Taksilər üçün elektron vergi öhdəliyi başlayır
21.08.2024 [10:15]
Taksi sürücüləri həm vaxtında vergiləri ödəyəcək, həm də vergi orqanına bütün məlumatlarını ötürəcək
Nazirlər Kabineti (NK) “Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Sənədə əsasən, taksi fəaliyyəti ilə məşğul olan avtomobil sahibləri həmin sahə üzrə əldə etdikləri gəlirləri barədə vergi orqanına hesabat verəcək. Belə ki, yeni qərara görə, taksi sifarişi operatorları hər ay hərəkətdə olan avtonəqliyyat vasitəsinin modeli, qeydiyyat nişanı, markası, maşının müxtəlif parametrləri ilə bağlı məlumatları elektron resurs vasitəsilə vergi xidmətinə ötürəcək, eyni zamanda, həmin fəaliyyət sahəsindən hesablanmış gəlirlərdən vergiləri ödəyəcək.
NK-nın qərarından irəli gələn tələblərə əsasən, ölkənin bütün ərazilərində fəaliyyət göstərən taksi xidməti (sifarişi) operatorlarının gəlir və xərcləri barədə məlumatlar mərkəzləşdirilmiş elektron sistemi vasitəsilə izləniləcək və bu sahədə sərt nəzarət tədbirləri həyata keçiriləcək. Taksi operatorları, yəni istər mobil tətbiq sistemi üzrə işləyən aqreqatorlar, istərsə də birbaşa lisenziya üzrə fəaliyyət göstərən fiziki şəxslər taksi xidmətinə cəlb etidyi maşınlardan xidmət haqqı məbləği -sürücülərdən alınan komissiya barədə məlumatlar əsasında vergiləri ödəyəcək. Vəsaitlərin nağd və ya qeyri-nağd alınmasından asılı olmayaraq məbləğlər elektron resursda tam dəqiq göstərilməlidir.
Taksi operatorlarının fəaliyyətinə Dövlət Vergi Xidmətinin elektron informasiya sistemi vasitəsilə nəzarət olunsa da, bu proses Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digər aidiyyəti dövlət qurumlarının taksi xidməti üzrə bir sıra hüquqi qaydaları əsasında tənzimlənəcək. Belə ki, sürücülərin nəqliyyat vasitəsini idarə etmək haqqında vəsiqəsi, peşəkarlığı, sağlamlığı, avtomobilim texniki parametrləri və istismar vəziyyəti və digər məsələlərə də xüsusi diqqət yetiriləcək.
Vergi qanunvericiliyinə əsasən, taksi xidməti şirkətləri, o cümlədən müxtəlif elektron informasiya sistemləri və mobil tətbiqetmə vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərnişin daşıma fəaliyyətinin təşkilinə görə, ƏDV ödəyicisi hesab olunur. Həmçinin xarici şirkətlərin taksi operatorları (UBER, Taxify, Bolt və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlərə görə, 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilib. Ancaq onların əksəriyyəti vergidən yayınmaqdadır.
Tədqiqatlar göstərir ki, taksi şirkətlərinin çoxu, ümumiyyətlə, vergi uçotuna durmaqdam yayınır. Vergi Məcəlləsinin 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə həmin fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirlərdən çəkilən xərclər çıxıldıqdan sonra mənfəət vergisi ödəməlidir. Həmçinin Azərbaycanda daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident nümayəndəliklə bağlı fəaliyyəti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və xərclərinin uçotunu aparmalıdır. Göründüyü kimi, taksi operatorlarının, ələlxüsus da xarici platformalar üzərindən fəaliyyət göstərən (UBER, Bolt, Maxim, YANGO və s.) şirkətlərin vergi pozuntularının artması vergi və nəqliyyat orqanlarını bu sahəyə nəzarəti artırmağa vadar edib.
Yeni qaydalar təkcə vergi nəzarəti ilə məhdudlaşmayacaq, bu, həm də taksi xidməti sektorunda əmək münasibətlərinin də nizamlanmasına səbəb olacaq. Belə ki, həm taksi aqreqatorları, həm də sürücülər gəlir vergisi ilə yanaşı, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta ödənişi, icbari tibbi sığorta haqqı da ödəməli olacaq. Nəticədə bu fəaliyyət sahəsində əmək rəsmiləşdirilməsi də təmin olunacaq. Vergi qanunvericliyi ilə bərabər, əmək münasibətlərinin pozulması hallarına yol verən şirkət və fiziki şəxslər barəsində sərt cəza tədbirləri, sanksiyalar tətbiq olunacaq.
Hazırda ölkədə 50-dən çox taksi şirkəti fəaliyyət göstərir ki, onların əksəriyyətinin fərdi avtomobil parkı yoxdur, yəni sərnişinləri daşıyan maşınlar müxtəlif fiziki şəxslərə məxsusdur. Həmin sürücülərlə ikitərəfli müqavilə bağlanılır ki, bununla da iş bitmiş hesab edilir. Bir neçə şirkət normal qaydada sürücülərlə əmək və ya mülki-hüquqi müqavilə bağlayır. Bundan sonra həmin fərdi şəxslərin isə sərnişindaşıma fəaliyyətinə şirkətlər, demək olar ki, cavabdehlik daşımır. Hətta taksi operatorları istismar müddəti bitmiş köhnə və yararsız avtomobilləri işə cəlb edir. Onların sırasında elə sürücülər var ki, günün 8 saatını başqa sahələrdə çalışır, axşam saat 7-dən gecə 02-?ə qədər yuxusuz sərnişin daşınması ilə məşğul olurlar. Halbuki Əmək Məcəlləsi bu halları qadağan edir. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, ölkəmizdə iş saatları tam və natamam olmaqla 8-10 saat müddətə müəyyən edilib. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bundan başqa, əgər hansısa şirkət 10 nəfər və 10-dan çox işçinin əməyə cəlb edirsə, Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Göründüyü kimi, taksi aqreqatorları və sürücüləri üçün vergi sanksiyasından da ağır öhdəlik və məsuliyyət tədbirləri gözləyir. Ona görə də, yeganə yol qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlərə əməl etmək, intizamlı və şəffaf olmaqdır.
Taksi operatorlarının elektron informasiya sisteminə inteqrasiyasının taksi sürücüləri və sərnişinlər üçün müsbət tərəfləri də olacaq. Taksi şirkətləri sürücülərlə əmək müqaviləsi bağlamağa məcbur olacaq ki, nəticədə onlar normal istirahət edərək sərnişinlərə daha rahat və keyfiyyətli xidmət göstərəcək, vətəndaşların təhlükəsizliyi məsələsinə nəzarət olunacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

