Azad ərazilərdə “Yaşıl Kart”...
08.08.2024 [13:31]
Nəqliyyat vasitələrinin asan və maneəsiz daşınmalarda iştirakı təmin olunacaq
İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq “Yaşıl Kart” sığorta xidmətindən istifadə mümkün olacaq. İcbari Sığorta Bürosundan bildirildiyinə görə, bununla bağlı Beynəlxalq Bürolar Şurasının razılığı alınıb. 2016-cı ildən etibarən İcbari Sığorta Bürosu “Yaşıl Kart” sisteminin idarəedici təşkilatı olan Beynəlxalq Bürolar Şurasına üzv kimi bu sistemin ölkəmizin sığorta bazarında geniş tətbiqinə başlamaq üçün müvafiq addımlar atıb və ötən dövr ərzində Azərbaycanda “Yaşıl Kart” sığortası tətbiq edilib. Adıçəkilən beynəlxaq təşkilata üzvlüyün ilk illərində Azərbaycanın işğal edilmiş ərazilərində “Yaşıl Kart” sisteminin tətbiqi mümkün olmadığı üçün, “Yaşıl Kart” sığorta təminatı Azərbaycanın digər coğrafi əraziləri ilə məhdudlaşdırılıb.
Coğrafi ərazi məhdudiyyəti aradan qaldırılıb
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra İcbari Sığorta Bürosu tərəfindən “Yaşıl Kart” təminatı üzrə Azərbaycana münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlanıb və aparılan qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün razılıq əldə olunub. Belə ki, İngiltərənin London şəhərində keçirilmiş BŞ-nin 58-ci Baş Assambleyasının Qərarı ilə “Yaşıl Kart” sisteminin “Coğrafi əhatə dairəsinin siyahısı və avtomobil sığortası direktivi”nin ərazi tətbiqinə dair sənədləri yenilənərək təsdiqlənib. Bununla da, Azərbaycanla əlaqəli coğrafi ərazi məhdudiyyəti aradan qaldırılıb və İcbari Sığorta Bürosunun coğrafi səlahiyyəti ölkənin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində yenidən müəyyən olunub. Həmçinin 18 iyul 2024-cü il tarixində Beynəlxalq Bürolar Şurası Katibliyindən bütün üzv bürolara “Yaşıl Kart” modellərində Azərbaycanla bağlı düzəlişlərin edilməsi üçün bildirişlər göndərilib.
Azərbaycanın sığorta sistemində geniş yer alan “Yaşıl Kart” sistemi çoxkomponentli olmaqla stimullaşdırıcı və motivasiyaedici rol oynayır. Bu prosesdə tənzimləyici və əlaqələndirici funksiya daşıyan İcbari Sığorta Bürosu ölkəmizdə “Yaşıl Kart” sisteminin tətbiqində də əsas təminatçı kimi çıxış edir. Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir və qanunvericiliyin tələbinə uyğun olaraq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büronun tənzimləyici fəaliyyəti sayəsində ölkəmizdəki sığorta şirkətləri bir sıra dövlət orqanlarının bu sistemə inteqrasiya edilərək daha əlverişli sığorta xidmətləri əldə olunmasına imkan yaranıb. Məsələn, Dövlət Gömrük Komitəsi ilə İcbari Sığorta Bürosu arasında 2 il əvvəl istifadəyə verilmiş “Yaşıl Kart” mexanizmi ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin ölkəni tərk etməmişdən öncə gömrük məntəqələrində etibarlılığını elektron formatda müəyyən edir ki, bu da şəffaflıq və sığorta hadisələri ilə bağlı ödənişlərin ünvanlı təyinatı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, dünyanın müxtəlif ölkələrində Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş sığorta hadisələri nəticəsində zərərin ödənişi ilə əlaqədar İSB-yə müraciət edilərkən sığorta şəhadətnamələrinin saxtalaşdırılması hallarına rat gəlinir ki, bu da sığorta şirkətlərini risk altında qoyurdu. DGK ilə sığorta şirkətləri arasında inteqrasiyanın təmin edilməsindən sonra bu halların qarşısı alınıb və saxtalaşdırma hallarına yol verən nəqliyyat vasitələrinin sığorta xidmətləri üzrə fəaliyyətində şəffalşama halları artıb. Eyni zamanda, elektron sistemlərin inteqrasiya edilməsi sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, gömrük məntəqələrində “Yaşıl Kart”ın etibarlılığının elektron formatda müəyyən edilməsinə şərait yaradıb.
“Yaşıl Kart”ın azad edilmiş ərazilərdə tətbiqi hansı əhəmiyyət kəsb edir?
Məlumdur ki, azad ərazilərdə dayanmadan vüsət alan yenidənqurma və inteqrasiya prosesləri, tikinti və yenidənqurma işləri ilə əlaqədar nəqliyyat daşınmalarının həcminin artması bu bölgədə xarici ölkələrə məxsus nəqliyyat vasitələrinin intensiv hərəkətinə geniş meydan verib. Həmçinin, bu bölgədə sənaye texnologiyaları parklarının yaradılması, aqrar komplekslərin fəaliyyətinin təmin edilməsi böyükhəcmli yükdaşınmalarına səbəb olmaqdadır və həmin daşınmalarda iştirak edən nəqliyyat vasitələri müxtəlif ölkələrdən mal-materialları həyata keçirir. Azad edilmiş ərazilərdə “Yaşıl Kart” sisteminin tətbiq olunması sığorta hadisələri zamanı sığortaolunanların maraqlarının müdafiəsi, eləcə də icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyacaq. “İcbari Sığortalar haqqında” qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycanın “Yaşıl Kart”ını yalnız “Yaşıl Kart” sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir. “Yaşıl Kart” üzrə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri azad ərazilərdə sığorta xidmətlərinin təmin edilməsində və asan və manesiz daşınmaların həyata keçirilməsində mühüm rol oynayacaq.
Onu da qeyd edək ki, Azərbaycan və Türkiyə arasında “Yaşıl Kart” sığorta sistemlərinin inteqrasiya edilməsi ilə bağlı müvafiq işlər aparılıb və bu sahədə əməkdaşlığın növbəti mərhələsi kimi azad olunmuş ərazilərdə eyni qarşılıqlı sığorta mexanizmi də tətbiq olunacaq. Bu, Türkiyəyə məxsus avtomobillərin azad ərazilərə daxil olduqda sürücülərdən sənədləri baxılması tələbini aradan qaldıracaq. Bu cür inteqrasiya modellərinin digər türkdilli dövlətlərlə, eləcə də Rusiya, Belarus, Çin, Gürcüstan və digər ölkələrin tənzimləyici sığorta qurumları ilə də tətbiqi nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

