilə tədavülə yeni nəsil pul nişanlarının buraxılması siyasəti ölkəmizdə son onillikdə də davam etdirilib. Hazırda isə Azərbaycanın inkişafının tam yeni mərhələsi başlayıb. Tarixi zəfərdən sonra öz dövlət suverenlyinin bütün ərazilərində təmin edən ölkəmizin iqtisadi siyasətində də əhəmiyyətli qərarlar qəbul edilib, iqtisadi rayonların yeni təsnifatı müəyyənləşib, iqtisadi arxitekturaya yeni güc sütunları əlavə olunub, torpaqlarımızın işğaldan azad olunmasından sonra ölkəmizin regionda və dünyada siyasi-iqtisadi səviyyədə yeni obrazını formalaşdırıb. Bu, dövlətçilik atributlarından olan milli pul nişanlarının yeni dövrə və çağırışlara uyğunlaşdırılması məsələsini gündəmə gətirib, pul siyasətində, milli valyutanın kompozisiyasında yeni yanaşmaları, baxış fəlsəfəsini meydana çıxarıb. Bu amil milli valyutanın konseptinin daha da zənginləşməsinə imkan yaradır, suveren Azərbaycanın yeni nəsil pul nişanlarında Şuşa, Xankəndi, Xocalı və digər milli elementlərin təsvirini və obrazını təsəvvür etdirməyə imkan yaradır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

