Mərkəzi Bank təmkinli investisiya siyasəti yürüdür
14.08.2024 [10:36]
Qiymətli kağızlara yatırılan sərmayələr özünü doğruldur
Mərkəzi Bank (MB) investisiya siyasətini açıqlayıb. MB-nın ortamüddətli dövr üzrə investisiya strategiyasının əsas hədəf prioritetləri konservativ investor kimi sabit gəlirli qiymətli kağızlar bazarında investisiya alətlərini möhkəmləndirməkdən ibarət olacaq. Bura investisiya reytinqli dövlət və kvazi (suveren) istiqrazlardan, habelə pul bazarı alətləri daxildir. Həmin qiymətli kağızlar üzrə investisiya siyasəti ötən illərdə səmərəli alətlər kimi özünü təsdiq etdiyindən daha da inkişaf etdirilməsi məqsədəuyğun hesab olunur.
Mərkəzi Bank tələsmir...
Mərkəzi Bank səhm və əmlak bazarlarında investisiyaların axınında tədbirli və ehtiyatlı addım atmaq niyyətindədir. Digər inkişaf etmiş ölkələrin mərkəzi bank institutlarının qlobal maliyyə bazarlarında iddialı investor kimi çıxış etməsinə baxmayaraq, Azərbaycanın mərkəzi bank strukturu bu proseslərin iştirakçısı olmağa tələsmir. Bunun da başlıca səbəbi qlobal səhm, daşınmaz əmlak bazarlarında tez-tez baş verən tərəddüdlər və gözlənilməz risklər fonunda ciddi itkilərdən qorunmaqdır. Təcrübə göstərir ki, səhm və daşınmaz əmlak bazarına investisiya edilmiş aktivlərin dəyəri beynəlxalq birja indekslərinin aşağı düşməsi nəticəsində itkiyə məruz qalır. Çünki qlobal səhm bazarı dayanıqlı deyil və bu cür simulyasiyalar nəticəsində ən çox itki ilə üzləşən maliyyə iştirakçılarından investorlarla bərabər, mərkəzi banklar da olur. Bu baxımdan MB mövcud ssenariyə əsaslanaraq adıçəkilən qiymətli kağızlara keçid strategiyasını qarşıdakı dövrün bazar nomenklaturasına uyğun müəyyənləşdirəcək.
Aktivlərinin həcmi hazırda 34 milyard manata bərabər olan MB qiymətli kağızlara təxminən 27 milyard manat investisiya yönəldib. Bankın qiymətli kağızlar portfelində ən böyük paya xarici dövlətlərin xəzinədarlıq notları sahibdir. 27 milyard manatlıq portfelin 12 milyard manatı - təxminən 42,5 faizi bu tip qiymətli kağızlardır. Son bir ildə notlara sərmayələr 6 milyard manata yaxın artıb.
MB-nın investisiyalarında qiymətli kağızların digər bir seqmenti olan qeyri-rezident yerli hakimiyyət orqanlarının və bələdiyyələrin istiqrazları da mühüm yer tutur. Borc qiymətli kağızlar həm birbaşa bankın, həm də kənar menecerlərin yönəltdiyi portfeldə saxlanılır. Bu qiymətli kağızlar üzrə orta illik faiz dərəcəsi 2.13 olmaqla, illik 0-5.13 faiz dərəcə ilə sabit faiz gətirir. Bundan başqa, Mərkəzi Bankın xarici dövlət istiqrazlarına investisiyalarının həcmi də az deyil. Bu istiqrazlar daha çox “Bank of England” və Çin hökuməti tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları özündə birləşdirir. Bu qiymətli kağızların orta illik faiz dərəcəsi isə 3,1-dir. İpoteka ilə təmin olunmuş ABŞ istiqrazları da MB-nın investisiya portfelində yer alır. Bu tip istiqrazların dəyəri təxminən 500 milyon manatdır.
Həmin ipoteka ilə təmin edilmiş istiqrazlar Federal Milli İpoteka Assosiasiyası (FNMA), Dövlət Milli İpoteka Assosiasiyası (GNMA) və Federal İpoteka Kredit Korporasiyası (FHLMC) tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyalardır. Həmin qiymətli kağızların orta illik faiz dərəcələri 3.88-dir. Mərkəzi Bank xarici dövlətlərlə yanaşı, xarici şirkətlərin də qiymətli kağızlarına sərmayə yönəldir. 2023-cü ildə bankın xarici korporativ istiqraz portfeli 370 milyon manatı ötüb ki, bu, qiymətli kağızlar üzrə orta illik faiz dərəcəsi 3.81 təşkil edib.
Əsas məqsəd...
Mərkəzi Bankın qiymətli kağızlar investisiya qoyuluşlarında İpoteka və Kredit Zəmanət Fondunun qiymətli kağızları da əhəmiyyətli paya malikdir. 600 milyon manata yaxın olan həmin sərmayə portfelinin illik orta faiz dərəcəsi isə 3.05-ə bərabərdir. MB-nın Maliyyə Nazirliyinin emissiya etdiyi istiqrazlara yönəltdiyi investisiyaların həcmi 150-200 milyon manatdır. MB-nın 2023-cü ilə dair dərc etdiyi maliyyə hesabatına əsasən, qiymətli kağızlardan əldə etdiyi gəlirlərin ümumi həcmi 500 milyon manatı ötüb.
Qeyd edək ki, Mərkəzi Bank kapital bazarının inkişafına dair strateji plana, həmçinin “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunun Fəaliyyət Planına əsaslanaraq, Qiymətli Kağızların Emissiyası Sistemi yaradıb. Sistem vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi ilə bağlı Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası tərəfindən emitentlərə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsinə başlanılıb. Sistemin yaradılmasında əsas məqsəd kapital bazarı üzrə elektron xidmətlərin tətbiqini genişləndirməklə bazarda çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsidir. Sistem investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, səhmlərin birləşdirilməsi, xırdalanması və nominal dəyərinin artırılması və ya azaldılması investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsinin dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir. Prosesin vahid portal üzərindən icrası və əməliyyatların elektronlaşdırılması ölkəmizdə kapital bazarının inkişafına, bu sahədə xidmət keyfiyyətinin artırılmasına və emitentlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verməkdədir. Bütün bu tədbirlər qiymətli kağızlar bazarının inkişaf etdirilməsində maraqlı tərəf olan MB-nın investisiya siyasətinin genişlənməsinə xidmət edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58

